Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ-İran müharibəsi bu il başlayacaq - qəti anons var...

Image


ABŞ Senatı prezident Co Baydeni İranın neft infrastrukturuna hücum etməyə çağırıb. Senatorlar, həmçinin, 2024-cü ildə ABŞ və İran arasında baş verəcək müharibədən də danışıblar. 

Respublikaçı senator Lindsey Qraham deyir ki, İran və ABŞ arasında müharibə 2024-cü ildə başlayacaq: "İran və ABŞ arasında müharibə bu il başlayacaq, çünki İran tezliklə İsrailə hücum etmək üçün atom bombası yaradacaq".

Sonda Qraham Amerika liderini İranın neft infrastrukturuna hücum etməyə çağırıb: "Əgər siz İranın neft infrastrukturuna hücum etməsəniz, onların pul kisəsini vurmasanız və sizdən qorxmasalar, onlar bizim əsgərlərimizə hücum etməyə davam edəcəklər". Bu durumda Tehran da xəbərdarlıq edib ki, İranın neft infrastrukturuna və Yaxın Şərqdəki gəmilərinə hücumlar olarsa, ölkə ABŞ-a qarşı müharibəyə başlayacaq. Bundan əvvəl ABŞ İraq və Suriyadakı SEPAH hərbi bazalarına hücum edib. "Associated Press" agentliyinin  Ağ Evdəki mənbələri bildirir ki, Tehran özünün "Bekhshad" və "Saviz" gəmilərinə hücumu İran ərazisinə zərbə kimi qiymətləndirə bilər. Eyni zamanda, ABŞ bu gəmiləri təhlükə hesab edir. Pentaqonun məlumatına görə, "Behshad" və "Saviz" gəmiləri yəmənli husilərin Qırmızı dənizdə hücumlarının koordinasiyasında iştirak edib. Xatırladaq ki, fevralın 2-dən 3-nə keçən gecə Amerika hərbi qüvvələri İraq və Suriyada SEPAH və bir sıra iranyönlü təşkilatların mövqelərinə hücum edib. Bu, İordaniyada üç ABŞ əsgərinin ölümünə görə qisas idi. Vaşinqton raket zərbələrini davam etdirəcəklərini qeyd edib. Məhz belə bir vaxtda İranın Suriyada himayə etdiyi silahlı qruplaşmalar Birləşmiş Ştatlar və onun müttəfiqlərini yenidən hədəf alırlar. ABŞ hərbi rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin şərqi Suriyadakı Missiyaya Dəstək Fərat Məkanı bazasına bir raket atılıb. Son üç hücum Birləşmiş Ştatların İraq və Suriya boyu 85 hədəfə zərbələr endirməsindən sonra baş verib. Yarım saat içərisində ABŞ qüvvələri 125 dəqiq təyinatlı bomba ilə militant mövqelərini vurublar. Vaşinqton rəsmiləri deyir ki, məqsəd idarə-nəzarət mərkəzlərini, dron və raket anbarlarını və digər mühüm obyektlərini sıradan çıxarmaqla militant qruplaşmaların döyüş imkanlarını məhdudlaşdırmaqdır. ABŞ xəbərdarlıq edib ki, əlavə zərbələr endiriləcək. ABŞ-ın müdafiə naziri Lloyd Austin Birləşmiş Ştatların Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı oktyabrın ortalarından başlayaraq 165-dən çox hücuma daha sərt cavab vermək üçün əlavə addımlar atılacağını bildirib. Austin də ABŞ-ın çox sayda hərbi zərbələri ehtiva edən bir neçə mərhələli cavab üzərində işlədiyini deyib. ABŞ prezidenti Co Bayden həm İraqda, həm də Suriyada İranın personalı və obyektləri daxil olan hədəflərə bir neçə gün ərzində zərbələr endirmək planlarını təsdiqləyib. ABŞ Ordusu Mərkəzi Komandanlığının rəhbəri Maykl Erik Kurila bildirib ki, Sepahın "Qüds" qanadı və onunla əlaqəli olan silahlı qruplar region, o cümlədən amerikalıların təhlükəsizliyinə birbaşa təhdiddir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, yeni hərbi zərbələr endirməkdə məqsəd ABŞ-ın qruplaşmaların Amerika ordusuna və obyektlərinə hücum etmək imkanlarının azalmasını təmin etmək, eyni zamanda onların himayədarı - İran İslam İnqilabı Keşikçiləri Korpusuna güclü siqnal göndərməkdir: "Prezident qoşunlarımızı və obyektlərimizi, milli təhlükəsizliyimizi və regiondakı maraqlarımızı qorumaq üçün əlindən gələni edəcək". Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan isə "NBC News"a müsahibəsində vurğulayıb ki, Birləşmiş Ştatlar Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla kifayətlənməyəcək və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir. London bütün istiqamətlərdə Vaşinqtonu dəstəkləyir. Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sunday Times" qəzetinə müsahibəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinin təfərrüatını açıqlayıb: "Mən ona dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz". İran hərbi qüdrətinə görə ABŞ-la müqayisə oluna bilməz. Hesab olunur ki, amerikalılar hələlik İranın etibarlı qüvvələrinə qarşı hücumlara fokuslanacaqlar. Bunlar təkcə "Hizbullah" və Husilər deyil, həm də Yaxın Şərqin müxtəlif ölkələrində Amerikanın regiondakı mövqelərinə hücum etməyə hazır olan kiçik qruplardır. Amma vəziyyətin hər an nəzarətdən çıxıb genişmiqyaslı savaşa çevrilmə ehtimalı da artır. Tehranı zəiflətmək üçün əsas amil xaricdəki "müqavimət hərəkatları"nın neytrallaşdırılmasıdır. Bu, İranın Yaxın Şərqdə əl-qolunun bağlanması ilə nəticələnəcək. Buna paralel olaraq, İranın strateji obyektlərinə, o cümlədən neft emalı, hərbi zavodlarına, nüvə təsisatlarına qarşı hibrid müharibə taktikasında hücumlar da gözlənilir. Elə bu da böyük savaşın başlanğıcı ola bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ