şənbə günü, 29 avqust 2026
     

Kütləvi qətliamın törədildiyi Qaraqaya - Xocalı soyqırımının şahidləri hadisə yerində danışırlar

Image


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda 2500 sakin şəhəri tərk edərək, Ağdam istiqamətində qaçmağa məcbur oldu. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edildi, əsrin faciəsi törədildi.

AZƏRTAC-ın müxbiri Xocalıda qanlı cinayətlərin törədildiyi ərazilərdən birində – Qaraqaya yaxınlığında faciə şahidləri ilə həmsöhbət olub, 32 il əvvəl baş verən hadisələri onların dilindən dinləyib.

Taleyin qismətidir ki, 32 il əvvəl qırğından sağ çıxıblar. 32 ildir ki, o dəhşətli gecəni unuda bilmirlər. 32 ildir ki, doğma yurdlarından ayrı düşüblər. Yolboyu deyib-gülmədilər, o dəhşətli günləri xatırladılar, göz yaşları axıtdılar. Nəhayət, uzun ayrılıqdan sonra Xocalını görəcəkdilər. Bir xeyli yol gəldikdən sonra şəhərin girişində "Xocalı" yazısını görünür, üzlərində kiçik təbəssüm yaranır. Amma hələ də o qara günün ağrı-acısından danışırlar. Nəhayət, uzun illər sonra həyatlarının qaraldığı Qaraqayadadırlar.

Avtomobildən düşdükdən sonra Xocalı sakini, soyqırımı şahidi Hümbət Hümbətov ətrafa nəzər salır, dərindən köks ötürür. Yenidən o dəhşətli gecəni xatırlayır, danışmağa çətinlik çəkir. Bir təhər toxtayıb, özünü ələ alır. "Xocalı işğal olunan zaman Ağdama tərəfə qaçdıq. Ağır, məşəqqətli gün idi. Çaydan keçib dağla, dərə ilə çox çətinliklə Qaraqaya deyilən yerə qədər gəldik. Xilas olmaq üçün yeganə ümid yerimiz Qaraqaya istiqaməti idi. Lakin burada ermənilərin atəşinə məruz qaldıq. Güllələrdən qorunmaq üçün dərəyə endik. Bizi dərədə də atəşə tutdular. Bacım Aynurə, qonşum Savalan kişi qətlə yetirildi, baldızım və qaynımın yoldaşı yaralandı. Güllə mənim də sinəmdən girib, kürəyimdən çıxmışdı. O tərəfdə dağın döşündə də xeyli insan öldürülmüşdü. Gecə 2-3 radələrində atəş səngidi. Qaraqaya tərəfdən Ağdam könüllüləri bizə köməyə gəldilər, bizi Şellidən Ağdama apardılar", - deyir və susur, gözləri dolur...

Xocalı faciəsi zamanı baş verən dəhşətli hadisələr o zaman 11 yaşı olan Ramil Həsənovun yaddaşında da dərin izlər qoyub. Ramil Həsənov 32 il əvvəl baş verənləri belə xatırlayır: "Erməni silahlıları Xocalıya hücum edəndə biz Qarqar çayını keçib Kətik istiqamətinə getdik. Qar yağmışdı, hava çox soyuq idi. Meşədə azdıq, hara gedəcəyimizi bilmirdik. Ayaqyalın, başıaçıq günlərlə meşədə qaldıq. Nəhayət, gəlib Qaraqaya yaxınlığındakı bu ərazidən keçəndə gördük burada qətliam olub, camaatı kütləvi qırıblar, uşaq, qadın, qoca demədən insanları öldürüblər. Uşaq olsam da gördüyüm o dəhşəti heç cür unuda bilmirəm. Misli görünməyən faciədir. Bu dərd biz xocalılıların qəlbindən heç vaxt silinməyəcək. Ermənilər bizim qəlbimizə sağalmaz yara vurublar".

Elyana Kərimova meşədə 6 yaşlı övladı ilə birlikdə iki gecə qalıb, ermənilərin mühasirəsinə düşüb, sonda azərbaycanlı hərbçilər tərəfindən xilas edilib. "Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlayanda bizim evdən çaylaq tərəfdə böyük boru var idi, girib orada gizləndik. Sonra fermadan aşağıda olan Kətik yoluna gəldik, dağlara çıxdıq. Elə bildik ki, xilas olmuşuq. Ermənilərin bir zirehli texnikası gəlib camaatı atəşə tutdu, Qulu kişini, Rayanı öldürdülər. Yoldaşım bizi təpədən aşağı ötürüb, özü qayıtdı arxada qalanlara kömək etməyə. Ermənilər bizə çağırdılar, elə bildik azərbaycanlıdırlar. Bizi mühasirəyə aldılar. Təxminən 4 saat orada qaldıq. Mühasirədə olanda 4 nəfəri öldürdülər. Mənim uşağım anamın kürəyində idi. Anamı da öldürdülər. Uşağı anamın kürəyindən götürdüm. Sonra bizi tikiliyə aparırdılar. Gördüm kolun dibində gizlənməyə yer var. Uşağı aldım qucağıma, ana-bala burada gizləndik. Qaranlıq düşəndə çıxdıq Qaraqaya tərəfə getdik. Gecəni də burada qaldıq. Səhər açıldı, üç azərbaycanlı hərbçi gəldi. Biri ayaqqabısını çıxarıb mənim ayağıma geyindirdi, uşağın əlinə corab taxdılar. Bizi apardılar Ağdama", - deyə Elyana Kərimova o gecə yaşadığı dəhşətləri dilə gətirir.

Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Faciənin baş verməsi xəbərini eşidən könüllülər dərhal Əsgəran istiqamətdə hərəkət edərək, Qaraqayadakı erməni silahlılarını zərərsizləşdirib, sağ qalan Xocalı sakinlərini, yaralıları və cəsədləri çıxarıblar.

Keçmiş döyüşçü Oruc Cabbarov 32 il əvvəl baş verənlər haqqında danışır: "Xocalı faciəsi baş verən vaxt mən Ağdamın Qaraağacı qəbiristanlığının yaxınlığındakı postda idim. Gecə atəş səsləri eşitdik. Digər postlarla əlaqə saxladıq, dedilər Xocalılıları qırırlar. Öyrəndik ki, xocalılılar xilas olmaq üçün Şelli istiqamətinə gəlirlər. Gördüyünüz bu Qaraqayada ermənilərin postu var idi. Bu postdan Ağdam istiqamətinə gələn xocalılıları qırırdılar. Fikirləşdik ki, Qaraqayanı götürsək, camaatın çıxarılması üçün dəhliz aça bilərik. Biz bir neçə yoldaşla Qaraqayadakı erməni postunu götürdük. Ora çıxanda qayanın aşağı hissəsində Yaşarla İsgəndəri vurdular. Biz aşağı enəndə dəhşətli mənzərənin şahidi olduq. Qadın, qoca, uşaq demədən öldürmüşdülər. Arxadan köməyə gələnlər cəsədləri, yaralıları götürüb Ağdama aparırdılar. Biz daha çox insanı xilas etmək üçün daha da qabağa gedirdik. Təpənin üstündə bir nəfər qalxıb yıxıldı. Elə bildik yaralıdır. Sən demə, ermənilər onu bizim gəlməyimiz barədə məlumat vermədiyinə görə vurubmuşlar. Xosrov qadına tərəf gedəndə yıxıldı. Mən yaxınlaşanda qadın qışqırıb "qardaş yoldaşını vurdular, səni də vuracaqlar", - dedi. Mən dönəndə erməni silahlısı ilə üzbəüz olduq. Bir-birimizə silah tuşlamışdıq. Mən cəld tərpənib, onu öldürdüm. Sonra yoldaşlarımız gəldilər, xeyli qadın, uşaq xilas etdik. Bu ərazilərdə olan Xocalı sakinlərini dağın çökək yeri ilə Qaraqayanın arxasına apardıq. Bütün Ağdam camaatı – həm könüllü döyüşçülər, həm də mülki insanlar köməyə gəlmişdilər. Yaralılar xəstəxanaya, meyitlər isə Ağdam məscidinə gətirilirdi".

Qətliamın törədildiyi bu yerlərdə qışın oğlan çağı olmasına baxmayaraq, açan çiçəklər diqqətimizi çəkdi. Xocalı soyqırımı qurbanlarının qanı ilə suvarılan bu torpaqlarda bitən bənövşəyi rəngli çiçəklər sanki doğma sakinlərini qarşılamaq üçün baş qaldırmışdılar. Adi bir hal kimi görünsə də, özündə nə qədər ağır yük daşıyırdı bu mənzərə...

Qan yaddaşı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı... Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…

28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə - xəbərdarlıq edildi

28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...

28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır… İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…

28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…

28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi - hər hansı bir addım atsa...

28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ - "Təcili beh göndərin" ifadələrinə inanmayın...

28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir" - XİN

28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı

28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...

28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi - diqqətli olun...

28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi

28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir... Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...

28.08.2026 / 09:08
Tramp İranla əməkdaşlıq edən Çin banklarına niyə sanksiya tətbiq etmir? – “Hər şeyi açıqlamağa məcbur deyiləm”...

28.08.2026 / 08:43
Sankt-Peterburqda bombalı hücum - Rusiya HHQ-nin zabiti öldürüldü...

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ