çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

Qumar erməni ordusunu bürüdü - Məsələ parlamentə çıxdı...

Image


Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibə zamanı məhv etdiyi Ermənistan ordusunda hələ də acınacaqlı vəziyyət hökm sürür. Ermənistanın "Past" nəşri yazır ki, verilən vədlərə baxmayaraq, ordu yarıtmaz durumdadır, bu səbəbdən də yenə çoxsaylı itkilər var: 

"Bu yaxınlarda, məlum olduğu kimi, erməni hərbi qulluqçu Benyamin Manuçaryan tərxis olunmaq ərəfəsində döyüş mövqeyindən dislokasiya yerinə gedərkən çovğun zamanı qarın altında qalıb və dünyasını dəyişib".

Nəşr qeyd edib ki, baş verən hadisə nə qədər erməni cəmiyyətinin bir hissəsi olsa da, ölkədəki hakim rejim belə hadisələrə biganə qalır: "Vaxtilə bugünkü rejimin lideri Nikol Paşinyan əsgərin orduda, xüsusən də qeyri-döyüş şəraitində ölməsi ilə bağlı istənilən hadisəni özünün əsas çıxışına çevirirdi. Söhbət, hətta "keçmiş" Nikol Paşinyandan getmir. Söhbət "müxalifətdə işləyən" və "xalq tribunası" hesab edilən Paşinyandan gedir. Amma indi vəziyyət başqadır. İl yeni başlayıb, amma artıq Ermənistan ordusunda azı 4 itki var və heç kim buna görə cavab verməyib". Bir neçə gün öncə isə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqelərində iki zabitin qətlə yetirilməsinin təfərrüatı məlum olub. Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bu xüsusda qeyd edib: "İlkin məlumatlara görə, qətl qumar borcuna görə baş verib. Hazırda araşdırma aparılır". Qeyd edək ki, yanvarın 9-da leytenant Mikael Danielyan və zabit Karen Karapetyan Basarkeçərdə yerləşən mövqelərdə öldürülüblər. Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan da baş verənlərlə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrində qumar oyunları ilə bağlı ciddi problemlər var. Deputat bu sahənin ciddi nəzarətə götürülməli olduğunu vurğulayıb: "Heç kimə sirr deyil ki, narkotrafik və narkomaniyadan sonra bizim ən böyük problemimiz qumar oyunlarıdır. Bir çox ailə bundan əziyyət çəkir. Müvafiq qanun layihəsini dəstəkləyirəm, çünki bu, silahlı qüvvələrdə bu sahəyə nəzarət etməyə imkan verəcək. Deməliyəm ki, orduda qumarla bağlı ciddi problem var... Hərbi qulluqçuların xidmət zamanı qumar oyununa cəlb edilməsi açıq-aydın çox böyük mənfi nəticələrə gətirib çıxarır". Erməni hərbi ekspert Hayk Nahapetyan bu fonda qeyd edir: "Orduda dinc şəraitdə ölənlərin sayı Ermənistan Silahlı Qüvvələrinin nizam-intizamından və əhval-ruhiyyəsindən xəbər verən ciddi göstəricidir. İki zabitin ölümü isə qeyri-döyüş itkisidir və eyni ordu korpusunda bu, özlüyündə vəziyyətə nəzarət etmədiklərini göstərir. Bildiyimə görə, bu hərbi hissənin komandiri vəzifəyə yeni təyin olunub və baş verənləri onun üzərinə yıxmağa çalışsalar, başqaları məsuliyyətdən yayınacaq".  Qeyd edək ki, erməni hərbi qulluqçular tərəfindən hərbi hissədə, xidmət yerində və hərbi vəzifə borclarını yerinə yetirərkən qumar oyunlarında iştirak etmə və ya bu oyunları təşkil etməyə görə cinayət qanunvericiliyində məsuliyyət müəyyən ediləcək. Artıq  bu barədə Ermənistan parlamentində dövlət və insan hüquqları məsələləri üzrə daimi komissiyada müzakirələr aparılıb. Yeni qanun layihəsinin həmmüəllifi olan hakim partiyanın üzvü Karine Acemyan bu məqsədlə Ermənistan cinayət qanunvericiliyində dəyişikliklər edilməsini təklif edib. O, qumar sahəsində əmlak, əmlak hüququ, qiymətli kağızlar və ya başqa üstünlüklərin əldə edilməsi ilə müşayiət olunan bu oyunların çağırış hesab olunmaqla, erməni cəmiyyəti üçün problem olduğunu bildirib. Komissiya üzvləri qumar oyunlarının qadağan olunmasının Ermənistan silahlı qüvvələrində cinayət sayının artmasına səbəb olacağına diqqət çəkib. Ancaq qanun layihəsinin müəllifi olan Acemyan isə əksinə, bunun cinayətkarlığın azalmasına səbəb olacağını iddia edib.

Orduda qumar və digər neqativ halları Ermənistan parlamentində sual-cavab zamanı baş nazir Nikol Paşinyan da etiraf edib.  O vurğulayıb ki, hərbi qulluqçulara qanunvericilik səviyyəsində mərc oynamağı qadağan etməyi əmr edib: "Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olmasının səbəbləri dərindir, lakin biz tədbirlər görürük. Mən tapşırdım ki, hərbi qulluqçulara qanunvericilik səviyyəsində mərc etmək qadağan olunsun. Biz institusional qərar verməliyik".Orduda baş verən hadisələrə toxunan Paşinyan daha sonra bildirib: "2018-ci ilə qədər orduda qeyri-döyüş şəraitində 1000-ə yaxın insident baş verib və bunun səbəbləri çox dərin olub. Biz müdafiə nazirilə sonuncu məsləhətləşmədə danışdıq, dedim ki, bəli, gedin, qanunvericilik aktlarını düzəldin, hərbi qulluqçulara mərc etməyi qadağan edin. Çünki insan tələyə düşəndə, on milyonlarla borc toplayanda, sonra həmin borc sahiblərinin təzyiqindən bezir və nəsə etmək qərarına gəlir. Bəli, əlbəttə ki, bu bizim məsuliyyətimizdir, lakin biz institusional həllər təqdim etməliyik. Ya da zəng edəndə deyirlər ki, süfrə açılıb, uşağımızı necə istəyirsiniz gətirin, yerinə çatdırın. Bunun üçün də hər cür vasitədən istifadə edirlər". İndi belə bir ordu ilə Azərbaycana qarşı revanşdan danışan ermənilərin istəkləri sadəcə gülməlidir.  Hayk Nahapetyan da qeyd edir ki, Ermənistan ordusunda baş verən hər şey sistemli bir hadisədir: "Qərarları əsasən müdafiə naziri verir, o, rəsmi olaraq hər şeyə cavabdehdir. Suren Papikyanın hərbi karyerasına nəzər salsaq, çox şey görmərik. İnsanın biliyi yoxdursa, hansısa məsələ ilə bağlı ona bir neçə təklif verilirsə, üstəlik biliyi, təcrübəsi, sübut olunmuş nəticələri yoxdursa, o necə ən təsirli qərarı verə bilər? Müvafiq şəxslər vəziyyətə nəzarət etmir. Onların vəzifəsi ordumuzu tamamilə dəyişməkdir: taktika, strategiya, şəxsi heyət, silahlar və bütün digər standartlar NATO ordusunun standartlarına çatdırılmalıdır. Ona görə də bu köhnə nizam sökülməlidir. Amma bu baş vermir".

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

01.09.2026 / 11:26
ABŞ ordusunda ŞOK ayrılıq – nazirlə toqquşan "dron adam" istefa verdi…

01.09.2026 / 11:22
Prezident azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirdi

01.09.2026 / 11:21
Rusiyalı nazirin G7 Sammitində iştirakı qalmaqal yaratdı - Tramp “hamı ilə yola getməyi sevirik” dedi

01.09.2026 / 11:17
Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

01.09.2026 / 11:10
ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalandı

01.09.2026 / 11:06
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

01.09.2026 / 10:47
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO

01.09.2026 / 10:43
Ermənistan TRIPP-in tikintisinin başlayacağı mümkün tarixləri açıqladı...

01.09.2026 / 10:36
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi

01.09.2026 / 10:34
ABŞ İrana nüvə bombası atacaq? - Tramp qəti danışdı…

01.09.2026 / 10:10
Hikmət Hacıyev Bişkekdə Alen Simonyanla görüşdü

01.09.2026 / 09:40
Prezident İlham Əliyevin Bişkekdə Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

01.09.2026 / 09:25
Ararat Mirzoyan: “Ermənistan yaxın günlərdə Azərbaycana mal satacaq”

01.09.2026 / 08:47
İspaniyada istidən ölüm halları rekord həddə - 5200-ün üstü…

01.09.2026 / 08:21
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

01.09.2026 / 08:02
Eks-məmurlar Netanyahuya məktub yazdı - “…dayandırın!”

01.09.2026 / 07:26
Britaniya gəmisi Hörmüzdə hücuma məruz qaldı

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

31.08.2026 / 13:44
Ukrayna Yekaterinburqda Wildberries anbarına hücum etdi…

31.08.2026 / 13:19
İrana hücum ABŞ-da parçalanma yaratdı - ordu komandanları Trampa qarşı çıxdı…

31.08.2026 / 13:07
Bişkekdə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

31.08.2026 / 13:04
Hörmüzdən keçməyə cəhd edən tanker minaya düşdü…

31.08.2026 / 12:58
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalandı

31.08.2026 / 12:47
"Heç bir xərcsiz 65 milyard barel neftin ələ keçirilməsi ABŞ üçün nə deməkdir" - Tramp belə dedi...

31.08.2026 / 12:27
Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

31.08.2026 / 12:20
Pensiyaların ARTIRILACAĞI TARİX açıqlandı

31.08.2026 / 12:06
Məhkəmədən Balakənin sabiq icra başçısı İslam Rzayevin həbs ilə bağlı yeni qərar...

31.08.2026 / 11:52
İran Hörmüz boğazında ABŞ-ın MQ-9 PUA-sını vurdu...

31.08.2026 / 11:42
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər edib - FOTO

31.08.2026 / 11:22
Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirir

31.08.2026 / 11:14
"Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur" - Prezident

31.08.2026 / 11:10
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

31.08.2026 / 11:09
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

31.08.2026 / 11:08
Prezident İlham Əliyev Sadır Japarovu təbrik etdi

31.08.2026 / 10:53
Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələydi

31.08.2026 / 10:34
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

31.08.2026 / 10:29
Trampla Kanadanın Baş naziri arasında “Ontario qırğını” - Google Maps Ontarionu “Amerika gölü” kimi təqdim etdi

31.08.2026 / 09:50
İrandan ABŞ-a qisas hücumu - İordaniyadakı iki Amerika bazası vuruldu…

31.08.2026 / 09:23
Nepalda daşqında ölənlərin sayı 900 nəfəri ötdü

31.08.2026 / 07:55
“Bako Saakyanın Bakıda həbsdə olması milli rüsvayçılığın simvoludur”- erməni Arxiyepiskop

31.08.2026 / 07:39
ABŞ İrana qarşı həftəlik sanksiyalar hazırlayır - ilk hədəf banklardır

31.08.2026 / 07:10
Əsədin ordu komandiri məhv edilib

31.08.2026 / 06:46
Hörmüzdə yenə sükut pozuldu - ay ərzində ilk dəfə ABŞ zərbələri…

30.08.2026 / 19:12
Rusiya yeni nəsil kruiz raketləri ilə Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı - limanlara giriş-çıxışlar dayandı…

30.08.2026 / 18:17
Hörmüz boğazı ilə bağlı razılıq əldə edildi, amma bir şərt var - İran ABŞ-dan addım atmasını gözləyir...

30.08.2026 / 16:51
Ukrayna Leninqradda Rusiyanın ikinci ən böyük neft zavodunu vurdu…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ