Cümə axşamı günü, 05 noyabr 2026
     

Kreml Ermənistanı qısa müddətdə məhv edəcək, əgər...

Image


Rusiya və Ermənistan arasında gərginləşən münasibətlərin hansı həddə qədər davam edəcəyi indi ekspert dairələrində əsas müzakirə mövzularından biridir. 

Bu fonda maraq doğuran odur ki, Kremlin İrəvanı çökdürmək üçün təsir rıçaqları yetərincə olsa da, buna rəğmən, Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri İkinci Qarabağ müharibəsindən sonra pisləşib, ölkə rəhbərliyi isə, geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətindədir.

Keçən ilin sonunda "Wall Street Journal" nəşrinə müsahibəsində baş nazir Nikol Paşinyan Rusiya qoşunlarının Ermənistanda olmasında "heç bir prioritet"görmədiyini bildirmişdi. Lakin Rusiya qoşunlarını çıxarmaq asan məsələ deyil, çünki Ermənistanın əksər sənaye sahələri, infrastrukturu və hətta sərhəd nəzarəti Rusiyanın əlindədir. Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistan Respublikasının Türkiyə Respublikası və İran İslam Respublikası ilə dövlət sərhədini qoruyur. Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir.

Bundan başqa, Ermənistanda Rusiya Sərhəd İdarəsi Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunları ilə birlikdə "Zvartnots" hava limanı və İranla sərhəddə avtomobil yolu üzərindəki "Aqarak" buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edir. Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" əsasında inkişaf edir. Bu sənədə əsasən, Moskva və İrəvan, tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürürlər. Bundan başqa, hərbi əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirilir. Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir.

2010-cu ildə bazanın Ermənistan ərazisində yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadılıb. Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir. Ermənistanın enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan "Gazprom Armenia" şirkətidir. Respublikanın daxili bazarında təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış Rusiya-Ermənistan QSC "Qazprom Armenia"dır, səhmlərin 100 faizi Rusiya "Qazprom" şirkətinə məxsusdur. "Gazprom Armenia" Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın  daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur. Ermənistan və Rusiya hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kub metr qaz nəql edilir. Hazırda Rusiya qazının 1000 kub metri üçün Ermənistan 165 dollar ödəyir. 2006-cı ildən fəaliyyət göstərən İran-Ermənistan qaz kəməri də Rusiyanın "Qazprom" şirkətinə məxsusdur. İrandan Ermənistana ildə 365 milyon kub metr nəql edilən qazın haqqını – 1 kub metr müqabilində 3 kilovat-saat elektrik – barter əsasında ödəyir. 2002-ci ildə Ermənistan təxminən 98 milyon dollar borcunu ödəmək üçün 5 müəssisəsini Rusiyaya verib. Borcu müqabilində BBC-nin məlumatına əsasən, Rusiya sovet dövründə hərbi-sənaye kompleksinə daxil olan elektron sənayesi məhsulları istehsalında ixtisaslaşan "Mars" qapalı səhmdar cəmiyyəti, İrəvan Materialşünaslıq, Riyaziyyat və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Elmi Tədqiqat İnstitutlarına, eləcə də Hrazdan istilik elektrik stansiyasına sahib olub.  Elektroenergetika sahəsinə aid enerji hasil edən və onun paylaşması və maliyyə məsələləri ilə məşğul olan bütün müəssisələr Rusiyaya məxsusdur. Müstəsna linsenziyaya Rusiyanın "Ermənistanın elektrik şəbəkələri" şirkəti malikdir. O, 2002-ci ildə yaradılıb, 2006-cı ildən 100 % səhmlərinin sahibi Rusiyanın "İNTER RAO EGS" korporasiyasına məxsusdur. Elektrik enerjisinin əsas istehsalçısı dövlətə məxsus atom elektrik stansiyasıdır. Elektrik enerji istehsalının təxminən 40 faizi AES-in payına düşür. 2003-cü ildə AES-in idarəçiliyi Rusiya "İNTER RAO EGS" şirkətinə həvalə edilib. 2017-ci ildə erməni mənşəli rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Taşir" qrupu "Ermənistan elektrik şəbəkələri" şirkətinin bütün səhmlərini və Razdan İstilik Elektrik Stansiyasını alıb. Moskva və İrəvan arasında münasibətlər sərinləşdikcə, Rusiyadan Ermənistan və onun vətəndaşları üçün iqtisadi problemlər yaradıla biləcəyinə dair ilk eyhamlar səslənməyə başlayıb. Keçən ilin oktyabrında Rusiya Dövlət Duması Rusiyada sahibkarlıq və əmək fəaliyyəti üçün gərək olan Ermənistan sürücülük vəsiqələrinin tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb. Dumanın sədri Vyaçeslav Volodin açıq-açkar bunu onunla izah edir ki, Ermənistan hökuməti rus dilinə rəsmi status vermək üçün heç bir addım atmayıb. Rusiyada bir çox ermənistanlı miqrant ictimai xidmət sahəsində, o cümlədən taksi sürücüsü kimi işləyir və sürücülük vəsiqələrinin tanınmaması bunu qeyri-mümkün edir. Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan vətəninə pul göndərən əmək emiqrantlarından da asılıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Ermənistandan Rusiyaya mövsüm işlərinə ildə təxminən 80 min adam gedirdi. Onların əksəriyyəti tikinti işlərinə cəlb olunur. Rusiya Federal Miqrasiya Xidməti bu rəqəmi 300 minə yaxın göstərir.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyadan Ermənistana təxminən 865 milyon dollar pul köçürülüb. Bu, ölkə ÜDM-nin 5 faizi təşkil edir. 2022-ci ildə bu rəqəm təxminən 4 dəfə artıb və 3,6 milyard dollara çatıb. Bu, Ukrayna müharibəsi ilə bağlı Rusiyada qismən səfərbərlik elan olunandan sonra təxminən 100 min rusiyalıların Ermənistana mühacirət etməsi ilə bağlıdır. Ermənistanda yaşayan ermənilərin sayı, bəzi rəqəmlərə görə, 2 milyondan çoxdur. Bəzi mənbələr isə bu rəqəmin 3 milyon olduğunu iddia edir. Son statistik məlumatlara əsasən, Ermənistanda 12,6 faiz illik iqtisadi artımın dörddə biri rusiyalı miqrantlarin sayəsində təmin edilib. Onlar Rusiyanın Ukraynada hərbi əməliyyatları ilə bağlı qismən səfərbərlik elan edildikdən sonra Ermənistana gəliblər. Çoxları Ermənistandan tranzit ölkə kimi istifadə edir, lakin təxminən 100 mininin ölkədə qaldığı bildirilir.Ermənistan ÜDM strukturunda vasitəsiz xarici investisiyalar 5 faiz təşkil edir. 2022-ci ildə ölkəyə rekord məbləğdə - 1 milyard dollar cəlb edilib və bunun böyük hissəsi - Rusiyadandır. Bir çox miqrantlar Ermənistanda öz biznesini yaradır. Miqrantların axını Ermənistanda fəaliyyət göstərən 18 kommersiya banklarının mənfəətliliyinə müsbət təsir edib. "Fitch" kredit agentliyi bildirir ki, Rusiya-Ermənistan ticarəti Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri əhəmiyyətli dərəcədə artıb. Rusiyaya malların ixracı 2021-ci ildən bəri 300 faiz artıb, ölkə ixracının 51 faizi Rusiyaya edilib, idxalın isə 30 faizi keçən ilik ilk doqquz ayında Rusiyadan olub. Ermənistana miqrantların axını plan üzrə nəzərdə tutulan 1,6 faiz əvəzinə, demək olar ki, 13 faizə çatıb. Çünki miqrantların əksəriyyəti yaxşı təhsil almış və əsasən yüksək gəlirli insanlardır.Bu amil xüsusilə ictimai xidmət sektorunun inkişafını təşviq edir. Lakin bu tələbatın nə dərəcədə davamlı olacağını öncədən söyləmək çətindir. Miqrantların çoxalması səbəbindən ölkədə mənzillərin qiymətləri və kirayə haqı 2-3 dəfə artib və onların bir hissəsi başqa, daha ucuz yaşayış şəraiti olan ölkələrə üz tutar. 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Hazırda Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları şirkətinə daxil olan Cənubi Qafqaz Dəmir Yolunun idarəçiliyindədir. Tərəflərin razılığı ilə, 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər. Ermənistan ixracatının xaricə nəql edilməsinin yeganə quru yolu Gürcüstan-Rusiya sərhədinin "Yuxarı Lars" adlanan məntəqəsindən keçir. Qış aylarında yol buz bağladığına görə, vaxtaşırı bağlı olur. Lakin bəzən Ermənistan yük maşınları başqa səbəblər üzündə, əsasən Rusiya tərəfinin göstərişi ilə günlərlə yolun açılmasını gözləməli və ya geri qayıtmağa məcbur olurlar. Keçən il noyabrın sonunda Ermənistan baş naziri KTMT-nin Minsk sammitində iştirak etməkdən imtina edəndə, Ermənistan yük daşıyanları da Yuxarı Lars nəzarət keçid məntəqəsində problemlə üzləşdilər. Yüzlərlə növ məhsul, o cümlədən tez xarab olan balıq və meyvə aparan yük maşını nəzarət məntəqəsində dayandırılır, çünki Rusiya fitosanitariya nəzarəti məhz Ermənistan məhsulları üçün tələblərini sərtləşdirmişdi. Bütün bunlar Ermənistanın Rusiyadan böyük asılılığını göstərir. Bu halda Rusiyanın iqtisadi rıçaqlarını işə salması Ermənistanın məhvi deməkdir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ