Cümə günü, 06 noyabr 2026
     

Qərb Ermənistanı yarı yolda qoydu - ruslar İrəvana çox qəzəblidir

Image


Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsinin aktual təhlükəsizlik problemlərinin həllini Rusiya və İranla uzunmüddətli razılaşmalarda gördüynü bildirib. 

O, İrəvan, Moskva və Tehranın Cənubi Qafqaz regionunda ümumi maraqlarının olduğunu da qeyd edib: "Əvvəlki təhlükəsizlik arxitekturası artıq işləmir və bu gün dünya bir sıra müharibələrlə üz-üzədir. Helsinki Aktının imzalanmasından sonra yaradılan dünya nizamı tədricən transformasiyaya məruz qalır. Çoxvektorlu, çoxqütblü dünya düzəninin formalaşması prosesi 4 qonşudan 2-si düşmən, cəmiyyəti parçalanmış, hakimiyyətdə həvəskarların olduğu Ermənistan kimi kiçik ölkələr üçün xüsusilə ağrılı olacaq. Mövcud vəziyyəti təkbaşına aradan qaldırmaq üçün parametrlərimiz yetərli deyil. Müvafiq olaraq, biz özümüzdən nəyin asılı olduğunu və onların maraqlarını nəzərə almaq şərti ilə müttəfiqlərimizin bizə nə ilə kömək edə biləcəyini düşünməliyik".

Zakaryan vurğulayıb ki, Rusiya həmişə ölkəsinin əsas silah tədarükçüsü olub və gələcəkdə də belə qalmalıdır: "Digər şeylərlə yanaşı, Ermənistan ordusunun bütün strukturu Rusiya silahlarına uyğunlaşdırılıb". Mövcud hakimiyyət tərəfindən fəal şəkildə irəli sürülən hərbi təchizatın diversifikasiyası ideyasına gəlincə, Müdafiə Nazirliyinin keçmiş rəis müavini razılaşır ki, müasir hərbi sənət, döyüş qaydaları və müdafiə qabiliyyətinin təmin edilməsi silah mənbələrini diversifikasiya etmək lazım olduğunu göstərir. Amma qeyd edir ki, bütün bunlar yalnız xarici siyasət balanslaşdırılmış və müstəqil qərar qəbul etmək imkanı olduqda doğrudur: "Yanlış, düşünülməmiş xarici siyasət fonunda silahlar üçüncü və ya dördüncü yerə düşür. Hazırkı hakimiyyətə hardansa kənardan deyirlər: "Rusiyaya qarşı düşmənçiliyin "dozasına" ehtiyacınız var, Rusiya Federasiyası ilə münasibətləri pozmalısınız, biz sizi hər şeylə təmin edəcəyik" və sonra sizi aldadırlar. Bundan başqa,  siz özünüz 6 milyard dollarlıq silahı düşmənə təhvil vermisinizsə, nə danışa bilərik?". Beləliklə, bu açıqlama ilə etiraf edilir ki, 44 günlük müharibə və ondan sonra Ermənistanın 6 milyard dollarlıq silahı ya məhv edilib, ya da Azərbaycanın əlinə keçib. Bundan başqa, Qərb də Ermənistana istənilən hərbi texnikanı vermir. Bunu erməni politoloq Beniamin Matevosyan da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, Qərb Ermənistanı Ukraynadan da sərt şəkildə tərk edib: "Paşinyan və komandasının Brüssel, Vaşinqton səfərlərinin necə bitəcəyi əvvəldən bəlli idi... Qərb Ermənistanı tərk etdi, Ukraynadan daha sərt şəkildə tərk etdi. Ukraynaya Qərb ən azı bir nöqtədə hərbi yardım edirdi, amma Paşinyan hətta yardım və dəstək haqqında aydın razılaşmalar olmadan Qərbə tərəf qaçdı. Və bütün bunlar Fransa Senatının qətnaməsi və Azərbaycanla sərhəddə deyil, nümayişçiləri dağıtmaq üçün İrəvanda daha çox lazım olan fransız ağır zirehli ciplərinin alınması ilə başa çatdı. Paşinyana xidmət edən informasiya zibil qutuları yaxınlaşan müharibənin iyini hiss edərək artıq ulamağa başlasalar da, bu, şəxsən onları xilas etməyəcək". ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da vurğulayır ki, Qərbdən istədiyi dəstəyi ala bilməyən Ermənistan Rusiyanın qarşısından geri çəkilməyə başlayır. Ekspertlərin fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan artıq Moskva qarşısında əyilir: "Hərçənd, Ermənistanın Rusiya ilə danışıqlara yenidən can atmasının diplomatik tələ olduğunu deyənlər və bu barədə xəbərdarlıq edənlər də var". Qeyd olunub ki, Rusiya mənbələri Moskvadan uzaqlaşdığına görə İrəvanın peşman olduğunu nümayiş etdirir: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin məsləhətlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olduğunu iddia edib və Rusiyanın rəhbərlik etdiyi danışıqların daha perspektivli olduğunu deyib".

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi əsasında qəbul edib. Tərəflər İrəvanla Bakı arasındakı sülh prosesini müzakirə ediblər. Bundan sonra Rusiyanın xarici işlər naziri deyib ki, Azərbaycanla Ermənistan arasında irəliləyişin olmaması İrəvanın mövqeyindən qaynaqlanır. Onun sözlərinə görə, Rusiya heç vaxt Ermənistanla münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb. Amma bunu İrəvan edib. Beləliklə, Qərblə Rusiyanın qlobal qarşıdurmasında bu dəfə Ermənistan qurbanlıq piyada rolunu oynamağa müvəffəq olub. Qərbin ümid verib, çətin anda yardım göstərmədiyi digər ölkələr də var. İndi növbə Ermənistandadır, şübhə yoxdur ki, ondan da istifadə edib kənara atacaqlar. Qeyd edək ki, Qərb diplomatları Ermənistana anti-Rusiya sanksiyalarına qoşulmağı məsləhət görür. Aydın məsələdir ki, Qərb bu işdə öz maraqlarını güdür və regionda marionet dövlətə çevrilmiş erməni dövlətçiliyinin tənənzzülü, iqtisadiyyatının çöküşü perspektivi Qərbi qətiyyən narahat etmir. Bundan əlavə, anti-Rusiya sanksiyalarına qoşulmaq Ermənistanın can verən iqtisadiyyatının tam çöküşü ilə nəticələnə bilər. Amma bununla belə, rəsmi İrəvanın Qərbdəki ağaları ciddi-cəhdlə Paşinyan hökumətindən belə bir addım atmağı tələb edirlər. İndi Paşinyan nə Qərbə, nə də Rusiyaya müqavimət göstərə bilir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ