Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvan Kremlin xəbərdarlıqlarından nəticə çıxarmadı...

Image


Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Qərblə, xüsusən də NATO ilə yaxınlaşmaqda davam edir. Bu günlərdə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominanın açıqlamaları isə Rusiyada daha çox qıcıq yaradıb.

O qeyd edib ki, Ermənistanın xarici və müdafiə siyasətinin NATO-ya doğru dəyişməsi alyansı çox ruhlandırır. Qurum rəsmisi bildirib ki, alyans Ermənistanla daha çox yaxınlaşmaq istəyir: "Son illər bu ölkə NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib. Şübhəsiz ki, tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik və Ermənistan da bunu edir. Bu işdə Ermənistana kömək edəcəyik". Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın NATO ilə yaxınlaşmasından danışarkən deyib ki, Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını başa düşməlidir. Onun sözlərinə görə, ilk növbədə Ermənistana və onun milli maraqlarına nəyin faydalı olduğunu anlamaq lazımdır: "Xəritəni açıb bu ölkənin hansı regionda yerləşdiyini, hansı qonşuların arasında olduğunu görmək və tarix dərsliklərini oxumaq lazımdır". Rusiyalı analitik Stanislav Tarasov bunlar fonunda bildirir:  "Rusiya diplomatiyasının nümayəndəsi sadəcə olaraq Rusiya Federasiyasının fikrini və Ermənistanda nələrə diqqət yetirə biləcəklərini təqdim edib". Onun sözlərinə görə, istənilən xarici siyasət qərarı ölkə daxilində ciddi təhlilə məruz qalmalıdır: "Ümumiyyətlə, ölkələrin xarici siyasət strategiyaları uzunmüddətli gələcək üçün bütün qərarlarla yazılır, bu, Ermənistanda olmayan müfəssəl, çətin, lakin zəruri işdir. Bəli, belə qərarlar verərkən coğrafiyanı, regionu, ölkənin tarixini, maraqlarını, dünyanın indiki vəziyyətini, NATO-nun tarixini, imkanlarını, yaxınlaşmaq istəyini və ən önəmlisi, NATO-ya yaxınlaşmaq istəyən ölkələrin keçdiyi "yolu" nəzərə almaq lazımdır". Tarasovun vurğulayıb ki, NATO-nun məqsədi Rusiyanın təsir dairəsini dəyişmək, Rusiyanın müttəfiqlərini Rusiyadan kəsmək olub, NATO Rusiya sərhədlərinə addım-addım yaxınlaşıb, bu, "qırmızı xətt" olub və buna görə də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayıb: "Əsas problem Rusiya ilə əlaqəni kəsməkdir. Ermənistan məsələsində də məqsəd budur. Ermənistan NATO üzvü olacaqmı? Mən buna çox şübhə edirəm, amma İrəvanın NATO ilə sıx əməkdaşlığı Moskva və Tehran üçün problem yaradacaq, yəni Ermənistanın siyasi problemləri olacaq, çünki burada NATO ilə bu ölkələr arasında ciddi geosiyasi problem var və bu yeni deyil".

Bu arada o da bəlli olub ki, Fransanın "Safran Group" şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır. Bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə, raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı "Snecma" və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb. "Safran Group" həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və "Patroller MALE" pilotsuz uçuş aparatları istehsal edir. Bu da Rusiyada xoş qarşılanmır. Rusiyalı politoloq Yevgeni Mixaylov bunlar fonunda qeyd edir ki, Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etməlidir və edir, çünki İrəvan hələ də KTMT və Aİİ-nin bir hissəsidir. Ermənistan Rusiyaya qarşı ardıcıl təxribatlardan sonra da bir neçə stulda - Rusiya və Qərb masasında oturmağa çalışır: "Fransa şirkəti İrəvanla birlikdə Ermənistan ərazisində silah istehsal edəcək. İrəvan hakimiyyəti ordunun NATO formasına keçdiyini bəyan edib. Növbəti ssenari göz qabağındadır. Rusiya kəskin qərarlar qəbul etməsə, bir müddət sonra Ermənistanın NATO blokunda status qazanmaq cəhdi barədə eşidəcəyik. Ermənistan Qərbin adi və tipik oyuncağına çevrilib. Qərb Ukraynaya qarşı da eyni ssenarini yürüdürdü. Bu ölkəni nəyə gətirib çıxartdı? Fəlakətə". Mixaylovun sözlərinə görə, bu gün Ermənistanda Rusiya kanallarını qadağan etməyə çalışırlar: "İrəvanda Rusiya bayrağına və Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı millətçilik və vandalizm aktı gördük. Rusiya ciddi tədbirlər görməlidir. Qərb Ermənistana ciddi dəstək vermək qərarına gəlsə, İrəvan dərhal Rusiyadan imtina edəcək və satılacaq. İrəvan da gözləyir, izləyir, kiminlə daha "dadlı" olacağını axtarır. İndi Ermənistan təhlükəsizlik qarantını dəyişmək qərarına gəlib. Ermənistan üçün bu, ölkənin mümkün dövlətçiliyini itirməsinə gətirib çıxaracaq fəlakətli səhv olacaq. KTMT-dən inciyən İrəvan onun üçün hər şeyin mümkün olduğunu düşünürdü, amma məlum oldu ki, hər şey mümkün deyil və yeni zaminlər tapmaq qərarına gəldi. Ancaq yeni zaminlər çox uzaqdadır. İrəvan öz ərazisində NATO bazasını yerləşdirməyə razılaşarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilmirəm. Azərbaycan, Rusiya və regionda heç kim Qərb bazasına dözməz". Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Ermənistan baş naziri Nikol Paşinyanı Ukraynanın prezidenti Volodimir Zelenski ilə müqayisə edib. Onun fikrincə, erməni baş nazir də Ukrayna prezidentinin yolu ilə gedir, Rusiya ilə münasibətləri korlamaq hədəfini qarşısına əsas məqsəd kimi qoyub. Juravlyov vurğulayıb ki, baş nazir Nikol Paşinyan prezident Volodimir Zelenskinin savaş öncəsi addımlarını eynilə təkrarlayır: "Yəni Rusiya ilə münasibətlər planlı şəkildə qəlizləşdirilir. Halbuki, bu, Ermənistana və erməni xalqına sərfəli deyil, əksinə, təhlükəlidir. Ermənistan KTMT strukturlarından üz döndərib, NATO təlimlərində iştirak etməyə başlayıb. İndi Nikol Paşinyan hətta əvvəlki demarşının Qarabağ hadisələrinə səbəb olduğunu unudaraq, Rusiya ilə hərbi əməkdaşlıqdan da imtina etmək niyyətinə düşüb. Halbuki, Qərbdən ümid etdiyi dəstəyi ala bilməyəcəyini və İrəvanı da tezliklə itirəcəyini hələ də anlamır". Bu xəbərdarlıqlara rəğmən, Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edir ki, ölkəsi  kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğunu anlamalıdır: "Bundan öncə Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97%-i Rusiya ilə əlaqəli idi. İndi isə bu, obyektiv və subyektiv səbəblərdən mümkün deyil". Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər quracağını, həmçinin KTMT-də qalmaq istəyib-istəmədiyini aydınlaşdırmalıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ