Cümə axşamı günü, 05 noyabr 2026
     

Kəlbəcərdə alban abidələrinin bərpası İrəvanı isterikaya saldı...

Image


Faiq İsmayılov: "Ermənilərin adlarını çəkib şəkillərini yaydıqları tikillərin heç biri kilsə deyil, onlar sövmələrdir"

Ermənilər yerə saxta kilsə oynuna davam edirlər. Azərbaycan ərazilərini işğalda saxladıqları dövrdə bu ərazilərdə olan bütün alban irsini saxtalaşdıran ermənilər bütün abidələrə, monastır və kilsələrə, hətta sövmələrə belə qondarma adlar yapışdırıblar. 

Qarabağda və ətraf rayonlarda mövcud olan alban abidələrinin adlarını saxtalaşdırıblar və sonra da bunları "rəsmi" qeydiyyata alıblar, hətta reyestr də yaradıblar. Bu azmış kimi, onlar Azərbaycan və başqa dillərdə də belə saxta resurslar yaradıblar.  

Kəlbəcərdəki alban abidələrinə qarşı əsassız iddialar irəli sürən ermənilər indi də "Müqəddəs Qriqori" və "Müqəddəs Sarkis" "kilsələri" adlı oyun oynayırlar. Guya Kəlbəcərin Zar kəndində yerləşən bu "kilsələrə" qarşı Azərbaycan  hansısa "vandalizm aktı" törədib. 

Guya bu barədə "Mədəni İrs" "həyəcan təbili çalır". Erməni mətbuatı yazır ki, Zar kəndindəki "Müqəddəs Qriqori" və "Müqəddəs Sarkis" kilsələrini Azərbaycan alban (Ağvan) kilsələri kimi təqdim edir. Yazırlar ki,  bu "kilsələrin" ərazisində təmir işləri aparılacaq.

Guya deyirlər ki, internetdə yayılan fotoşəkillərə görə kilsələrin ərazisində artıq tikinti işlərinə başlanılıb. "Müqəddəs Sarkis kilsəsinin xaçı və üzərində yazı olan daşlardan biri sökülüb, xaçkar qırıntıları da yoxdur. Müqəddəs Qriqori kilsəsinin ərazisində 1993-cü ildən əvvəl orada görünən yardımçı tikililər sökülüb" – deyə erməni mətbuatı iddia edib. 

Kəlbəcərdəki alban abidələrinin restavrasiya ediləcəyi xəbəri erməniləri isterikaya salıb və onlar yalandan hay-küy salırlar ki, guya bunlar erməni abidələridir. 

"Onlar qorxurlar ki, biz öz abidələrimizə baş çəkəcəyik, onların vəziyyətini öyrəncəyik, bərpa edəcəyik, bu da onların saxtakarlığının ifşa olunması deməkdir" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, erməni mediasında təqim edilən fotolar kilsə şəkilləri deyil, şəkildəkilər sövmələrdir, sövmələr isə kilsə deyil. F.İsmayılov qeyd etdi ki, ermənilər işğal dövründə o qədər saxtalaşdırmaya aludə olublar ki, sövmələrin üzərini də qondarma xaçkarlarla doldurublar. Kəlbəcərdə, eləcə də digər keçmiş işğal rayonlarında erməni irsi olmadığını vurğulayan F.İsmayılov bildirdi ki, erməni mediasının yazdıqları yalandan başqa bir şey deyil. "Birincisi, hələ Kəlbəcərdə abidələrin bərpası prosesinə başlanılmayıb. Hələ əhalinin məskunlaşdırılması üçün çalışırlar ki, tezliklə insanlarımızı öz doğma yurdlarına qaytarsınlar. Ermənilər əbədi bir vahimə içərisində saxlanılır. Onlar qorxurlar ki, biz öz abidələrimizə baş çəkəcəyik, onların vəziyyətini öyrəncəyik, bərpa edəcəyik, bu da onların saxtakarlığının ifşa olunması deməkdir. Kəlbəcərin Zar kəndində olan bu iki abidənin fotolarına diqqətlə baxsanız görərsiniz ki, onlar o kiçik binaların üzərində nə qədər xaç şəkli quraşdırıblar. Bunu sonradan ediblər. Digər tərəfdən isə, onların "kilsə" adlandırdıqları bu tikili kilsə deyil, sövmələrdir. Kilsə ilə sövmə bir-birindən fərqlidir. Kilsə xristianların kütləvi ibadəti üçün inşa edilmiş tiklidir, o ibadət üçün nəzərdə tutulur. Beş-altı adamın güclə sığışa biləcəyi bir tiklinin kilsə adlandırılması anormallıqdır. Siz heç bir xristian ölkəsində beş-altı nəfərin güclə sığışa biləcəyi bir yerə kilsə adının verildiyini görməzsiniz. Heç kəs görməyib. Ermənilər alban memarlığına uyğun tikilən, alban xristian dövrü və ondan əvvəlki dövrlərdə tikilən tikiliəri, sövmələri və sairin hamısını "kilsə" adlandırırlar. Bu tikililəri "kilsə" adlandırıb hərəsinə də bir qondarma ad veriblər. Bu iddiaların heç birinin əsası yoxdur. Ermənilərin davranışlarının, yanlış təbliğatlarının özü bir mədəni vandalizm aktıdır"-deyə F.İsmayılov qeyd etdi.

F.İsmayılovun sözlərinə görə, 1800-ə qədər abidə adı çəkmək olar ki, həmin abidələrin hamısını ermənilər "Qriqoryan kilsəsi" adlandırırlar. "Sovet dövründə Ermənistanda ümumi olaraq 5 kilsə vardı, insanlar orada ibadət edirdi və bu say onları təmin edirdi. Ermənistanda 5 kilsə olduğu halda, nə təhər oldu ki, Qarabağ və Şərqi Zəngəzur ərazində 1800-ə qədər kilsə mövcud olub? Bu ən böyük saxtakarlqıdır. Bu, ermənilərin növbəti dəfə yalan danışmaqlarının bir nümunəsidir. Kəlbəcərdə Sarkis kilsəsi uydurublar. Bu, toponimlərin saxtalaşdırılması prosesinin tərkib hissəsidir. Onlar yer-yurd, abidə adlarını dəyişməklə özləri üçün bir "əsaslandırma" yaratmaq istəyiblər. Tutalım, burada bir kilsə varsa o mütləq hansısa "erməni müqəddəsin" adı ilə adlandırılıb. Onlar bütün monastırlara, tikililərə qondarma erməni adları qoyublar. Təxminən 400-ə yaxın "Müqəddəs Məryəm ana" kilsəsi "var". Dünyanın heç yerində belə bir şey yoxdur. Bir dənə ola   bilər, o da konkret sənəd əsasında. Onların dediklərinin heç bir əsası yoxdur. 

Kilsələrdən danışanda ehtiyatlı olmaq lazımdır, hər tikiliyə kilsə adı vermək düzgün deyil. Ermənilərin adlarını çəkib şəkillərini yaydıqları tikillərin heç biri kilsə deyil, onlar sövmələrdir. Kilsə Xudavəngdir, kilsə Gəncəsərdir, kilsə Ağaoğlandır. 

Sövmələrə gəlincə, onlar ibadət üçün nəzərdə tutulmurdu. Sövmələr atla, eşşəklə səfərə çıxan insanların qardan, yağışdan daldalanması, qorunması üçün inşa edilən tikilillər olub. Onlar yol kənarlarında, karvan yollarının üstündə, dağ zirvələrində tikilərdi ki, insanlar orada sığınacaq tapsınlar. Bir qədər karvansaraya bənzəyirdi. Ermənilərin kilsə kimi qələmə verdiklərinin heç biri kilsə deyil"-deyə F.İsmayıov qeyd etdi.

F.İsmayılov əlavə etdi ki, onlar bu sövmələri kilsə kimi qələmə verməklə öz məkrli niyyətlərini ortaya qoyurlar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ