Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan-Ermənistan normallaşmasında Avroittifaqın rolu məhv oldu...

Image


Artıq heç kimə sirr deyil ki, demokratiya, multikulturalizm  Qərbdə, xüsusən də Avropada deqradasiyaya uğramaqdadır. Bunu hətta Avropada da getdikcə daha çox sayda insan etiraf edir. 

Məsələn, Avropa Parlamentinin üzvləri bütün Avropa İttifaqında demokratiyanın, qanunun aliliyinin və fundamental hüquqların dağılmasından dərin narahatdırlar. Bu barədə Vətəndaş Azadlıqları Komitəsinin təsdiq etdiyi "2023-cü ildə qanunun aliliyinin vəziyyəti" haqqında hesabat layihəsində deyilir.

Sənəddə Avropa Parlamentinin deputatları ciddi problemlərin aşkarlandığı konkret Avropa İttifaqı ölkələrini də tənqid ediblər. Məsələn, Fransada niderlandlı müxbirin saxlanması və onun telefonlarının qanunsuz dinlənməsindən sonrakı problem konkret nümunə kimi təqdim edilir. Deputatlar, həmçinin, tez-tez insan alverinin qurbanı olan qaçqın və miqrantların dənizdə həlak olmasından təəssüflənirlər. Bununla əlaqədar olaraq, Avropa Parlamentinin deputatları quruma üzv dövlətlərə beynəlxalq hüquq çərçivəsində çətin vəziyyətdə olan insanlara yardım göstərmək öhdəliyini xatırladırlar. Təbii ki, qeyd edilənlər Avropa İttifaqına  etimadı sarsıdır, onun dünya miqyasında nüfuzuna ciddi xələl gətirir. Belə şəraitdə Avropa İttifaqının Azərbaycan və Emənistan arasında vasitəçiliyi də ciddi sual altına düşür. Xüsusən də o fonda ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Ən azından o baxımdan ki, otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də dilinə gətirməyən qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi qurumun  Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmamasına gətirib çıxarır. Bunu  rus tarixçi-qafqazşünas, ekspert Oleq Kuznetsov da xüsusi olaraq vurğulayır. O hesab edir ki, Jozep Borrelin Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı mövqeyi birtərəfli və qərəzlidir, hətta onu qeyri-adekvat da adlandırmaq olar: "Cənab Borrelin Ermənistanın ərazi bütövlüyü haqqında fikirləri anlaşılmazdır, bu məsələ öz həllindən uzaqdır və nizamlanmayıb. Ermənistanın dörd qonşusundan yalnız biri - Türkiyə ilə sərhəd məsələsi həll olunub və bu, 1921-ci il Qars müqaviləsində öz əksini tapıb. İrəvan digər iki qonşusuna - Azərbaycana və Gürcüstana qarşı onilliklər ərzində daim ərazi iddiaları irəli sürüb, onlarla sərhəd xətti müəyyən olunmayıb və qeydə alınmayıb. Ona görə də bu ölkənin ərazi bütövlüyünün nədən ibarət olduğu müəyyən edilməyib və nizama salınmayıb. Borrelin rəhbərlik etdiyi Avropa diplomatiyası beynəlxalq hüquq reallıqlarından, həmin şərtlərin olmadığı halda isə tərəflərin öz ziddiyyətlərini sülh yolu ilə həll etmək istəyindən çıxış etməlidir. O, əvvəlcə etiraf etməlidir ki, Ermənistanın ərazi bütövlüyü təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla razılaşmalardan asılıdır və bu məsələyə təkcə Ermənistanın qonşularından birinin tərəfinə diqqət yetirməklə deyil, kompleks şəkildə yanaşmaq lazımdır. Məhz bu cür mövqe ölçülüb-biçilmiş və adekvat olacaq, cənab Borrelin indi bizə nümayiş etdirdiyi yanaşma deyil. Amma hələ ki, onun mövqeyi birtərəfli və qərəzlidir, hətta onu qeyri-adekvat da adlandırmaq olar".

Ekspertin sözlərinə görə, Borrelin Ermənistana münasibətdə qeyri-dostcasına addımlar atılacağı təqdirdə rəsmi Bakının ünvanına səsləndirdiyi təhdid onun qeyri-adekvat olduğunu göstərir: "O, birmənalı olaraq belə bir obyektiv reallığı etiraf etmək istəmir ki, Azərbaycan və Ermənistan faktiki olaraq hələ də müharibə vəziyyətindədir, onların arasında hətta atəşkəs də yoxdur, yalnız atəşkəs razılaşması var. Nəticə etibarilə həm de-yure, həm də faktiki olaraq iki ölkə bir-biri ilə nə dost, nə də yaxşı qonşudur və bu gün onlar yalnız son üç onillikdə içində olduqları silahlı qarşıdurmadan çıxış yolu axtarırlar. Və cənab Borrel sülh və harmoniya axtarışında tərəflərin səylərini təşviq etmək əvəzinə, öz bəyanatları ilə bu səyləri baltalayır, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməyə çalışır. Vicdanlı və məsuliyyətli siyasətçilər bu cür hərəkət etməməlidir, lakin nə onun özünün, nə də beynəlxalq aləmdə təmsil etdiyi Avropa ittifaqının belə bir reputasiyası var. Obyektivlik, dürüstlük və qərəzsizlik ona xas xüsusiyyətlər deyil". Ümumilikdə, Kuznetsovun fikrincə, Avropa diplomatiyasının başçısının dünənki bəyanatında prinsipcə heç bir yenilik və ya əvvəllər deyilməyən fikir yoxdur. Bu xüsusda o, AzərTAc-a açıqlamasında deyib: "Borrelin bəyanatlarının onun özünün də parlaq nümayəndəsi olduğu Avropa İttifaqının transmilli bürokratiyasının maraqlarına tamamilə zidd olması sadəcə təəccüb doğurardı. Borrelin yerində olsaydım, Azərbaycanı təhdid etməzdim və Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə ona "Qarabağ irsi" korbağırsağından qurtulmağa imkan verəcək və orada yenidən yaradılan Dördüncü respublikanı təkrarən sivil ölkələr sırasına daxil edəcək konstitusiya islahatı təşəbbüsünü hər cür dəstəkləyərdim. Diplomatın səriştəsi və peşəkarlığı real təzahürü hələ baş verməmiş və ehtimal olunan mənfi hallara diqqətin cəmlənməsində deyil, əslində yaxşı işlərdən ibarət olan məhz belə məsələlərdə özünü büruzə verir. Hərçənd, Avropa "bağ"ından kənarda yalnız cəngəllik görən insan üçün dünyaya belə bir baxış alışılan və təbiidir, elə onun problemi də bundan ibarətdir. Qarşıdurma və təcavüz bunkerində gizlənərək özünü günəşi və səmanı görmək imkanından məhrum edən insan üçün dünyada yaşamaq çətindir". Gürcü politoloq Valeri Çeçelaşvili "Caucasus News" kanalına müsahibəsində bildirir ki, Avropa İttifaqının Azərbaycana ehtiyacı var:  "Avropa İttifaqı Azərbaycanla əlaqələri inkişaf etdirməsə, Mərkəzi Asiya ölkələri ilə münasibətləri necə inkişaf etdirəcək? Təsəvvür etmək çox çətindir. Çünki bunun başqa yolu yoxdur. Cənubi Qafqazın əsas nəqliyyat-kommunikasiya dəhlizi olan Xəzər və Qara dənizlər arasında olan bu dar məkan Mərkəzi Asiyanı Avropa İttifaqı ilə, ümumilikdə Avropa ilə birləşdirir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ