Çərşənbə günü, 30 iyul 2025
     

Azərbaycanın dürüst beynəlxalq inteqrasiya siyasətinə nadürüst qarşılıq...

Image

Azərbaycan öz xarici siyasət xəttinə uyğun olaraq xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığını qurarkən onun bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında reallaşdırılmasına çalışıb.

Lakin bəzi təşkilatlar Azərbaycanın xoş niyyətlərindən sui-istifadə edərək öz çirkin məqsədləri üçün ölkəmizə qarşı yalan və iftira dolu genişmiqyaslı qarayaxma kampaniyası aparırlar. Onlardan biri də Avropa Şurası və onun Parlament Assambleyasıdır. 2001-ci ildə böyük həvəslə və nikbinlik hissi ilə Azərbaycan Avropa Şurasına üzv oldu, amma bu üzvlükdən böyük gözləntilərimiz olsa da, alınmadı. Biz faydalı və səmərəli əməkdaşlıq gözləyirdik, Qarabağ probleminin həll olunmasına, ərazi bütövlüyümüzün bərpasına, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpasına dəstək veriləcəyinə inanırdıq. Lakin gözləntilərimiz yerinə yetmədi.

Əvəzində bu siyasi riyakarlıq yuvası bizə ədalətsizlik bəxş etdi… 

Avropa institutlarının timsalında biz gördük ki, Azərbaycan beynəlxalq təşkilatlarla normal əməkdaşlıq etsə də, əvəzində onlar çox qərəzli mövqe ortaya qoyur. Beynəlxalq təşkilatların hansısa lobbi qrupları və dövlətlərinin əlində təzyiq alətinə çevrilməsi  sağlam əməkdaşlıq üçün yararlı deyil. Biz bunu öz nümunəmizdə   gördüksə, deməli,  bu problem başqa ölkələrlə bağlı da var və mütləq mənada həllini tapmalıdır.

Bütün öhdəlikləri vicdanla yerinə yetirdik. Məsələn, ölüm hökmünü ləğv etdik, konvensiyalara qoşulduq, milli qanunvericiliyimizi həmin sənədlərin müddəalarına uyğunlaşdırdıq, seçki qanunvericiliyini təkmilləşdirdik, Avropa standartlarına uyğun məhkəmə-hüquq islahatları həyata keçirtdik, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıdıq, Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq qurduq və s.  Əvəzində bu siyasi riyakarlıq yuvası bizə ədalətsizlik bəxş etdi, qərəzli münasibət sərgilədi, anti-Azərbaycan mövqeyini üzə çıxartdı. Bu təşkilat Azərbaycanla bağlı qəbul etdiyi bütün qərarları daxilindəki ermənipərəst qüvvələrin diqtəsi ilə siyasiləşdirdi.

Ötən illərdə bu qurum sadəcə olaraq susdu və heç bir real addım atmadı  

Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq beynəlxalq səviyədə tanınan ərazisi üzərində süverinliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra vaxtilə bu problemin "həllinə" məsul olan təşkilat və bəzi dövlətlərin anlaşılmaz davranışları ilə üz-üzə qalıb. Onlar müxtəlif bəhanələrlə Azərbaycanı nədəsə ittiham etməyə və hətta bəzən daha irəli gedərək təzyiq göstərməyə çalışırlar. Sadə desək, onların bu davranışı sadəcə olaraq başadüşülən deyil. 

Azərbaycan parlament diplomatiyası vaxtında düzgün addım ataraq AŞPA-nı mat vəziyətinə qoydu və açıq mesaj verdi. Azərbaycanla heç kim təhdid dilində danışa bilməz, Azərbaycan hər zaman bərabərhüquqlu münasibətlərə açıqdır. Almaniya və Fransanın əlində oyuncağa çevrilən, islamafob bir klub olan AŞPA artıq öz mahiyətini itirib. Vaxtilə Azərbaycan AŞPA-ya üzv olanda bu platformadan Qarabağ probleminin həllinə kömək göstərilməsini gözləyirdi. Ötən illərdə isə bu qurum sadəcə olaraq susdu və heç bir real addım atmadı.

Avropa Şurası Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməz 

Üzv olduğumuz 23 il ərzində bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətini pisləməyən, hansısa sanksiya tətbiq etməyən bu qurumdan ədalət gözləməyə dəyməz. Görəsn, AŞPA iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir zamanda yanlış qərar qəbul etməklə sülhə birbaşa zərbə vurduğunun fərqindədirmi? 

Qərəzli qərardan sonra Azərbaycanın aparacağı ən təsirli siyasət elə Avropa Şurasının müdafiə etdiyi Ermənistanın sülh müqaviləsinin imzalaması üçün şərtləri yerinə yetrməyə məcbur etməkdir. İlk növbədə Qazax rayonunun işğal altındakı 7 kənddən anklav olmayan 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının qeyd-şərtsiz qaytarılmasının ən yaxın zamanda həll edilməsi şərti delimitasiya komissiyalarının növbəti görüşündə qarşı tərəfə çatdırılmalıdır. Maraqlıdır, beynəlxalq hüququn tanıdığı Azərbaycan ərazisinə Avropa Şurası hansı iradı bildirəcək? Əlavə olaraq, Zəngəzur dəhlizi ilə bağlı Rusiya Federasiyası ilə koordinasiyalı diplomatik fəaliyyətin aktivləşməsi də maraqlarımıza uyğun ola biləcək faktorlardan biri ola bilər. 

Avropa Şurası Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməz. Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq tam haqlıdır. Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi almaniyalı deputat Frank Şvabe irəli sürdü. O deputatı biz çox yaxşı tanıyırıq. O, hər zaman türklərin əleyhinə çıxıb. Ona görə də bu şəxslə bağlı danışmağa heç gərək yoxdur. Azərbaycandan öncə Almaniyanın üzvlük məsələsi müzakirə olunmuşdu. Amma tez bir zamanda bu məsələni həll etdilər. Halbuki, Almaniyanın məsələsi daha ağır idi. Görünür, dəyərlər fərqlidir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

30.07.2025 / 19:31
Təhsil proqramlarında “süni intellekt” dövrü açılır - Prezident anons etdi...

30.07.2025 / 19:18
Qazaxıstan Bakı-Tbilisi-Ceyhanla bağlı qərar verdi - Ərdoğanla birlikdə...

30.07.2025 / 19:04
Bakı ilə saziş Ermənistanın “ən yaxın dövlət vəzifəsi” elan edildi...

30.07.2025 / 18:55
42 milyonluq mənimsəmədə ittiham olunan “Şlyapa Zahid”ə hökm oxundu - 9 il...

30.07.2025 / 18:49
Xəzərdə kazino biznesinin yolu rəsmən açıldı...

30.07.2025 / 18:41
Amsar kəndində Abbasqulu ağa Bakıxanovun ev muzeyi haqqında təəssürat - FOTO

30.07.2025 / 18:36
"Azərbaycan Gümrünü işğal etdi" - təxribatı ermənilər özləri inkar edir...

30.07.2025 / 18:30
Ermənistan ixracında fantastik artımlar...

30.07.2025 / 18:23
"Azərbaycan İranın qorxusundan ABŞ, NATO, AB-ni Zəngəzur dəhlizinə gətirir" - İran düzəlmir...

30.07.2025 / 18:17
"İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi DİM-lərin reallaşdırılmasına töhfə verir" - Sahibə Qafarova

30.07.2025 / 18:10
Kreml Qusmanla Markovun Şuşa Forumunda iştirakını “xəyanət” adlandırdı...

30.07.2025 / 17:57
BDU-nun 6 tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

30.07.2025 / 17:56
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Göygöl rayonunda tədbir keçirib

30.07.2025 / 17:56
İran "250 minlik İmişli düşərgəsində" köçkünlərimizə nə kömək edib ki?!...

30.07.2025 / 17:43
Ermənilər Qarabağda yanğınları da saxta əks-təbliğat faktına çevirdilər...

30.07.2025 / 17:30
Matviyenko Cenevrədə pərt oldu - çıxışını heç kimi dinləmək istəmədi...

30.07.2025 / 17:28
BDU-nun 14 təhsil proqramı beynəlxalq akkreditasiya prosesindən keçiriləcək

30.07.2025 / 17:07
Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir...

30.07.2025 / 16:54
İstefada olan generaldan İsrailə şok xəbərdarlıq - Türkiyə İsraillə müharibəyə hazırlaşır, ölkə dağıla bilər…

30.07.2025 / 16:38
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

30.07.2025 / 16:25
Məktəbli formaları ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edildi - "...yolverilməzdir"

30.07.2025 / 16:17
Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tac arasında imzalanan Anlaşma Memorandumu xarici mətbuatda geniş işıqlandırılıb

30.07.2025 / 16:09
“Baku Electronics” və “ABC Telecom”a qarşı iş açıldı - haqsız rəqabət...

30.07.2025 / 15:52
Rusiyadakı səfirliyimiz Ceyhun Mirzəyevin qızı ilə bağlı vəziyyətə aydınlıq gətirdi

30.07.2025 / 15:31
Məhkəmə Qabil Məmmədov barəsində hökm çıxardı - 16 il...

30.07.2025 / 15:22
Hesablama Palatası İcbari tibbi sığorta fondunda nöqsanlar aşkarladı

30.07.2025 / 14:52
Azərbaycanda istilik tarifləri dəyişdi...

30.07.2025 / 14:44
Hərəkət edən maşında ayaqlarını pəncərədən çıxaran şəxs cərimələndi....

30.07.2025 / 14:31
“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi - FOTO

30.07.2025 / 14:25
Tramp xəbərdarlıq etdi - sunami təhlükəsi var...

30.07.2025 / 14:10
Polis sahilboyu ərazilərdə profilaktik tədbirləri davam etdirir...

30.07.2025 / 13:58
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdinin qarşısı alındı

30.07.2025 / 13:45
Ərdoğanın “Terrorsuz Türkiyə” ideyasına kimlər mane olur?

30.07.2025 / 13:41
Rusiya məhkəməsi Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarını qüvvədə saxladı

30.07.2025 / 13:33
DİM-dən imtahan qaydalarını pozan şəbəkənin ifşası ilə bağlı açıqlama - vacib olan işin təşkilatçılarıdır...

30.07.2025 / 13:21
Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrıldı - SƏRƏNCAM

30.07.2025 / 13:12
Почему в Москве ненавидят Зеленского? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.07.2025 / 13:09
Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq - türkiyəli nazir

30.07.2025 / 13:04
BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

30.07.2025 / 12:58
Şahin Şıxlinski Rusiyada axtarışa verildi...

30.07.2025 / 12:14
Bu rayonun xəstəxana direktoru və baş həkimi işdən çıxarıldı

30.07.2025 / 11:48
“Neftçi” Lüksemburq millisinin üzvünü transfer etdi

30.07.2025 / 11:21
Ədliyyə Nazirliyindən üzərlik bitkisi ilə bağlı XƏBƏRDARLIQ

30.07.2025 / 11:14
Azərbaycan Prezidenti Mərakeş Kralını təbrik edib

30.07.2025 / 11:06
13,5 milyard avroluq ən böyük asma körpü

30.07.2025 / 11:03
Ermənistan prezidentindən şok açıqlama! - CANLI

30.07.2025 / 11:00
Astarada gəlin qaynananı öldürüb

30.07.2025 / 10:36
Polşa bu polkovniki Azərbaycana hərbi attaşe təyin etdi

30.07.2025 / 10:26
Abbas Əraqçi Tacikistana gedib

30.07.2025 / 10:20
Tramp Hindistana da "ilişdi" - 25% rüsum tətbiq edəcəm

30.07.2025 / 10:13
Moldova rəhbərliyi təşviş keçirir - seçkilərə xarici müdaxilə ola bilər...

30.07.2025 / 10:06
Xaçmazda motoblok qadını vuraraq öldürüb

30.07.2025 / 10:02
Bu rayonunun 9 kəndi qazsız qalacaq - XƏBƏRDARLIQ

30.07.2025 / 09:31
İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib

30.07.2025 / 09:24
Haaqa Tribunalı “Bosniya qəssabı”nın istəyini rədd etdi

30.07.2025 / 09:21
Cehiz üstündə ölüb-öldürürlər - bu adət də əcaibləşdirilib...

30.07.2025 / 09:17
Türkiyəli məşhur aktyorun 70 milyonluq yaxtası...

30.07.2025 / 09:13
Şəkidə 38 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb

30.07.2025 / 09:10
Beş komanda Çempionlar Liqasında üçüncü mərhələyə yüksəlib

30.07.2025 / 09:08
"Qarabağ" - "Şelburn" matçına neçə min bilet satılıb?

30.07.2025 / 09:01
Daha 44 ailə Cəbrayıla köçürüldü

30.07.2025 / 08:35
8 min maaş alan da gəlir vergisindən azad edilir, 500 alan da - 1 yanvarda nə dəyişəcək?

29.07.2025 / 23:28
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasını qəbul etmədi - Fransa qarşısında qəti tələb qoyuldu...

29.07.2025 / 23:11
Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət edildi

29.07.2025 / 21:35
Transatlantika ticarət müharibəsi qızışdı - Tramp-Ursula razılaşması yeni problemlər yaradıb...

29.07.2025 / 21:20
Dünya münaqişələri mülki təyyarələr üçün ciddi təhlükə mənbəyinə çevrilir...

29.07.2025 / 21:07
Makron 2027-nin çətin seçki kampaniyasını Azərbaycana hücumla başladı...

29.07.2025 / 20:53
Azərbaycan Ukraynaya qaz verdi, ruslar elektrik stansiyalarımızı vurmaqla hədələdi...

29.07.2025 / 20:47
"Sosial Tədqiqatlar Mərkəzindən ayrılmağıma onlar daha yaxşı aydınlıq gətirə bilər" - Rusiya adamı kimi adı hallanan sabiq deputat danışdı...

29.07.2025 / 20:39
Fransa ermənilər üçün "müqəddəratın təyini" mövzusunu yenidən diriltmək istəyir...

29.07.2025 / 20:25
Sanksiyalar Rusiyanın ən böyük avtomobil zavodunu çökdürdü...

29.07.2025 / 20:12
Zəngəzur dəhlizinə görə Ermənistanın gündəmində Azərbaycan və Türkiyə ilə müharibə də var...

29.07.2025 / 19:58
Makron Azərbaycana qarşı “Avropa qətnaməsi” təşəbbüsünə start verdi...

29.07.2025 / 19:44
Daxili Qoşunların xüsusi təyinatlısı Surxay Mehdiyev - Füzulidə son döyüş...

29.07.2025 / 19:31
Paşinyan Putindən yeni tapşırıq alıb? - “İrəvanda Arsax bayraqları qaldırın”...

29.07.2025 / 19:17
Azərbaycanın Avropada “kiçik, lakin strateji addımı” - Rusiya bu “pozisiyanı” da itirdi...

29.07.2025 / 19:03
Azərbaycanda tolerant mühitin dərin təzahürü - sadə fransızlar və ruslar çox rahat yaşayırlar...

29.07.2025 / 18:50
Suriyanı parçalamaq üçün ilk addım atıldı - Türkiyənin cavabı sərt olacaq...

29.07.2025 / 18:36
İpoteka Fondunun vəsaiti 1 milyardı ötdü... Mənzil bazarında gözləntilər...

29.07.2025 / 18:22
Putinin Ukraynaya təcavüzündən sonra 3-cü ölkə NATO üzvü olmağa hazırlaşır...

29.07.2025 / 18:09
Tramp 12 gün ərzində Putini "pis vuracaq"...

Təhsil proqramlarında “süni intellekt” dövrü açılır - Prezident anons etdi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910