Cümə axşamı günü, 05 noyabr 2026
     

Korrupsiya Paşinyanın komandasını sökdü...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiya ilə mübarizəni fəaliyyətində əsas prioritetlərdən biri elan etsə də, reaalıq tamam fərqli mənzərəni üzə çıxarır. Paşinyan özü də bu fonda çoxsaylı problemlərin olduğunu etiraf edir. Məsələn, orduda bu sahədə dəhşətli vəziyyətin olduğunu vurğulayır.

Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: "Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdir". Ümimiyyətlə, Ermənistanda korrupsiya və rüşvətin ən geniş yayıldığı təsisatlardan biri də ordudur. İmkanlı şəxslər korrupsiya sxemləri ilə övladlarını hərbi xidmətdən yayındırırlar. Külli miqdarda rüşvət alan erməni generalları iri mülklər, İrəvanın mərkəzində bahalı mənzillər alır, övladları bahalı maşınlarda gəzir. Paşinyan dövlət satınalmaları sahəsinə xüsusi nəzarətin vacibliyini də urğulayıb. Korrupsiyaya qarşı mübarizənin zərurətini diqqətə çatdıran Paşinyan 2018-ci ildən etibarən bu sahədə irəliləyiş əldə edilsə də, prosesin sonralar dayandığı barədə deyilənlərə münasibət bildirib. Onun sözlərinə görə, hökumətin korrupsiya ilə mübarizəsi nəinki səngiməyib, əksinə, güclənib: "Nəzərə almaq lazımdır ki, nə qədər çox irəliləyiş qət edilsə, sonrakı addımlar bir o qədər çətinləşir. Çünki ilk addım, adətən, siyasi iradə ilə baş verir, amma davamında institusional inkişaf lazım gəlir". O bildirib ki, Nazirlər Kabinetinin üzvləri onlara çatan hesabatlara çox da etibar etməməlidirlər. Bunlar fonunda erməni mediası konkret faktlarla Paşinyanın komandasının da korrupsiya girdabında olduğunu yazır. Ermənistanın "Joğovurd" nəşri konkret misallara nəzər salaraq yazır: "Paşinyanın partiyasından deputat olana qədər fəal Lena Nazaryan gecə-gündüz məmurların fəaliyyətinin şəffaflığından və hesabatlılığından danışırdı, lakin parlamentin sədrinin müavini, sonra isə deputat statusunu qazandıqdan sonra, rəsmi açıqlamaya görə, ən qapalı və gizli şəkildə varlanmış şəxslərdən birinə çevrilib". Nəşrə görə, Ermənistan parlamentinin deputatları Lena Nazaryan və onun həyat yoldaşı Narek Babayanın bəyanatlarını öyrəndikdən sonra məlum olub ki, cütlük rəsmi sənədlərdə eyni əmlakın qiyməti ilə bağlı çox fərqli rəqəmlər təqdim edib: "Beləliklə, deputat Narek Babayan səlahiyyətli orqana 2022-ci il bəyannaməsi ilə məlumat verib ki, Tsağkadzorda alınan daşınmaz əmlak 27,041 milyon drama alınıb. Onun həyat yoldaşı Lena Nazaryan isə daha sərfəli qiymət - 24,336 milyon dram təqdim edib. Sonda hakim partiyadan olan deputatların Tsağkadzor bağ evi-mənzilini hansı real qiymətə aldıqları hələ də bəlli deyil. Təbii ki, bu ifşanı müxalifət deputatlarının hər qəpik-quruşunu lupa ilə yoxlayan Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası etməli idi, lakin maraqlı təsadüf nəticəsində hakimiyyət nümayəndələrinin buraxdığı səhvlər bu ən mühüm strukturun gözündən yayınıb".  

Qəzet yazır ki, bu azmış kimi, hakim partiyanın üzvləri Ermənistan parlamentinin sədri Alen Simonyanın istefasını tələb edir və bu məsələni Paşinyan qarşısında qaldırıblar: "Bu günlərdə hakim "Vətəndaş Müqaviləsi" Partiyasında Simonyanın məcburi istefası məsələsi qızğın müzakirə olunur. Partiya üzvlərinin sözlərinə görə, Simonyan və onun tərəfdaşları dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar. Simonyanın arvadı tərəfindən idarə olunan "Freenews" kanalı bir neçə aydır ki, Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə aylıq 1,5 milyon dramı (3,7 min dollar) ödəmir. Hazırda "Freenews"  televiziya şirkətinin borcu 23,3 milyon dramdır (57,7 min dollar). Bundan əlavə, özünü korrupsiya qalmaqalının mərkəzində tapan Simonyanın qardaşının arvadı Ani Gevorqyan bir neçə gün əvvəl həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Hakim partiya bildirir ki, spikerin ətrafında yaranmış bu atmosferə son qoyulmalıdır. Çünki bu, komandanın reytinqinə xələl gətirir. O da qeyd olunub ki, keçən ilin aprelində Simonyan İrəvanın mərkəzində vətəndaşın üzərinə tüpürüb və ictimaiyyətin kəskin reaksiyasına baxmayaraq, cəzasız qalıb. İndi də korrupsiya məsələsi var və Alen cəzalandırılmalıdır. Məsələ ondadır ki, Paşinyan dəfələrlə komanda yoldaşlarına xəbərdarlıq edib ki, korrupsiya proseslərində iştirak bağışlanmayacaq, amma indi Simonyan bağışlanır". Xatırladaq ki, bu günlərdə Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub. Onun tutulması İqtisadiyyat Nazirliyi ilə bağlıdır. Bildirilib ki, Ani Gevorkyan Ermənistanda tanınmış "Sinergiya" informasiya texnologiyaları şirkətində uzun illər çalışıb, proqram meneceri olub. Bu müəssisə tenderdə iştirak etsə də, qalib gəlməyib. Ona görə müsabiqə ləğv edilib. Bunun məsuliyyəti isə Ani Gevorkyanın üzərinə qoyulub. "Synergy International Systems" şirkətinin qurucusu və direktoru Aşot Ovanesyan da bu cinayət işi üzrə həbs olunub. Ümumiyyətlə, hakim partiyadan parlamentdə təmsil olunanlar, onların yaxınları korrupsiyanın əsas iştirakçıları sırasındadır. Belə ki, 2018-ci ildə baş tutan "məxməri inqilab"dan əvvəl evsiz olan və kirayələrdə sürünən komanda üzvləri parlamentdə oturduqdan çox qısa müddət sonra İrəvanın ən bahalı yerlərində mənzillərə sahib olublar. Belələrinin arasında Lena Nazaryanla yanaşı, Ovik Ağazaryan, Matevos Asatryan, Vilen Qabrielyan, Arpi Davoyan, Qayan Yeqiazaryan, Arman Yeqoyan, Arsen Torosyan, Hayk Konjoryan, Rustam Bakoyan kimi deputatlar da var. Bir çox deputat mənzili və villanı öz adına rəsmiləşdirməyərək dövlətdən kirayə pulu alır. Ermənistanda icra hakimiyyəti strukturlarında da rüşvət və korrupsiya halları geniş yayılıb. Elə bu günlərdə Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyinin 15 ofisində axtarış aparıb. Bu əməliyyat korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində reallaşıb və qurumun 7 əməkdaşı saxlanılıb. İttihama əsasən, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər, xüsusən "Dövlət investisiya proqramları üzrə bankın yaradılması" tenderinin bir hissəsi olaraq şirkətlərdən birinin rəhbəri ilə əlbir olub, onun rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə üç dəfə baha, 100 min dollar ərizə təqdim edən şirkət qalib olub. Bütün bunlar Ermənistanda korrupsiya ilə bağlı çoxsaylı nümunələrin az br hissəsidir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ