Cümə günü, 06 noyabr 2026
     

Məhkəmədə şüşə qəfəsi hədəfləmiş Avroittifaqa əks fakt - Təranə Səmədova işi də siyasidir?..

Image


Xəyal Bəşirov: "Şüşə qəfəsdən istifadə bu gün beynəlxalq təcrübədə geniş istifadə olunan prosesdir"

Bir neçə gün əvvəl Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri bəyan etmişdi ki, Azərbaycanda məhkəmədə qadın jurnalistlərin şüşə qəfəslərə salınması onu möhkəm narahat edir və o bunu "jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftar" kimi qələmə verirdi. 

Məhkəmə zamanı tətbiq edilən bu üsula tamamilə siyasi don geydirməyə çalışan diplomat, nədənsə, bu üsulun dünya ölkələri məhkəmələrində qəbul edilən norma olduğunu unudub.  

Bildiyiniz kimi, prodüser Təranə Səmədovanın da məhkəmə prosesi gedir və məhkəmədən də aydın görürük ki, o da, onunla birgə ittiham olunan şəxs də məhkədə dəmir barmaqlıqlar araxasında deyil, şüşə qəfəsdə saxlanılır. Bundan da aydın görsənir ki, şüşə qəfəs müasir bir təcrübədir.

Artıq dustaqların köhnə armaturdan, köhnə dəmirlərdən hazırlanan qəfəslərin arxasında saxlanılması keçmişdə qaldı. İndi onlar məhkəmə zallarında yanları şüşə, üstü açıq bir kabinə də dayanırlar. Təbii ki, bu da dustağın təhlükəsizliyi üçündür. Tutaq ki, birdən kimsə durub məhkəmədə dustağa hücum edər, nə isə atar. Keçmişdə dustağa çürük alma, lax yumurta, xarab olmuş pomidor atanlar da olub. Amma indi şüşə imkan vermir ki, bu işlər olsun. Bir sözlə, şüşə qəfəs müttəhimin təhqir olunması yox, onun hər şeydən, hücumlardan qorunması üsuludur. Sivil üsuldur və bütün Avropada da bundan istifadə edilir. Missiya rəhbərininin iddiası belə idi ki, siyasi məqsədlə həbs edilən jurnalistlər şüşə qəfəsə salınıb təhqir olunur, əgər bu siyasi məqsədlə idisə bəs Təranə Səmədova niyə şüşə qəfəsdə məhkəməyə çıxarılıb? Demək bu siyasi məsələ deyil, ümumi məhkəmə təcrübəsidir ki, dustaqlar üçün istifadə olunur, bu təcrübədən isə xoflanmaq lazım deyil. 

"Həmin o Avropa İttifaqı qanunsuz və qeydiyyatsız fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarına aid olan Quantanamo həbsxanası ilə bağlı heç bir mövqe bildirməyib" 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, belə məqamlar Aİ-ni və başqa beynəlxalq təşkilatları maraqlandırmır. "Əslində, bu gün öz gözündə tiri görməyib Azərbaycan kimi dövlətlərin gözündə tük axtaran Avropa və Avropanın aid olduğu digər Qərb dövlətləri həqiqətən də bizdə qüsur tapmağa çalışır, hansısa ittihamları irəli sürmək üçün bəhanə axtarır. Jurnalistlərlə bağlı iddialara gəldikdə, Yeni Kolidoniyada azərbaycanlı jurnalistin baş verən prosesləri işıqlandırmaqla bağlı bütün icazələri almasına, qanuni şəkildə o ölkəyə getməsinə  rəğmən Fransanın müvafiq qurumları tərəfindən o, qanunsuz olaraq, zorla oradan çıxarıldı. Buna heç bir münasibət bildirməyən Avropa və Avropa İttifaqı bu gün Azərbaycana qarşı o fikirləri səsləndirirsə, təbii ki, bunun qərəzdən başqa bir məqsədə xidmət etmədiyini açıq şəkildə görmək olar. Hər bir halda biz jurnalistlərimizin, digər insanlarımızın məsuliyyətə cəlb edilməsinin, yaxud həbs olunmasının, azadlıqdan məhrum edilməsinin tərəfdarı deyilik, buna sevinmirik. Çünki hər bir insan hüquqa və qanuna zidd addım atıbsa belə, ilk növbədə o insandır, eyni zamanda azərbaycanlıdır. Amma hüquqi dövlətdə, qanunların hökm sürdüyü dövlətdə qanuna və hüquqa zidd addımlar atan şəxslərin məsuliyyətə cəlb edilməsindən təbii bir şey ola bilməz. Onlarla bağlı istintaq aparırılır. Həmin o şəxslərin ibtidai istintaq zamanı həbs qəti imkan tədbirlərinin uzadılması ilə bağlı addımlar atılır. Onların şüşə qəfəsdə olmasna gəlincə  təbii ki, şüşə qəfəsdən istifadə bu gün beynəlxalq təcrübədə geniş istifadə olunan prosesdir. Eyni zamanda bir çox hallarda şüşə qəfəsdə olma həm məhkəmə zalında olan digər şəxslərin təhlükəsizliyinin təminatı, həm də ilk növbədə təqsirləndirilən şəxslərin özlərinin təhlükəsizliyinin təminatı məqsədilə həyata keçirilir. Şüşə qəfəsdə olmağın hər hansı bir qəbahət tərəfi yoxdur, bunun şəxsin hüquqlarının pozulması halı kimi qələmə verilməsi düzgün deyil. Bu gün özünü "demokratiyanın beşiyi" hesab edən bir çox Qərb ölkələrində həddin ağır cəzalar, ölüm hökmünün müxtəlif formalarda sərt şəkildə icrası mexanizmləri var. Həmin o Avropa İttifaqı qanunsuz və qeydiyyatsız fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarına aid olan Quantanamo həbsxanası ilə bağlı heç bir mövqe bildirməyib. Bunu pisləyən bəyanat səsləndirməyib. Orada söhbət kütləvi şəkildə və ayrı-ayrı dövlətlərin vətəndaşlarına münasibətdə insanlığa, hüquqa və qanuna sığmayan münasibətlərin sərgilənməsindən, işgəncələrdən  gedir ki, bir neçə il əvvəl bu barədə ciddi məlumatlar vardı. Amma bütün bunları dilə gətirməyən, bunları pisləməyən, mövqe sərgiləməyən  Aİ rəsmisinin günlərin birində Prezident seçkiləri öncəsi Azərbaycana qarşı belə bir fikir səsləndirməsi, hansısa bir epizodik hadisəni beynəlxalq gündəmə gətirməsi, təbii ki, onların xoş niyyətdə olmamasından xəbər verir" - deyə X.Bəşirov bildirdi. 

X.Bəşirovun fikrincə, Aİ öz siyasi maraqları naminə jurnalistlərin şüşə qəfəsdə olmasını beynəlxalq ictimaiyyətə çıxarıb  onu "qanun pozuntusu" kimi qələmə verir, amma müğənniyə, prodüsser, yaxud hansısa peşə sahibinə qarşı ayrıseçkilik edir. Məhkəmə zalında şüşə qəfəsdən istifadə edilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş proses olduğunu deyən X.Bəşirov deyir ki, Aİ-nin Azəırbaycan missiyasının rəhbərinin açıqlaması başdan-başa absurddur, qanuna ziddir. "Qeyd olunduğu kimi, başqa şəxslər də məhkəmə zalında şüşə qəfəsdə saxlanılır. Burada qanunazidd, təhqiredici bir hal yoxdur. Aİ təmsilçisinin şüşə qəfəslə bağlı ittihamı da onların niyyətindən, məramlarından xəbər verir. Hesab edirəm ki, bir daha Azərbaycan cəmiyyətinə təsir göstərmək, yaxud Azərbaycan dövləti, Azərbaycan dövlətinin bu gün atdığı addımlar haqda yanlış təsəvvür yaratmaqdır" - deyə bildirən X.Bəşirov qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi Ermənistanı himayə edən Aİ və başqa təkilatları, eləcə də dövlətləri ciddi narahat edir. Azərbaycanda heç bir noqsan tapa bilmədikləri üçün də bu cür çirkin üsullardan istifadə etdiklərini deyən X.Bəşirov hesab edir ki, jurnalistlərin məhkəməsi  ilə bağlı əsassız və hüquqa zidd fikirlər səsləndirirlər. Bu ittihamın heç bir əsası olmadıdığını deyən X.Bəşirov bunu Azərbayacana qarşı ikili yanaşmanın növbəti təzahürü hesab edir. O vurğuladı ki, bu gün Avropa İttifaqına üzv dövlətərdə, məsələn, Fransada polisin, hüquq-mühafizə orqanlarının qocalara, qadınlara, uşaqlara qarşı aşkar törətdikləri qanunsuz və hüquqazidd əməlləri pisləmək əvəzinə Aİ Azərbaycanı hədəf seçir. "Fransanın Korsikada, Yeni Kolidoniyada, Kanakyda, Maohi Nui və digər müstəmləkə hesab etdiyi ərazilərdə yerli əhaliyə, aborigenlərə qarşı törətdiyi qanunsuz və hüquqazidd əməllərini pisləmək əvəzinə Azərbaycanın hansısa bir addımını pisləməklə Azərbaycan haqqında fikir formalaşdırmağa çalışır. Təbii ki, bu da ölkəmizin daxilində seçkiqabağı təxribat, qarışıqlıq yaratmaq istəyən qüvvələr üçün şəraitin yaradılması məqsədilə edilir və heç bir ciddi nəticə verməyəcək" - deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ