Cümə günü, 06 noyabr 2026
     

İrəvan Bakı və Ankaranın şərtlərini yerinə yetirir - konstitusiya dəyişikliyi başladı...

Image


Ermənistanda son günlərdə yenə maraqlı proseslər cərəyan etməkdədir. Xüsusən də Ermənistan baş naziri Nikol Paşinyanın konstitusiya ilə bağlı səsləndirdiyi fikirlər geniş rezonans doğurub. 

Paşinyan deyib ki, ölkəsinin demokratik legitimliyinin və yaşarlığının təmin edilməsi üçün konstitusiya islahatına yox, tamamilə yeni bir konstitusiyaya ehtiyac var.

Qeyd edək ki, Paşinyan bu bəyanatı Ədliyyə Nazirliyində keçirilən müşavirə zamanı verib. O bildirib ki, yeni konstitusiya yeni geosiyasi şəraitdə Ermənistanı daha rəqabətli və daha canlı etməlidir: "Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı". Qeyd edək ki, konstitusiya islahatları ilə bağlı Paşinyan ilk dəfə 2021-ci ildə çıxış edib. Həmin dövrdə də o, yeni konstitusiyaya ehtiyac olduğunu bildirmişdi. İndi onun mövzu ətrafında etdiyi son çıxışı isə qaldırdığı məsələni artıq reallaşdırmaq niyyətində olduğundan xəbər verir. Paşinyanın sözlərinə görə, yeni konstitusiya xalq səsverməsinə çıxarılmalıdır ki, onun nüfuzuna heç bir şübhə yeri qalmasın. Bununla yanaşı, Paşinyan əlavə edib ki, hakimiyyətin parlament üsulunu dəstəkləyir, çünki bu, Ermənistan üçün ən uyğun hakimiyyət formasıdır. Xatırladaq ki, Ermənistanda konstitusiya 1995-ci ildə qəbul olunub və 2005 və 2015-ci illərdə ona iki dəfə dəyişikliklər edilib. İkinci düzəlişdən sonra ölkə yarıprezident üsul-idarəsindən parlament idarəetməsinə keçib. 2018-ci ildə "məxməri inqilab" nəticəsində hakimiyyətə gəlmiş Paşinyan 2021-ci ildə parlament sisteminin yaxşılaşdırılması üçün Konstitusiya İslahatları Şurası yaradıb. Son illərdə Ermənistan baş nazirinin populyarlığına ölkəsinin 44 günlük müharibədə məğlubiyyəti və Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunması ilə bağlı ziyan dəyib. Amma o, bununla belə, hazırda müxalifətdən daha yüksək reytinqə malikdir. Paşinyan hökuməti son aylarda, xüsusilə də Azərbaycanla müharibədəki məğlubiyyətdən sonra tədricən Moskvadan uzaqlaşmağa və Qərbə yaxınlaşmağa səylər göstərir. Ermənistan parlamentində keçmiş prezident Robert Köçəryanın "Hayastan" fraksiyasının deputatları – Geğam Manukyan, Anna Qriqoryan, Kristine Vardanyan və Artur Xaçatryan  Paşinyanın Ermənistana yeni konstitusiya lazım olmasına dair bəyantına birgə bəyanatla cavab veriblər. Müxalifət deputatları iddia edirlər ki, Paşinyan bu addımla Üçüncü Ermənsitan Respublikasının sütunlarından birinə qarşı yeni hücum hazırlayır.

Onların fikrincə, Paşinyan bu addımla Türkiyə-Azərbaycan tələblərinin yerinə yetirilməsinə hazırlıq görür. Birgə bəyanatda deyilir ki, Paşinyan konstitusiyanı dəyişməklə gələcək siyasi qərarlarına legitimlik verməyə çalışır. Müxalifət deputatları yeni konstitusiyanın Azərbaycan və Türkiyənin işinə necə yaraya biləcəyini izah etməyiblər. Amma Paşinyan bildirib ki, "vətən-dövlətdir" anlayışına legitimlik verilməlidir: "Çünki bəzən bu legitimlik müxtəlif nöqteyi-nəzərlərdən çox geniş diapazon ala bilər. Mən bu halda miqyas dedikdə, Ermənistan Respublikasının suveren, beynəlxalq aləmdə tanınmış ərazi və sərhədlərini nəzərdə tuturam". Erməni müxalifətinə görə isə "yeni regional şərtlər"ə istinad xarici təzyiqlə bağlı şübhələrə səbəb olub və bəzi ekspertlər ehtimal edirlər ki, Azərbaycan Qarabağa dair istənilən xatırlatmanın milli qanunvericilikdən çıxarılması üçün Paşinyana təsir göstərir. İrəvanda müəyyən səslər iddia edirlər ki, Bakı Paşinyanın Qarabağa dair bütün istinadları silməsində təkid edir ki, bu da böyük bir ərazidə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Paşinyanın son bəyanatının tam olması üçün vacib sayılır. Mürəkkəblik Ermənistan konstitusiyasının müstəqillik bəyannaməsindən bəhs edən ilk cümləsindədir. Preambulada Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarına istinad edilir. Həmin qərar isə Ermənistan SSR və "Dağlıq Qarabağ"ın birləşdirilməsi haqqındadır. Bəyannamədə bildirilir ki, Ermənistan Respublikası Osmanlı Türkiyəsi və "Qərbi Ermənistan"da 1915-ci ildə "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir. Bununla da Ermənistan Türkiyənin altı şərq vilayətinə ərazi iddiası irəli sürür. Həmçinin, Ermənistanın dövlət gerbində Ağrı dağının təsviri yer alıb. Rəsmi Ankara hesab edir ki, bu, Türkiyəyə qarşı növbəti ərazi iddiasıdır. İki ölkə arasında üçüncü mübahisəli məsələ isə Ermənistan konstitusiyasında yer almış "erməni soyqırım"ı ifadəsi ilə bağlıdır. Ona görə də  Türkiyə Ermənistan hakimiyyətindən ərazi iddialarına səbəb olan terminləri, "erməni soyqırımı" ifadəsini konstitusiyadan çıxartmağı, dövlət gerbini isə dəyişməyi tələb edir. Bunlar halında İrəvan Bakı və Ankara ilə münasibətlərini normallaşdıra bilər. Konstitusiyaya yenidən baxılmasa, Ermənistan təhlükəli vəziyyətdə qalır. İstənilən milli qanun, sərhədlər və ərazilər haqqında Azərbaycan-Ermənistan dövlətlərarası müqaviləsi mübahisəli hesab edilə bilər və gələcək siyasi liderlər baş nazir Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının qanuniliyini mübahisələndirə bilərlər. Öz siyasi yükündən və aqressiv ritorikasından məhrum edilmiş yeni konstitusiya qəbul edilməsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolun çətinliklərlə dolu olduğu görünür. Ermənistan yol ayrıcındadır və sülh perspektivi öz konstitusiya qanunvericiliyinə yenidən baxmağa hazır olmaqdan asılıdır. Görünən budur ki, Paşinyan qeyd edilən məqamı başa düşür. Amma radikal müxalifət yenə prosesə əngəl yaratmağa can atır. Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipilə ziddiyyət təşkil edir. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ