Cümə günü, 06 noyabr 2026
     

Ermənistandan etiraf - Azərbaycan haqlıdır...

Image


"Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox "müşavirləri" var". 

Bu fikirləri Prezident İlham Əliyev hələ ötən il dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda səsləndirib.

Bununla yanaşı, dövlət başçısı qeyd edib: "İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun". Belə görünür ki, Azərbaycanın bu yanaşmasını artıq Ermənistanda da qəbul edirlər. Elə baş nazir Nikol Paşinyan da vurğulayır ki, Ermənistan Azərbaycana gələcəkdə heç bir ərazi iddialarının olmayacağına dair yazılı qaydada rəsmi qarantiyalar verməyə hazırdır. Paşinyan Vayotzor vilayətində öz partiyasının vəzifəliləri qarşısında etdiyi çıxışında bu xüsusda deyib: "Biz Azərbaycandan qarantiyalar gözləyirik ki, sətir arasında Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları üçün heç bir zəmin saxlanmasın. Biz belə qarantiyalar istəyirik. Amma mən deməliyəm ki, biz də belə qarantiyaları verməyə hazırıq. Bu qarşılıqlı hərəkət olmalıdır. Bu bizim üçün və ya onlar üçün birtərəfli akt ola bilməz". Azərbaycan onsuz da Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürmür. İndi Ermənistan da eyni addımı atmalıdır. Elə bu fonda hesab edilir ki, Nikol Paşinyanın ölkə konstitusiyasını dəyişmək niyyəti də bundan qaynaqlanır. Xatırladaq ki, Paşinyan yeni geosiyasi şəraitdə Ermənistana yeni konstitusiya lazım olmasına dair bəyanat verib. "Azatutyun" radiosunun yazdığına görə, belə görünür ki, Paşinyan 1995-ci ildə qəbul edilmiş konstitusiyanın preambulundan xilas olmaq istəyir. Preambulda Ermənistanın 1990-cı ildə qəbul etdiyi müstəqillik bəyannaməsinə istinad edilir. Bu sənəddə isə öz növbəsində Sovet Ermənistanı və ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin qanunvericilik orqanlarının iki ərazinin birləşdirilməsinə dair qərarı yer alıb. Preambulda həm də ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında üzləşdiklərinin beynəlxalq aləmdə "soyqırım" kimi tanınmasına çağırış edilir. İndi Paşinyan bunlardan xilas olmağa çalışır. Çünki bu halda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşa bilər. Ermənistanın "7or.am" nəşri yazır ki, Paşinyan ölkənin Azərbaycan və Türkiyəyə çox ehtiyac duyduğunu başa düşür: "Təbii ki, o, kürsü problemindən də narahatdır. O kürsünün saxlanılması birbaşa Ermənistanın təhlükəsizlik mühiti ilə bağlıdır. "Biz Azərbaycandan zəmanət gözləyirik və zəmanət verməyə hazırıq", - deyə Nikol Paşinyan öz partiyasının üzvləri ilə görüşdə bildirib. Beləliklə, baş nazir deyir ki, Türkiyə və Azərbaycanın ilkin şərtlərini yerinə yetirməyə hazırdır. Bunun qarşılığında o, öz kürsüsünün saxlanılması üçün zəmanətlər gözləyir. Nikol Ermənistan konstitusiyasını dəyişməyə hazır olması ilə İlham Əliyevə "qarşılıq verir". Bu, İlham Əliyevin tələbidir. Özü də həmin tələbi yerinə yetirməyə hazır olduğunu deyir. Nikol bunu Azərbaycana sülhə nail olmaq üçün əlavə təminatların verilməsi prosesi kimi təqdim edir".

Amma bütün bunlara revanşist qüvvələr ciddi narahatlıqla yanaşır. Keçmiş prezident Robert Köçəryanın "Hayastan" fraksiyasından beş deputat artıq konstitusiyanın dəyişdirilməsi təklifini pisləyən birgə bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Paşinyan konstitusiyanı dəyişdirməklə öz məqsədlərini həyata keçirmək istəyir: "Paşinyan Üçüncü Ermənistan Respublikasının sütunlarından biri üzərinə hücuma hazırlaşır ki, Türkiyə-Azərbaycan tələblərindən daha birini qəbul edə bilsin". Beş deputatdan biri olan Kristine Vartanyan bildirir: "Ermənistanın yeni konstitusiyası ondan daha hansı ərazi dəyişikliyi tələb edəcək? Ən böyük dəyişiklik Azərbaycanın Qarabağ üzərində nəzarətinin bərpa olunmasıdır. Paşinyan bizə açıq şəkildə deyir ki, bizim konstitusiyamız bu reallığı əks etdirməlidir". Halbuki, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ Bakı bu bölgə üzərində nəzarətini bərpa etmədiyi vaxtlarda tanımışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə konstitusiyanın dəyişdirilməsinin başqa səbəblərindən də bəhs edir. Onun sözlərinə görə, konstitusiya dəyişikliyi məsələsi həm də xarici əlaqələrlə bağlıdır. Mirzoyan qeyd edib ki, konstitusiya dəyişikliyi ilk növbədə daxili əhəmiyyətli sənəddir. Konstitusiya hüququ üzrə erməni ekspert Vardan Poğosyan isə məsələni başqa prizmadan şərh etməyə çalışır: "Nikol Paşinyan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərə bilmir və qəti təslim olmağa qərar verib". Onun sözlərinə görə, mövcud konstitusiya ölkənin əsas qanununu dəyişdirməklə, onu bir zərbə ilə aradan qaldırmaq istəyən Paşinyan üçün əngəldir: "Konstitusiyanın birinci bəndi artıq Paşinyanın məqsədlərinin reallaşmasına maneədir. Paşinyana mane olan başqa müddəalar da var, o cümlədən Ermənistan ərazisinin dəyişdirilməsi məsələsi mövcuddur. O, həmçinin, konstitusiyanın ermənilərin müdafiəsində Erməni Apostol Kilsəsinin müstəsna roluna istinad edən 18-ci maddəsini ləğv etməyə çalışacaq. O, yəqin ki, Ağrı dağı və Nuhun gəmisinə aid olan gerbin təsvirini də (21-ci maddə) aradan qaldırmağa çalışacaq. Gerbə Alagöz dağının təsvirini qoyacaq, Ağrı dağını götürəcək və bunu gizlətmir". Poğosyan bildirib ki, Paşinyan yeni konstitusiya ilə Türkiyə və Azərbaycanın diqtəsini yerinə yetirir. Konstitusiya məsələləri üzrə digər erməni ekspert Qohar Meloyanın sözlərinə görə, Ermənistan ictimaiyyəti bu yeni prosesi yaxından izləməli və başa düşməlidir ki, niyə hakim qüvvə konstitusiya dəyişiklikləri gündəmini deyil, yeni konstitusiya gündəmini hazırlayır: "Bir konstitusiya məsələləri üzrə ekspert və hüquqşünas kimi mən düşünmürəm ki, ölkəmizin üzləşdiyi ən ciddi təhlükəsizlik problemlərinin və ya digər ciddi problemlərin həlli, fikrimcə, hər kəsə açıq olan konstitusiyaya dəyişiklik etməklə əldə edilə bilər".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ