Cümə günü, 06 noyabr 2026
     

Ermənilər anti-Rəsulzadə kampaniyasına oyuncaq "Lazarev klubu"nu da qoşdular...

Image


Bəxtiyar Həsənov: "Bu klubun "bəyanatının" nə hüquqi, nə də siyasi baxımdan heç bir əhəmiyyəti yoxdur, quru iddiadan başqa bir şey deyil"

Qatı ermənipərəstliyi ilə seçilən "Lazarev klubu" antiazərbaycan mövqeyini bu gün də davam etdirir. Xüsusən də Azərbaycanın qazandığı möhtəşəm qələbədən sonra ermənipərəst təşkilat susmaq bilmir, kin və nifrətini püskürmək üçün meydan axtarır. 

Hər şeydən əli üzülən "Lazarev klubu" indi Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Xalq Cumhuriyyətinin qurcusu Məhəmməd Əmin Rəsulzadəni hədəfə alıb. Azərbaycan Prezidenti İlham Əliyevin  M.Ə.Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamı nəinki Ermənistanın, hətta Rusiyadakı erməniyanlıların da yuxusunu qarışdırıb, gözlərindən yuxunu ərşə çəkib. 

Erməni mediası qondarma "Beynəlxalq Rusiya-Ermənistan "Lazarev Klubu" Şurasının və MDB Ölkələri İnstitutunun (Moskva) üzdəniraq bir bəyanatını yayıb. Antirəsulzadə ruhunda hazırlanan bu kağız parçasında Hitler nökəri, ona qul kimi qulluq edən Q.Njdeni tərifləyib "göyə qaldırıblar", Hitlerlə heç bir əməkdaşlığı olmayan Rəsulzadəyə isə ona yaraşmayan ləkələr atıblar. 

Azərbaycan Prezidentinin Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncamı öz aləmlərində "tənqid" edən üzdəniraq klub Cumhuriyyət liderinə qarşı əsassız iddialar irəli sürüblər. Başdan-başa qərəz və tarixi faktları saxtalaşdırmadan ibarət olan kağız parçasında xalqımızın, dövlətimizin Rəsulzadəyə ehtiramını qaralamağa çalışırlar. Yazırlar ki, 

Rusiya imperiyasının və Sovet İttifaqının qatı düşməni olan Rəsulzadə Türkiyədə Pilsudski, Hitler və müharibədən sonrakı amerikapərəst "SSRİ Əsir Xalqlarının Azadlığı Komitəsi" ilə ardıcıl əməkdaşlıq "edib". "Rəsulzadə "ata" elan edilir. Azərbaycanda onun abidələri çoxalır, ona sitayiş edilir və yubileyi illərdir dövlət səviyyəsində qeyd olunur"-deyə bildirən qondarma təşkilat Rəsulzadəyə  min bir iftira atır. 

Rəsulzadənin nasistlərlə əməkdaşlıq etmədiyini, Azərbaycan legionunun yaradılması səbəblərini bilə-bilə yenə də saxlaşdırmadan əl çəkmək istəməyən ermənipərəst dəstənin dərdi aydın olur. Əslində, məqsədləri Rəsulzadəni bəhanə edərək Qarabağdan könüllü köçüb getmiş ermənilərlə bağlı şou yaratmaq və Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilmədiklərini, bundan rahatsız olduqlarını ifadə etməkdir. 

"Onları qıcıqlandıran odur ki, Prezident Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncamla bir daha dünyaya mesaj verdi ki, biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik..." 

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, "Lazarev klubu"nun ermənipərəstliyi bəllidir. "Bu klub 2018-ci ildə Rusiyada fəaliyyətə başlayıb. Düzdür, bu kluba Rusiya Dövlət Dumasının deputatı Zatulin rəhbərlik etsə də, şuranın bütün üzvləri ermənilərdən ibarətdir. Ambarsumyan, Karapetyan, hətta Zori Balayan oradadır. Ora Rusiyada böyük şirkətlərin milliyyətcə erməni direktorları, radio şirkətlərinin redaktorları,   orada yaşayan bir çox üzdə olan ermənilər toplaşıb. "Lazarev klubu"nu yaradanlar da XVIII əsrdə İrandan köçürülən Lazaryan Nəzəroviçin törəmələridir. Çünki ilk dəfə Rusiya ərazisinə o gəlib, Yekaterinanın qəbulunda olub, baş zərgər statusuna qədər yüksəlib. Hətta Rusiyada  onun oğluna bir müddət sonra "Şərq məsələləri üzrə" müşavir də deyiblər. Onlar imkanlı olublar və Rusiyanın elitar təbəqəsinin çoxunu rüşvətlə ələ alıblar, çoxlu sayda ermənini orada müxtəlif vəzifələrə yerləşdiriblər. Onun vasitəsilə erməniləri Rusiya ərazisinə köçürməklə bağlı siyasətlərini həyata keçirmək istəyiblər.  Bu Lazarevlər ailəsi ermənilərin Qafqaza köçürülməsi layihəsinin müəlliflərindən biridir. Bunlar daim bizim əleyhimizə iş aparırlar. Onlar hər müharibədə ermənilərin Qafqaza köçürülməsinə, yeni ərazilər əldə etməsinə nail olurdular. Hətta Rostov ərazisində əsassız olaraq "Yeni Naxçıvan" yaratdılar. Bu da onların layihəsinin tərkib hissəsi idi ki, erməniləri ora yerləşdirirdilər. Naxçıvan adı da bizim Naxçıvana ərazi iddiaları ilə bağlıdır.

Bu üzdəniraq klub mütəmadi olaraq bizə qarşı ərazi iddiası ilə çıxış edir, Azərbaycanın əleyhinə olan məsələləri gündəmə gətirir. Aydındır ki, onun  tərkibində Zori Balayan kimi qatı millətçilərdən biri də var. Xocalıda və Qarabağın başqa ərazilərində qatı cinayətlər törədənlərdən də o klubda təmsil olunanlar az deyil". 

B.Həsənov qeyd etdi ki, sözdə onların məqsədi Rusiya və Ermənistanın inteqarsiyasını həyata keçirmək olsa da, məqsədləri fəqrlidir. Alim qeyd etdi ki, onlar bütün ərazilərdə erməniləri yerləşdirmək niyyətlərini həyata keçirmək istəyirlər,   torpaqlarımıza qarşı ərazi iddiaları irəli sürürlər. B.Həsənovun sözlərinə görə, eyni zamanda XX əsrin əvvəllərində Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaradılması da Lazerev layihəsinin tərkib hissəsi olub.    

"Qaldı ki, Azərbaycan Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama, sözsüz, bu sərəncan onları qıcıqlandırır. Nə üçün qıcıqlandırır? Çünki onlar daim bizə qarşı ərazi iddialarını davam etdirir. Bilirsiz ki, Zatulin də qatı erməni tərəfdarıdır, həmişə erməniləri müdafiə edir, Rusiya Dövlət Dumasının deputatı kimi o kürsüdən də istifadə edir. O tam olaraq ermənilərin tərəfini tutsa da, müəyyən mənalarda Rusiya dövlətinin də adından çıxış edir. Çünki o, Rusiyanın maraqlarına xidmət edən məsələləri də qaldırır. Bilirik ki, Rusiyanın Cənubi Qafqazda müxtəlif maraqları var, bu maraqların təmin olunması üçün Zatulin kimi insanlar lazımdır ki, bəzi hallarda bu məsələləri qaldırsın. 

Prezidentin də bu sərəncamı həm erməniləri, həm də rusları qıcıqlandırıb. Çünki sərəncamdan sonra Prezident yerli telekanallara müsahibəsində vurğuladı ki, bizim torpaqlarımız var, yəni biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik. Bu da o deməkdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin hər şeyinin varisiyik, ondan nə qalıbsa hamısına iddialıyıq. Prezident bizim ərazilərimiz haqda, İrəvanın verilməsi barədə də danışdı, vurğuladı ki, İrəvan bizim ərazimiz olmasına baxmayaraq ermənilərə güzəştə gedilib. Prezident bu məsələləri qaldırdı. Bu da onları qıcıqlandırır. Ona görə qıcıqlandırır ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətini yaradanda konkret olaraq hansı ərazilərin Azərbaycan ərazisi elan olunduğu məlumdur. Bu barədə Fransada xəritələr çap olunub. Bu xəritələrdə aydın görsənir ki, 1918-ci ildə hansı ərazilər Azərbaycanın ərazisi olub. Göyçə, Zəngəzur, Dərələyəz və başqaları Azərbaycanın tarixi torpaqları olub, bu ərazilər o vaxt Azərbaycanın tərkibində idi. İlham Əliyevin Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncam həm də ondan irəli gəlir ki, Prezident Azərbaycan Xalq Cumhurtiyyətinin varisi kimi haqlı olaraq o ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayır. Bildiyimiz kimi, İlham Əliyev həm də bir tarixçi alimdir və buna görə də XX əsrin əvvəllərində baş verən siyasi, iqtisadi proseslərin hamısını düzgün analiz edir və haqlı qərara gəlir ki, İrəvanın ermənilərə güzəştə gedilməsi doğru deyildi, bu bizim ərazimizdir, referendum keçirilməyib, o torpaqların ermənilərə verilməsinin heç bir hüquqi əsası yoxdur. Düzdür, o ərazilərə iddiamız olmasa da ki, biz o əraziləri qaytaracağıq və sair, amma bizim də öz ərazilərimizə qayıdıb orada yaşamaq haqqımız var. Əhalimizin ora qayıtması, yaşaması üçün əlimizdə ciddi əsaslarımız var. Ona görə də, o klubu bu sərəncam narahat edir. Ona görə narahat edir ki, İlham Əliyev həm də Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi çıxış edir. Bundan o qədər narahat olublar ki, Azərbaycanın əleyhinə kampaniyaya başlayıblar..." 

Tarixçi alim hesab edir ki, bu klubun Rəsulzadəni, Azərbaycanı qaralaması yolverilməzdir və 7 fevral Prezident seçkiləri qabağı qurulan antiazərbaycan kampaniyasının tərkib hissəsidir, amma bu, Azərbaycan xalqının öz Prezidentinə etimadına heç bir kölgə sala bilməz. "Bu kimi klubların maraqlarına ziddir ki, xalq Prezidentə ciddi dəstək verir və xalq öz Ali Baş Komandanı, Prezidenti ilə bir yerdə seçkiyə gedir. Toy-bayramla qələbəni əldə etməyimiz onları qıcıqlandırır. Bunlar eyni zamanda Prezident seçkilərinə qarşı da bir kampaniya aparırlar ki, xalqın seçkiyə inamını azaltsın, xalqı seçkiyə getməkdən yayındırsınlar, amma onlar buna nail ola bilməyəcək. Bu klubun "bəyanatı" həm də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə qarşı bir kampaniyadır. Burda həm Rusiyanın böyük qruplarının, həm də ermənilərin maraqları var"-deyə tarixçi alim qeyd etdi. 

Azərbaycan xalqının hansı dövlətlərin bizə necə mövqe tutduğunu yaxşı bildiyini deyən B.Həsənov ümid edir ki, xalqımız Prezident seçkilərində Ali Baş Komandan İlham Əliyevin yanında olacaq, seçkilərdə İlham Əliyev qalib gələcək, bəzilərinin apardığı qarayaxma kampaniyaları isə iflasa uğrayacaq. "Bu klubun "bəyanatının" nə hüquqi, nə də siyasi baxımdan heç bir əhəmiyyəti yoxdur, quru iddiadan başqa bir şey deyil. Onları qıcıqlandıran odur ki, Prezident Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncamla bir daha dünyaya mesaj verdi ki, biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik, o torpaqlar bizimdir və bizim qayıdıb orada da yaşamaq haqqımız, hüququmuz  var. Mesaj verdi ki, biz öz torpaqlarımıza qayıdacağıq. Bizim əhalimiz tarixən orada yaşayıb, 1988-ci ildə 250 minə yaxın soydaşımız indi Ermənistan adlandırılan tarixi ərazilərimizdən zorla qovulub, ondan əvvəl də bir neçə dəfə soyaşlarımız öz torpaqlarından deportasiya ediliblər. Odur ki, bizim Ermənistana ərazi iddiamız olmasa da, deportasiya edilən azərbaycanlıların ora qayıdışı təmin edilməlidir, çünki bu onların halal haqqıdır. Onlar da bundan qıcıqlanıblar. Üstəlik də Qarabağ zəfərindən sonra bizə qarşı daha da fəallaşmağa çalışırlar. Amma heç bir faydası olmayacaq"-deyə tarixçi alim vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ