Cümə axşamı günü, 05 noyabr 2026
     

Bu gün 6,4 milyon azərbaycanlı Prezident seçəcək...

Image


Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçici siyahılarında adı olan 6 milyon 478 min 623 seçici 6 537 məntəqədə səs verəcəklər. 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bu seçkilər Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir: "Azərbaycan seçiciləri ilk dəfə olaraq suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək. Həmin ərazilərdə etnik təmizləməyə məruz qalan seçicilərimiz başqa ərazilərimizdə səs verirdilər. Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərimizdə suverenliyimizi bərpa etdikdən sonra həmin o ərazilərdə səsvermə keçirəcəyik. İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə yaratmışıq".

MSK sədri deyib ki, bütün məntəqələr səsvermə üçün tam hazırdır və onların hazırlığı beynəlxalq tələblərə cavab verir.

Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkiləri müşahidə edirlər.

M.Pənahovun sözlərinə görə, seçkiləri izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. MSK sədri bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. 

Seçki prosesini izləmək üçün akkreditasiyadan keçən 790 beynəlxalq müşahidəçinin 72 beynəlxalq təşkilatı təmsil etdiyini deyən MSK sədri qeyd edib ki, onlar 89 ölkənin vətəndaşlarıdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının artıq bir aydan çoxdur Azərbaycanda olduğunu bildirən M.Pənahov qeyd edib ki, onlar seçkiləri tam tərkibdə müşahidə edəcəklər. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir. 

"Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. Adətən bu qurumlar səsvermənin nəticəsi ilə bağlı birlikdə hesabat hazırlayırlar", - deyə MSK-nın sədri əlavə edib.

Bundan başqa, seçkilərdə ümumilikdə 190 beynəlxalq media qurumu iştirak edir. M.Pənahov bildirib ki, onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

"Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq. Biz 15 ildən artıqdır ki, ənənəvi olaraq min məntəqədə veb-kameralar quraşdırırıq. Bu veb-kameralar məntəqələrdə olan səsvermə kabinələrindən başqa, bütün mənzərəni əks etdirir", - deyə M.Pənahov əlavə edib.

MSK sədri vurğulayıb ki, seçkilərdə əsas tələblərdən biri şəffaflığın tam təmin edilməsidir. Komissiya rəhbəri onu da qeyd edib ki, seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb və onların arasında 790 nəfəri beynəlxalq müşahidəçilərdir. Həmin müşahidəçilərin hamısı mötəbər beynəlxalq təşkilatları təmsil edirlər.

Məzahir Pənahov diqqətə çatdırıb ki, seçki prosesində şəffaflıq baxımından heç bir problem olmayacaq: "Ölkə ərazisi üzrə 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və saat 07:30-dan gün ərzində bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Həmin məntəqələrdə baş verənləri MSK-nın rəsmi saytından izləmək olar.

O deyib ki, müşahidəçilər seçki prosesini rahatlıqla izləyə biləcəklər: "Müşahidəçilər üçün də məntəqələrdə bütün şərait yaradılıb. Onlar məntəqə daxilində baş verən bütün prosesləri əvvəldən sona qədər izləyə biləcək".

M.Pənahov bildirib ki, səsvermə kabinlərinə ancaq bülleteni əlində olan seçici daxil ola bilər. Onun bülleteni qutuya atmasını hamı görməlidir: "Buna mütləq diqqət etmək lazımdır".

Komissiya sədri onu da deyib ki, səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılır: "Həmin qutuların çatdırılması isə müşayiətlə həyata keçirilməli və təhlükəsizlik məsələləri təmin olunmalıdır".

Səsvermə yekunlaşandan sonra ilkin olaraq daşınan qutular açılıb sayılır.

Seçki günü Azərbaycandan kənarda olan seçicilərin də səsvermə hüququndan istifadə edə biləcəklərini deyən MSK sədri qeyd edib ki, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb: "Həmin məntəqələrdə 23 mindən artıq seçicinin adı var".

Bir çox beynəlxalq təşkilat kimi Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) da fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.

TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir.

TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də seçkiləri izləyəcəklər.

Nümayəndə heyətinin səfərinin müddəti fevralın 8-dək planlaşdırılıb.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ