Cümə axşamı günü, 05 noyabr 2026
     

Dünya mediası Azərbaycanda növbədənkənar seçkilərə hazırlıq prosesindən yazdı

Image


Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində geniş analitik məqalələr dərc edib.

Malayziyanın geniş oxucu kütləsinə malik "New Straits Time" nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixinin yeni mərhələsinə başlamaq ərəfəsində olduğu qeyd edilib. "Azərbaycanın yeni regional reallıq yaratması, öz ərazilərində suverenliyini, hüququn aliliyini bərpa etməsi bəzi beynəlxalq gücləri çox narahat edib. Bu kontekstdə AŞPA-nın Bakıya təzyiqini misal çəkmək olar. Qələbədən sonra gələcəyə daha inamla baxan Azərbaycan xalqı iqtisadi, sosial sahələrdə əldə olunmuş müvəffəqiyyətləri möhkəmləndirmək, Silahlı Qüvvələrin qüdrətini artırmaq üçün dövlətçiliyə olan sədaqətini bir daha nümayiş etdirəcək".

Malayziya nəşrində ölkəmizin son 20 ildə əldə etdiyi böyük nailiyyətlərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq neft-qaz layihələrindən bəhs edilib, Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Qəzetin məqaləsində vurğulanıb: "Bütün bu uğurların arxasında onların memarı olan müdrik lider, insanları səfərbər edən siyasətçi dayanır. Onun yorulmaz fəaliyyəti həm də dünyada olan ədalətsizliklə mübarizəyə yönəlib. İlham Əliyev müsbət inkişaf tendensiyalarını irəli aparan liderdir", -deyə yazıda qeyd olunub.

Estoniyanın "Riigikogu" nəşrində dərc olunmuş məqalədə bu ölkənin ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə daxil olan nümayəndəsi Heljo Pikhofun Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı ilk təəssüratı yer alıb. Eston deputat bildirib ki, müşahidəçilərin məqsədi prezident seçkilərinin demokratik prinsiplərə uyğun olub-olmadığına, şəffaf səsvermə prosedurlarının və ədalətli təşviqat ab-havasının təmin edilməsinə nəzarət etməkdir. Prezident İlham Əliyevin seçkilərdə daha çox səs toplamaq şansının olduğunu qeyd edən Pikhof qeyd edib ki, o, Salyan rayonundakı məntəqədə səsvermə prosesini müşahidə edəcək. Məqalədə, həmçinin ATƏT DTİHB-nin seçkiləri müşahidə edəcək missiyasının tərkibi haqqında ətraflı məlumat verilib.

Türkiyənin Anadolu agentliyinin saytında dərc edilmiş məqalədə Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığı vurğulanıb. Yazıda diqqətə çatdırılıb ki, seçkilərdə 7 namizəd qeydə alınıb, ölkə ərazisində 6,3 min seçki məntəqəsi fəaliyyət göstərəcək və 6,5 milyon seçici səsvermədə iştirak edəcək. Bununla yanaşı, Azərbaycan vətəndaşlarının yaşadıqları və uzunmüddətli ezamiyyətdə olduqları 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu seçkiləri müşahidə edəcək 85 min müşahidəçinin bir hissəsi 49 beynəlxalq təşkilatı və 70 ölkəni təmsil edirlər. Eyni zamanda, Türkiyə, Rusiya, Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrdən 63 beynəlxalq media təşkilatının nümayəndələri də seçkiləri müşahidə edəcəklər.

Anadolu agentliyi vurğulayıb ki, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində də seçki məntəqələri yaradılıb. Sabahkı növbədənkənar prezident seçkiləri 30 illik fasilədən sonra Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçkilər olacaq. Qarabağın incisi olan Şuşada, Xankəndində, işğaldan azad edilmiş digər rayonlarda 22 min seçici səsvermədə iştirak edəcək.

Məqalədə prezidentliyə namizədlər, onların proqramları haqqında da ətraflı məlumat verilib.

Rusiyanın TASS agentliyi, Birinci telekanalı və "Mir" telekanalının saytlarında da Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində geniş analitik məqalələr dərc edilib. Bu məqalələrdə də qeyd olunub ki, prezident seçkiləri ilk dəfə Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək. "Azərbaycan hakimiyyəti növbədənkənar seçkilərin keçirilməsini məhz ərazilərin azad olunması nəticəsində yaranmış yeni reallıqla izah ediblər. Prezident İlham Əliyev bəyan edib ki, bu seçkilər respublikanın həyatında yeni mərhələnin başlanğıcı olmalıdır", -deyə Rusiya mediası vurğulayıb.

Məqalələrdə prezidentliyə namizədlər haqqında geniş məlumat verilib. "Ekspertlərin yekdil rəyinə görə, Prezident İlham Əliyev prezidentlik uğrunda yarışların şəksiz lideridir. Analitiklər şübhə etmirlər ki, 20 illik dövlət rəhbəri təcrübəsinə malik olan hazırkı Prezidentin rəqibi yoxdur, çünki ölkədə onun populyarlığı çox yüksəkdir. Belə ki, məhz onun sayəsində 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, 2020-ci ilin 44 günlük müharibəsində möhtəşəm Qələbə qazanılıb, Qarabağda separatçılığa son qoyulub", -deyə yazılarda vurğulanıb.

Bu məqalələrdə də Azərbaycanın son 20 ildə əldə etdiyi böyük nailiyyətlər, seçkiləri müşahidə edəcək beynəlxalq missiyalar barədə ətraflı məlumat verilib.

İordaniyanın "The Jordan Times" qəzetində və "Assasuana" portalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı dərc olunmuş məqalələrdə bu ölkənin parlamentinin aşağı palatası və Senatının nümayəndələrinin seçkilərdə müşahidəçi qismində iştirak etdikləri vurğulanıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq, eyni zamanda, ölkənin tarixində yeni eranın başlanğıcı olacaq bu seçkiləri ATƏT-in DTİHB-nin nümayəndələri daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan 790 müşahidəçi izləyəcək. "Bu seçkilər onunla əlamətdardır ki, onlar ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilir", -deyə sonda qeyd olunub.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində Qazaxıstanın "Kazinform" agentliyinin saytında da analitik məqalə dərc edilib.

Məqalədə MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilib ki, prezident seçkilərini müşahidə etmək üçün 90 min müşahidəçi qeydə alınıb. Hər seçki məntəqəsində səsvermə prosesini 13-14 müşahidəçi izləyəcək. Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkiləri müşahidə edirlər. Bununla yanaşı, müxtəlif ölkələrdən olan 63 media təşkilatı da səsvermə prosesini izləyəcək.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ