Cümə günü, 06 noyabr 2026
     

Fransanın anti-Azərbaycan siyasəti Ermənistanda da tənqid edilir

Image


Məlum həqiqətdir ki, Fransanın regional məsələlərə yanaşması tamamilə ermənipərəst xarakter daşıyır. Bu fonda Fransa tərəfi uzun müddətdir Azərbaycana təsir göstərməyə çalışır, lakin hər şey əbəsdir. Bunlar fonunda Fransa silahlı qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edən prezident Emmanuel Makronun bəyanatları Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Fransa hökumətinin mövqeyinə tam işıq salır. Makron Fransanın "böyük millət" statusunun saxlanılması kontekstində Ermənistanla bağlı qarşıdan gələn tarixi qərarlara da işarə edib. Yəni Fransanın aktiv anti-Azərbaycan mövqeyi müəyyən hərbi-siyasi mülahizələr və ambisiyalarla diqtə olunur ki, burada Ermənistan bir alətdir.

Bu fonda Fransa silahlı qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edən Makron bildirib:  "Bu il böyük bir millət olaraq üzərimizə düşən öhdəliklərlə üzləşəcəyik. Təfərrüatı açıqlamayacağam. Ancaq Balkanları, Ermənistanı qeyd edə bilərəm - hansı ki, diqqət mərkəzimizdədir, xüsusilə bizim mövqeyimizi gücləndirən və tarixi qərarlar verən Ermənistana münasibətdə...". Bütün bunlar Ermənistanın özündə də təəccüblə qarşılanır. Məsələn, erməni analitik Ruben Marqaryan qey edir: "Makron Fransa hərbçiləri qarşısında çıxış edib. O, digər məsələlərlə yanaşı, böyük bir xalqın üzərinə düşən vəzifələrdən, Fransanın rolunun gücləndirilməsindən və tarixi qərarların qəbulundan, xüsusən də Ermənistanla bağlı danışıb. İrəvan-Paris əlaqələrinin güclü və yaxşı kökləri var. Ermənistanın Fransaya və onun xalqına qarşı həmişə isti münasibəti olub. "Soyqırım"dan sonra on minlərlə erməni qaçqına sığınacaq verən Fransanı xatırlayırıq. Paris bizim üçün Mişel Leqran, Şarl Aznavur, Fransa müqavimətinin qəhrəmanı Misak Manuçyan və digərləridir. Amma bu gün Makron Ermənistanda "mövqeyi gücləndirmək"dən, İrəvanla bağlı "tarixi qərarlardan" danışanda onun nə demək istədiyini daha dəqiq bilmək istərdim. Çünki Ermənistan üçün "mövqeyini gücləndirməyin" və "tarixi qərarların" müsbət nəticələri hələ görünmür. Fransanın Ermənistanla bağlı tarixi qərarlarından danışarkən Makron nə ilə fəxr edir? Gəlin faktla danışaq. Fransanın 2020-ci ildə müharibəni dayandırmaq cəhdləri nəticə vermədi. Paris 2023-cü ildə Azərbaycanın "artsaxa qarşı təcavüzünü" də dayandıra bilmədi. Parisin "tarixi qərarları" və üstəlik, onların Ermənistan üçün müsbət nəticələri nədən ibarətdir? Saxta müşahidəçilərdən? Fransız futbolçu Nikolas Anelkanın Ermənistanda futbol akademiyası açmaq niyyətindən? Paşinyanın Avropanın nüfuzlu partiyalarının əyləncələrinə dəvət almasından? Ermənistana zəif və məhdud silah partiyasını verməkdən? Senatın "artsax"la bağlı son qətnaməsindən? Belə ki, 2020-ci ilin noyabrında Fransa Senatı "dqr"in tanınmasının zəruriliyi ilə bağlı qətnamə qəbul edib. Və? Bəlkə Paris Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin edəcəyinə söz verib, amma biz bilmirik? Etiraf etmək lazımdır: Makronun Ermənistan-Azərbaycan münasibətlərində aparıcı vasitəçilik rolunu oynamaq cəhdləri bu münasibətlərin normallaşması baxımından nəticə vermədi. Üstəlik, Parisin fəal vasitəçiliyi Ermənistan-Rusiya münasibətlərində neqativ prosesləri stimullaşdırdı ki, bu da "artsax" ətrafında böhranı daha da gərginləşdirdi. Bəlkə Makronun vasitəçilik səyləri kollektiv Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün ümumi planının həyata keçirilməsi istiqamətində şüurlu addım idi?". Ermənistanın "Luys" analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan isə məsələyə daha sərt formada münasibət bildirib: "Dünyada elə bir ölkə tanımıram ki, NATO oraya sülh naminə girib dəstək nümayiş etdirməyə çalışsın. Amma onu bilirəm ki, Alyansa üzv ölkələri, xüsusən də Fransanı Afrikadan qovurlar. Çünki on illərdir hər şeyin, bütün təbii sərvətlərin olduğu Afrika qitəsində insanlar qul kimi yoxsulluq içində yaşayır. Nəyə görə? Çünki onları qarət edirlər. Bir misal deyim: bir qram uranın qiyməti iki yüz dollardırsa, fransızlar onu Afrikada yarım sentə alırlar. Quldurluğun səviyyəsini təsəvvür edin. Ona görə də onilliklər boyu Qərbə yalvaran o xalqlar talan edildi, məhv edildi, istismar edildi, indi isə millətçi mübarizə aparırlar.

Ermənistana və İrəvan hakimiyyətinə gəlincə, bu ölkə kənardan idarə olunan dövlətdir. Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Regionumuzda sabit sülhü təmin edə biləcək yeganə dövlət Rusiyadır. Qərb isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Bu rol olmasa, mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə səbəb olacaq. Yəni Qərb yeni müharibəni qızışdırır və Fransa bu rolu öz üzərinə götürüb". Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da Fransanın Ermənistanı fəlakətə sürüklədiyini qeyd edir. O, "oxu.az" portalına müsahibəsində qeyd edir: "Fransa sisteminin özünəməxsus kiçik xüsusiyyətləri var. Ümumiyyətlə, xatırlatmaq istərdim ki, Fransa gah NATO-ya daxil olur, gah da NATO-dan çıxırdı. Amma ümumilikdə Fransanın təlim standartları NATO-dan çox da fərqlənmir. Lakin bu, Ermənistan ordusunun döyüş qabiliyyətinə təsir edə biləcək real hərəkətlərdən daha çox, Fransa və Ermənistanın siyasi, nümayişkaranə addımlarıdır… Bütün Qərb diplomatiyası hər iki ayağından topaldır. Bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Lakin fransızlar müəyyən mənfəət əldə etməkdən ötrü Ermənistanı Avropa pullarını yumaq üçün "camaşırxana"ya çevirmək məqsədilə oraya girməyə çalışdılar. Nəticədə onların Bakı ilə arası dəydi. Amma Fransanın Qazaxıstandan atom elektrik stansiyaları üçün urana ehtiyacı var və o, ancaq Azərbaycan ərazisindən tranzitlə çatdırıla bilər. Bütün bunlar Fransa üçün necə nəticələnəcək? Bu hala Paris hansısa yolla Bakı ilə danışıqlar aparmalı olacaq". Beləliklə, Fransanın Azərbaycana qarşı qərəzli, məntiqsiz, beynəlxalq hüquqa zidd davranışları, bəyanatları və siyasi mövqeyi absurd olmaqla yanaşı, bölgəmizdə sülhə də mane olur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ