Cümə günü, 06 noyabr 2026
     

İran İsrailin ətrafında “alov halqası” yaradır - iki ölkənin savaşı an məsələsinə döndü...

Image


Məlum olduğu kimi, İran bu günlərdə bəzi qonşu ölkələrdə olduğu iddia olunan casus bazasını raket və dronlarla vurdu. Həmin ölkələrdən isə yalnız Pakistan İrana hərbi zərbə endirdi. İran-İraq müharibəsindən sonra ilk dəfə cənub qonşumuzun ərazisinə zərbə endirildi.

Bir daha xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yanvarın 15-16-da müasir raketlərlə İraq, Suriya və Pakistanın ərazi suverenliyini pozdu. Bundan sonra İran müdafiə naziri Rza Aştiani aşağıdakıları bəyan etdi: "Biz dünyada raket dövlətiyik. Düşmənlər harada İslam respublikasına təhlükə yaratsa, buna reaksiya verəcəyik və bu reaksiya proporsional, sərt və qətiyyətli olacaq". Baş verənlərlə bağlı "Radio Free Europe" yazır ki, bu hücumların azı ikisində ortamənzilli ballistik raketlərin debütü Tehranın əzəli düşməni İsrailə xəbərdarlığı sayılır. Qəzza zolağında müharibə İranla İsrail arasında gərginliyi artırıb. İranın çoxsaylı proksi qrupları və tərəfdaşları Fələstinə, HƏMAS radikal qruplaşmasına dəstək məqsədilə İsraillə qarşıdurmaya girib.  İran İsrailə qarşı ekstremist qrupların, hətta dövlət aktorlarının daxil olduğu "müqavimət oxu"nu dəstəkləyir. Bu qrupdakıların çoxunda İran raketləri var. Amma ekspertlərin fikrincə, Tehranın İsrail ətrafında "alov halqası" yaratmasına baxmayaraq, özü oraya birbaşa girməyə üstünlük vermir. Amma bu halqanın kənarında əyləşmək də Tehrana bəzi problemlər yaradıb. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi bununla bağlı qeyd edir: "Müqavimət oxu" adlanan qrupun üzvlərinin regionda daha aqressiv hərəkətlərə keçdiyi bir vaxtda İranın yoxluğu Tehranın nüfuzuna böyük zərbə vura bilər. Digər tərəfdən, çəkindirmə nəzəriyyəsi çərçivəsində İslam respublikası hakimiyyəti inanır ki, İrana təhdidlərə cavab verilməsə, bu, daha böyük münaqişəyə səbəb olar". Ekspertlər SEPAH-ın ötən həftəki raket və dron zərbələrinin arxasında bu səbəbi göstərirlər. Yəni İran güclənən atəş qüvvəsindən düşmənlərinə - potensial olaraq İsrailə qarşı istifadə edə bilər. İran İsraili vurmağa qadir "Xeybər Şekan"ballistik raketləri ilə yanvarın 15-də Suriyanın şimal-qərbində "İslam Dövləti" (İŞİD) və digər ekstremist qrupların bazalarına hücum edib. Elə həmin gecə İraqın yarımuxtar Kürdüstan Regionunda "Xeybər Şekan" raketləri və dronlar ilə İsrailin idarə etdiyi iddia olunan "casus" qərargahlarına zərbə endirilib. Kürdüstan Regionunun Təhlükəsizlik Şurası İranın iddiasını rədd edib. Bundan bir gün sonra SEPAH-ın raket və dronları Pakistanda İran terrorçu qrupunu hədəfə alıb.  Pakistan və İraq ərazilərinə zərbələri pisləyib, İslamabad İran ərazisində gizləndiyini dediyi separatçı qruplara cavab zərbəsi endirib.

Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun aparıcı əməkdaşı Behnam Ben Taleblu deyir ki, İranın İsraillə birbaşa qarşıdurmasının risqi daha böyük ola bilər: "İsrailə açıq şəkildə, silahla hücum etməmək o demək deyil ki, İslam respublikası yəhudi dövlətini dolayısı yolla, proksiləri ilə vurmağın yolunu tapmayıb". Təhlilçinin fikrincə, indilik, nə qədər ki sərhəd boyunca təhlükəli böhran yaranmayıb, İranın birbaşa iştirakı məhdud olacaq. İndilikdə isə İsrail Qəzzada Fələstinin HƏMAS qruplaşması ilə döyüşür və eyni zamanda Livanda İranın dəstəklədiyi "Hizbullah"ın hücum zərbələrinə cavab verir. Eyni vaxtda İranın İraq və Suriyada dəstəklədiyi qruplar ABŞ qüvvələrini hədəf alır, ABŞ və Böyük Britaniya isə Yəməndə gəmilərə hücum edən İranın dəstəklədiyi husiləri vurur. Tehran daha geniş İsrail-Qəzza münaqişəsinə qarışmaq istəmədiyini bəyan etsə də, İsraili və müttəfiqlərini dəstəklədiyi qruplar vasitəsilə hədəf alıb. Məsələ ilə bağlı  britaniyalı ekspert Şaşank Coşi qeyd edir: "Qəzəbli İran əzələlərini gərməkdədir. İrana qarşı ağır hücum (yanvarın 3-də Kirmanda general Qasım Süleymaninin anım mərasimi zamanı baş vermiş iki partlayış) 1979-cu il inqilabından sonra İranda baş vermiş "ən pis terror hücumu" kimi qiymətləndirilir, İran buna görə yaralıdır və hücum edir". Amma o vurğulayır ki, İsrailin buna sərt cavabı İranla birbaşa müharibəni tətikləyə bilər. Bu halda prosesə ABŞ da müdaxilə edəcək. Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos isə bildirir: "Qırmızı dənizdə "Rifah Keşikçisi" hərbi əməliyyatı Tehranda növbəti hərbi hədəfin İranın özünün ola biləcəyindən ehtiyatlanmasına səbəb olur. Tamamilə mümkündür ki, iranlılar koalisiyanın hərəkətlərinə cavab vermək planlarında regionda hərbi mövcudluğunun artırılmasını, bəlkə də Hörmüz boğazının bağlanması kimi daha cəsarətli addımlar atmağı nəzərdə tutublar. İndi bu inanılmaz səslənir, xüsusən də İran və Pakistan arasında bu yaxınlarda eyni körfəzdə birgə hərbi təlimlərin keçirilməsi fonunda. Lakin Qırmızı dənizdəki vəziyyəti nəzərə alsaq, bu, artıq çox fantastik görünmür. Ona görə də bu versiya mümkündür. Əsas rəqibləri - ABŞ və İsrailin separatçı hərəkatlardan istifadə etməsindən qorunmaq üçün Tehran onların bazalarına xəbərdarlıq, qabaqlayıcı zərbələr endirir. Bu versiyanın nə qədər effektiv olduğunu gələcək göstərəcək. Axı bu, təbii ki, iranlıları emosiyalarla deyil, ayıq hesablamalarla rəhbər tutmaq şərti ilə həyata keçirilir. Emosialar artsa, vəziyyət ən pis ssenari üzrə, nəzarətsiz eskalasiya şəklində inkişaf edə bilər".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ