Cümə axşamı günü, 05 noyabr 2026
     

Böyük Qayıdışda seçici fəallığı...

Image


Azərbaycanın işğaldan azad edilən ərazilərinə Böyük Qayıdış prosesi göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına böyük həvəslə, sevgi ilə qayıdırlar. Torpaqlarımız işğaldan azad edildikdən sonra o ərazilərdə geniş tikinti quruculuq işlərinə start verildi, orada neçə-neçə yaşayış məntəqəsi, kəndi insan edildi, hazırda həmin ərazilərdə məskunlaşdırma həyata keçirilib.

Öz doğma yurdlarında yaşamaq üçün onlara hər cür şərait yaradılıb. Bu gün azad ərazilərdə sözün əsl mənasında həyat dirçəlib və insanlar böyük ruh yüksəkliyi ilə həyatlarını davam etdirirlər.

Azərbaycan dövlətinin və cəmiyyətinin həyatında mühüm hadisə olan 7 fevral növbədənkənar Prezident seçkilərinin azad ərazilərdə keçirilməsi üçün bütün lazımı şərait yaradılıb. 

Yayılan məlumata görə, Ombudsman Səbinə Əliyeva Xankəndi, Şuşa və Laçında seçki məntəqələrində yaradılan şəraitlə tanış olub və şəraiti yüksək qiymətləndirib.

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə seçici fəallığı çox yüksəkdir. Hər kəs seçkilərdə iştirak edib səsverməyə maraq göstərir. Müsbət hadisələrdən biri odur ki, keçmiş məcburi köçkünlər ilk dəfə öz yer-yurdlarında səs verəcəklər. 

Heç şübhəsiz, böyük qayıdışın nümunələrindən biri 7 fevralda onların səs verməsidir. Azad rayonlarda seçicilərin məntəqələrə gəlib öz iradələrini ifadə etməsi önəmli faktordur.

Hansı rayon üzrə nə qədər seçici səs verir...

Artıq hansı azad rayonda nə qədər əhalinin səs verəcəyi açıqlanıb. Rəsmi məlumata görə, 

Füzuli şəhərində daimi məskunlaşan seçicilərdən 1292 nəfəri doğma yurdunda ilk dəfə səs verəcək. Suqovuşanda yaradılmış 58 saylı seçki məntəqəsində 162 nəfər seçici qeydə alınıb. 

Laçın şəhərində yaradılan seçki məntəqəsində 1464 seçici qeydiyyata alınıb. 

Şuşa şəhərindəki 105 saylı seçki məntəqəsində 1189 nəfər səsvermə hüququndan istifadə edəcək. Bir neçə gün əvvəl açıqlanmışdır ki, Hadrutda yerləşən 108 saylı seçki məntəqəsi səsvermə prosesinə tam hazırdır, Hadrut sakinləri bu gün orada səs verəcəklər. 

Burada maraqlı məqamlardan biri də seçicilərin yaşı ilə bağlıdır. Məsələn, 123 saylı Kəlbəcər seçki dairəsi üzrə 10 seçicinin yaşı 100-dən yuxarıdır. 

Bu gün Xankəndidə, Laçında, Kəlbəcərdə, Şuşada, Füzulidə, Zəngilanda və digər azad rayon və kəndlərimizdə keçmiş məcburi köçkünlər seçkiyə çox böyük maraq göstərirlər, seçici fəallığı yüksəkdir. Bunu onların mətbuata verdikləri açıqlamalardan da görmək olur. 

Tarixi hadisə, Zəfər seçkisinin təntənəsi...

Əksər ekspertlər qeyd edir ki, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarında seçkilərə qatılması tarixi hadisədir. 

Məsələn, Sumqayıt Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Rzazadə seçki-2024.az-a "Elə bir tarixi dönəmi yaşayırıq ki, bu gün beynəlxalq aləmin diqqəti dünya miqyasında sürətlə irəliləyən ölkələr sırasında ilk yerlərdən birini tutan Azərbaycana istiqamətlənib" - deyib.

Onun sözlərinə görə, uzun illər həsrətində olduğumuz tarixi torpaqlarımızın sakinləri, artıq digər bölgələrdə deyil, öz ata-baba yurdlarında seçkilərə qatılmaqla öz gələcəklərinə səs verəcəklər. "Bu, tarixi hadisədir. Seçki gününü - fevralın 7-ni hər bir Azərbaycan vətəndaşı sevinc və fərəh hissi ilə gözləyir və hər bir azərbaycanlı əmindir ki, ölkəmizdə bütün sahələrdə gözəçarpan, davamlı və iti addımlarla aparılan inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır", - deyə o vurğulayıb.

Ə.Rzazadə xatırladıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra artıq dünyanın böyük gücləri heç kimdən asılı olmayan, öz iqtisadi və siyasi gücünə arxalanan güclü Azərbaycanla hesablaşma dönəminə qədəm qoyub: "Məhz bu faktoru Azərbaycanın həm də dünya siyasi arenasında böyük zəfəri hesab etmək olar.

"Tək əldən səs çıxmaz" prinsipini nəzərə alaraq, hamımız qarşıda duran bütün sosial proqramların, inkişaf planlarının uğurla icra edilməsi üçün bir yumruq şəkilində birləşməli, bu tarixi seçkilərdə həmrəylik nümayiş etdirməli, milli inkişafa təkan vermək üçün eyni hədəfə vurmalıyıq. Bu hədəfə doğru atılan ilk addım isə seçkilərə qatılmaqdan başlayır.

Uzun illər həsrətində olduğumuz tarixi torpaqlarımızın sakinləri, artıq digər bölgələrdə deyil, öz ata-baba yurdlarında seçkilərə qatılmaqla öz gələcəklərinə səs verəcəklər. Bu, tarixi hadisədir. Seçki gününü - fevralın 7-ni hər bir Azərbaycan vətəndaşı sevinc və fərəh hissi ilə gözləyir və hər bir azərbaycanlı əmindir ki, ölkəmizdə bütün sahələrdə gözəçarpan, davamlı və iti addımlarla aparılan inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır". 

"Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında səs verməsi mühüm hadisədir" 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki,  azad rayonlarda səs verənlər çox xoşbəxtdirlər. "Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında səs verməsi mühüm hadisədir. 

Hesab edirəm ki, biz 4-5 il əvvəl hadisələri, bu cür möhtəşəm anları yaşayacağımızı bəlkə də təsəvvür edə bilməzdik. Biz deyirdik ki, bir rayonu, yaxud bir kəndi, bir qəsəbəni işğaldan azad edə bilsəydik çox xoşbəxt olardıq. Amma bütöv Qarabağı azad etmişik. Biz Xankəndinin azadlığını yaşayırıq, separatçı qrupu, Azərbaycanın bətnində yer etmiş bu xərcəng şişini məhv etdik. Bu gün yalnız torpaqlarımızın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsinin  sevincini yaşamırıq, həm də orada quruculuq-abadlıq işlərinin şahidi oluruq, ora qayıtmağın sevincini yaşayırıq. Bütün bunlarla yanaşı biz orada prezident seçkisi keçiririk, ellikcə səs veririk. Artıq hansı azad rayonda seçkiyə hansı sayda seçicinin qatıldığı barədə statistika verilib. Bundan gözəl nə xəbər ola bilər ki? Bu cür möhtəşəm nəticələrlə daxili və xarici düşmənlərimizə, ermənilərə və onların havadarlarına mesaj veririk ki, biz torpağımızın yiyəsiyik, dövlərimizin sahibiyik. Onlara çatdırırıq, o əraziləri azad edə bilirik, oranı abadlaşdıra, tikib qura, qayıda və seçki də keçirə bilirik. Bu seçkilər bizə qarşı birləşən çoxsaylı düşmənə verilən gözəl cavabımızdır.

Təsəvvür edin ki, 7 fevral seçkilərində necə böyük fəallıq var, seçicilər necə böyük həvəslə səsvermədə iştirak edirlər. Bu çox mühüm hadisədir. Əslində, bununla bir daha sübut edirik ki, o insanlar öz doğma evlərində əbədi yaşayacaqlar, sülh və rifah içində öz həyatlarını sürdürəcəklər" - deyə M.Göyüşlü qeyd etdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ