Cümə axşamı günü, 05 noyabr 2026
     

AŞPA-nın anti-Azərbaycan qərarından beynəlxalq narazılıqlar artır...

Image


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qərəzli münasibətə elə bu qurum daxilində edilən etirazların sayı artmaqdadır. Artıq Türkiyə, Ukrayna təmsilçiləri təşkilata etirazlarını bildiriblər. Onların sırasına Serbiya da qoşulub.

Qeyd edək ki, Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-nın Azərbaycan təmsilçiləri ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Müraciətdə bildirilir: "Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq. Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib. Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin, Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir. Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır. Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz. Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir". Müraciəti Serbiya nümayəndə heyətinin rəhbəri Bilyana Pantiç Pilya, həmçinin serb deputatlar Dubravka Filipovski, Elvira Kovaks, Dunya Simonoviç Bratiç, Stefan Yovanoviç, Yelena Zariç Kovaçeviç, Aleksandar Markoviç imzalayıblar. İndi gözlənilən budur ki, belə mövqe sərgiləyənlərin sayı daha da artacaq. Çünki AŞPA bu gedişlə davam edərsə, qurum süqutunu daha sürətlə yaxınlaşdıracaq. Qeyd edilən xüsusda Rusiyanın "vestnikkavkaza" portalı yazır: "AŞPA sadəcə başa düşə bilmir ki, Azərbaycan SSRİ-nin dağılmasından sonra olduğu kimi keçmiş postsovet respublikası deyil. Bu gün o, müstəqil, iqtisadi və hərbi cəhətdən güclü, sivilizasiya və mədəni baxımdan sürətlə inkişaf edən, səriştəli diplomatiyaya və məsuliyyətli siyasi liderliyə malik regional gücdür. Həmin rəsmi Bakı Avropadan heç nə istəməz. Amma Bakı Avropaya çox şey verə bilər".

Portal qeyd edir ki, AŞPA milli parlamentlərin nümayəndə heyətlərindən ibarətdir. Bildirilir ki, bəzi ölkələrin nümayəndə heyətlərinə sol və həddindən artıq sol yönümlü deputatlar daxil edilir: "Avropa Şurası və AŞPA çox isti və gəlirli yerdir. Maaşlar, məsələn, BMT və YUNESKO-dakından yüksəkdir. Qurumda məmurlara verilən diplomatik pasportlar da kifayət qədər faydalıdır. Yerli bufetlərdə isə kofe dünyada ən ucuzdur. Və deputatlar, işçilər və qonaqlar üçün restoran Avropanın hər yerindən daha yaxşı və ucuzdur. AŞPA-nın iclas zalı adətən boş olur: yerli deputatlar çox çalışıb zəhmət çəkməyə öyrəşməyiblər. Amma çox danışırlar, bəzən mənasını anlamaq çətin olan çıxışlar edirlər. Onlar Şuraya üzv ölkələrə yoxlamalara getməyi sevirlər, çünki bu təşkilatda səyahət pulu dünyada ən yüksəklərdəndir və ümumiyyətlə, parlament turizmi ləğv edilməyib. Bir sözlə, beynəlxalq məmurlar və uğursuz deputatlar üçün cənnətdir. Amma bəzən "hüquqların müdafiəsi" mexanizmi iflasa uğrayır. Və sonra AŞPA-nın iclas zalında qalmaqal baş verir. Bu yaxınlarda deputat yoldaşlarının haqsız hücumlarına tab gətirə bilməyib iclas zalını və AŞPA-nın divarlarını tərk etmək məcburiyyətində qalan Azərbaycan nümayəndə heyətinin ətrafında belə bir qalmaqal yarandı. Vaxtilə Azərbaycan Avropa Şurasına o zamankı əsas milli vəzifənin yerinə yetirilməsinə kömək etmək üçün üzv olub: Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasını təmin etmək. Bu işğal zamanı bir milyona yaxın Azərbaycan vətəndaşı öz yurd-yuvasından, torpaqlarından didərgin salınmış, əmlak və sağlamlıqlarını itirmiş, minlərlə dinc sakin həlak olmuşdu. Bu, əsas insan hüquqlarının, ilk növbədə yaşamaq, azadlıq və mülkiyyət hüquqlarının pozulması deyilmi? Məgər Avropa Şurası bütün siyasi institutları ilə, hər şeydən əvvəl yüz minlərlə azərbaycanlının hüquqlarını müdafiə etməli deyildimi? Yalnız qurumun müxtəlif müstəqillik bəyannamələrində bütün insanların azad və bərabər hüquqlara malik olduğu bildirilir.  Siyasi praktikada bəzi xalqlar digərlərindən daha azad və bərabərdir. Azərbaycan sakinləri olan müsəlmanlar hələ də AŞPA-nın solçuları üçün xristian konfessiyalarının nümayəndələri qədər yaxşı deyillər. Məhz avropalıları öldürmək, yandırmaq, qarət etmək, torpaqlarından qovmaq olmaz, onların əmlakını əllərindən almaq olmaz. Amma azərbaycanlılara qarşı, belə çıxır ki, bunu edə bilərlər. Göründüyü kimi, AŞPA deputatlarının nəzərində onlar bir qədər fərqli insanlardır.Və sonra Azərbaycan bu günlərdə növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Səsvermə erməni işğalından azad edilmiş torpaqlarda yaradılmış seçki məntəqələrində də keçiriləcək. Vaxtilə qovulmuş yerli sakinlər artıq 3 ildir ki, oraya qayıdırlar. Azərbaycanın yeni seçilmiş prezidenti bununla təkcə respublikanın bütün sakinlərini deyil, həm də Azərbaycanın bütün ərazilərini həqiqi mənada təmsil edəcək. Bu, Avropada bəzi insanların xoşuna gəlmir. Onlar hələ də postsovet ölkələrinin SSRİ-nin dağılmasından dərhal sonra olduğu kimi artıq kvazi-dövlət olmadığına öyrəşə bilmirlər. İndi onlar dünya siyasətinin tam hüquqlu, müstəqil və bəzən çox güclü aktorlarıdır. Hər kəs bu sadə həqiqəti dərk edərək rahat yaşamır. Min illik qərəzlər, komplekslər də özünü hiss etdirir. Rəsmi Bakı ATƏT nümayəndələrini qarşıdan gələn seçkiləri müşahidə etməyə dəvət edib. Amma Avropa Şurası və onun AŞPA-sı dəvət edilməyib. Niyəsi də aydındır: niyə hamını, xüsusən də eyni regiondan - Avropadan olan iki oxşar beynəlxalq təşkilatın nümayəndələrini seçkilərə dəvət etmək lazımdır? AŞPA incidi. Parlament Assambleyasının yanvar sessiyasında, məhz Azərbaycan seçkiləri ərəfəsində Almaniya nümayəndə heyətinin təhriki ilə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin mümkün tanınmaması ilə bağlı qərarın qəbulu reallaşdı. AŞPA nümayəndələrinin təxminən 20%-i uğursuz səsvermədə iştirak edib. Azərbaycanlılar səlahiyyətlərinin ləğv edilməsini gözləmirdilər. Və AŞPA ilə əlaqələri könüllü olaraq kəsdiklərini açıqladılar. Siz nə edərdiniz? Azərbaycanlılar tamamilə haqlı idilər. Doğrudan da, xalqınızı ikinci dərəcəli vətəndaş hesab edən beynəlxalq təşkilata niyə üzv olmaq lazımdır? Üstəlik, bunun üçün o, sizdən hədsiz maaşlar, kargüzarlarına mənzil və təqaüdlər və səfər komissiyaları üçün pul tələb edir".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ