Cümə günü, 06 noyabr 2026
     

Avropa Şurası yenə ikili standartlardan çıxış etdi, Azərbaycan qurumla yollarını ayıra bilər

Image


Azərbaycan  Avropa Şurasına üzv olduqdan sonra bu təşkilatdan gözlədiklərini ala bilmədi. Əvəzində ikili standartların, qərəzli yanaşmaların şahidi oldu. Elə bu səbəbdən ölkəmiz daim Avropa Şurasında köklü islahatların zəruriliyi, yeniləşmənin vacibliyi, ənənəvi problemlərdən xilas olmağın təxirəsalınmazlığını gündəmə gətirdi. 

Lakin təəssüf ki, düzəldilməli başlıca qüsurlar yenə əvvəlki kimi qalmaqda davam edib, sadəcə, bəzi prosedur qaydalarında kosmetik düzəlişlər olunub. Halbuki, islahat aparılmalı ən vacib məsələ hələ də davam edən ikili standartların aradan qaldırılmasıdır. İkili standartlar əvvəlkindən də çoxalıb. Qeyri-obyektivlik, sifarişli çıxışlar, qərəzli qruplaşmalar, bəzi üzv ölkələri daim hədəf seçərək onların üstünə getmək vərdişi qalmaqda davam edir. Elə bu fonda sərgiləyi ikili standart yanaşmalar nəticəsində bu təşkilat dünyada gedən proseslərə təsir etmək gücünü, beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Görünən odur ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda əsl Azərbaycanafobiya hökm sürür. Bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə baş verən hadisələr də təsdiq etdi. Belə ki, iclasda deputatlar  "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər. Onu da qeyd edək ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib. O, cəfəng iddialar səsləndirərək, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün  Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini bildirib. Deputat yalanlarına davam edərək, 2023-cü ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyası məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini vurğulayıb. Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq.  Bütün bunlar ilk növbədə Azərbaycana qarşı qisas cəhdidir və insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Məsələ ondadır ki, ölkəmizin  öz suverünliyini və ərazi bütövlüyünü bərpa etməsini Avropa Şurasında da həzm edə bilmirlər. Azərbaycanın Qarabağ regionunun 30 illik işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə məhəl qoymayan Avropa Şurası və onun strukturları indi rəsmi Bakıya qarşı ikili standartlar siyasəti yürüdür. Bu qurum 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən məcburi deportasiyaya və etnik təmizləməyə məruz qaldığını anlaya bilmədi. Bu fonda Avropa Şurası Azərbaycan üçün əhəmiyyətini itirib. Nəinki Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması, heç bütünlükdə qurumun özü ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir. 

Avropa Şurasının bir təşkilat kimi bu qədər nüfuzdan düşməsinin və hətta avropalıların özləri üçün də maraqsızlaşmasının əsas səbəbləri isə, qeyd edildiyi kimi, ikili standartlardır. Azərbaycana qarşı qondarma "siyasi məhbus" iddialarının irəli sürülməsi, "demokratik proseslərə əngəl törədilməsi" ilə əlaqədar ittihamların səsləndirilməsi qərəzli münasibətdən, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil. Bütün bunlar həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Elə bunun nəticəsidir ki, Avropa Şurasında mənəvi-siyasi aşınma prosesi müşahidə edilir. Burada təəssüf doğuran hal Almaniyanı təmsil edən deputatın mövqeyidir. İndi qurumda Fransa və Almaniyanın tandem şəklində çıxış etməsi müşahidə olunur. Ermənipərəst Fransa qurumda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması Berlinə də hörmət gətirmir. Berlin nəzərə almalıdır ki,  Fransa xarici siyasətində ardıcıl uğursuzluqlarına görə indi Almaniyanı qabağa verib. Bundan itirən isə almanlar olacaq. Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma sərgilənməsi isə tamamilə qəbuledilməzdir.  Qurum nəzərə almalıdır ki, Fransada polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilməsi onun nüfuzunu yerlə bir edir. Avropa Şurası gələcək mövcudluğu üçün ikili standartlar siyasətindən əl çəkməlidir. Qurum bilməlidir ki, Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edib. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək Azərbaycanın öhdəliyidir. Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Onu da qeyd edək ki, bir neçə il bundan əvvəl AŞPA Rusiyaya qarşı sanksiyalar tətbiq edərək onu səs hüququndan məhrum etsə də, sonrakı mərhələdə bu ölkənin arxasınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Sonra Rusiya özü bu qurumdan imtina etdi. Görünür, Azərbaycan da eyni addımları atmalı olacaq. Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandıra bilər. Bundan başqa,  Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Nəticədə uduzan sözügedən qurum özü olacaq. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ