Cümə günü, 06 noyabr 2026
     

Rəsulzadənin əlləri qana batmayıb - Njde isə qan içində boğulur...

Image


Məhərrəm Zülfüqarlı: "Rəsulzadə heç zaman faşizmə xidmət etməyib, amma Njde və başqa ermənilər faşistlərin, nasistlərin könüllü qulları olublar"

Keçən il 30 dekabrda Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin lideri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

Ölkəmizdə hədsiz dərəcədə təqdir edilən sərəncamdan Ermənistanda narahat olanlar tapılıb. 

Ermənistanda, guya Azərbaycandan köçüb getmiş ermənilər tərəfindən yaradılan qondarma bir təşkilat var. Adını "Girdiman-Şirvan-Naxçıvan" (?) qoyduqları "ümumerməni birliyi" mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğatla məşğul olur. Bu təxribatçı qrup indi də Azərbaycanda  M.Ə. Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı qərara "cavab olaraq" "bəyanat" yayıb. 

"Bəyanat" təpədən-dırnağa iftiralarla, təhrif və əsassız ittihamlarla "zəngin" olduğu üçün məzmununu təqdim edirik. Rəsulzadə şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, mühacirət dövründəki mübarizəsinə ləkə yaxan "təşkilat"  Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı iddia edir ki, guya o siyasi fəaliyyətə "ifrat panislamist və pantürkist" kimi başlayıb, guya " Hitlerin nasist düşərgəsinə qoşulub".

"Azərbaycan sovetləşdikdən sonra siyasi mühacirətə gedən Rəsulzadə Sovet Azərbaycanında üsyanı qızışdırmaqla hakimiyyətə qayıtmaq və əvvəllər bəyan etdiyi millətçilik ideyalarını həyata keçirmək üçün fəal antisovet mübarizəsinə rəhbərlik etmişdir. Belə bir əlverişli fürsət İkinci Dünya müharibəsi illərində özünü büruzə verdi. Dünya müharibəsinin əvvəlində o, alman hakimiyyət orqanları ilə əlaqə qurub və 1942-ci ildə faşist ordusunun tərkibində Azərbaycan legionunun yaradılmasında artıq tam şəkildə iştirak edib"-iddiasını irəli sürüblər. 

Bu qondarma təşkilat Rəsulzadəni "nasist tərəfdarı" kimi qələmə verib və öz aləmində onun 140 illik yubileyinin keçirilməsini "pisləyib". 

Rəsulzadənin "nasist tərəfdarı" kimi təqdim edilməsi yolverilməzdir, çünki o yerli-dibli bu yola qulluq etməyib, onun xaricdəki bütün siyasi fəaliyyəti şəffaf olub. 

Azərbaycanı "nasizmi dəstəkləməkdə" ittiham edən Ermənistan, eləcə də bu qondarma təşkilat gözünü qaldırıb İrəvana baxsın, görsün nə qədər faşist, nasist tərəfdarına orada heykəllər qoyulub, Njdenin, Dronun və başqalarının abidələrinə ciddi diqqət yetirsələr öz gözlərindəki "tiri" daha yaxşı görərlər.

"Ermənilər faşistlərlə birgə yəhidi qırğınlarında, milli azadlıq hərəkatı aparan xalqların mübarizəsinin qan içində boğulmasında iştirak edirlər" 

AVCİYA-nın vitse-prezidenti, tarixçi professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, bu məsələ ciddi olduğu üçün onun ciddi təhlili verilməlidir.  "Bildiyimiz kimi, Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə ilk demokratik cumhuriyyət olub və parlamentdə Azərbaycanda yaşayan bütün millətlər, milli azlıqlar təmsil olunub. Hətta parlamentdə ermənilərə də yer verilib. Bundan başqa, Cumhuriyyətin qəbul etdiyi qanunlarda qeyd olunurdu ki, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün insanlara hüquq bərabərliyi verilir və sair. Bütün bunlar onu göstərir ki, Azərbaycan Xalq Cumhuriyyəti nəinki Şərqə, hətta Avropaya nümunə bir respublika olub. Yəni Avropada monarxiya rejimləri daha çox olduğu halda Azərbaycanda belə bir nümunəvi respublika yaradılıb. Bunu Azərbaycana gələn avropalılar öz sənədlərində qeyd edirdilər. Məhəmməd Əmin Rəsulzadəyə gəlincə, o, tam demokratik ruhlu bir insan olub, bu onun əsərlərində də görünür. Amma bir məsələ var ki, bunu ermənilər bilərəkdən qarışdırırlar. İkinci Dünya müharibəsi başlayarkən Nasional Sosialist Partiyasının əsas proqramı ondan ibarət idi ki, alman xalqı ari irsinə mənsubdur, qalan xalqlar ikinci dərəcəlidir, almanlar dünyanı idarə etməlidir. Lakin müharibənin gedişində bir sıra məsələlər var ki, buna izah vermək lazımdır. Almanlar SSRİ-yə qarşı müharibəyə başlayarkən çoxlu sayda əsir tutmuşdular və əsirlərdən ibarət legioner divizyalar yaranmışdı. Bu həm Türküstan, həm erməni, həm gürcü diviziyası idi. O cümlədən də azərbaycanlılardan ibarət dörd diviziya vardı. Azərbaycanlılardan ibarət divizyanın yaranması təşəbbüsü də Məhəmməd Əmin Rəsulzadədən, Fətəli bəy Düdənginskidən gəlmişdi. Bunun əsas səbəbi o idi ki, almanlar yəhudilərə qarşı soyqırım həyata keçirirdilər, yəhudilərlə yanaşı azərbaycanlıları da güllələyirdilər. Yəhudilərlə müsəlmanların eyni bir adəti var ki, onlar da uşaqlarını sünnət edirlər. Buna görə də almanlar aəzrbayucanlıları yəhudilərlə səhv salıb   kütləvi şəkildə qırırdılar. Bunun qarşısını almaq üçün Rəsulzadə alman rəhbərliyi ilə danışığa getdi ki, onlar bu səhvi etməsinlər və azərbaycanlılara Azərbaycan Xalq Cumhuriyyətini işğal etmiş Sovet dövlətinə qarşı mübarizə aparmağa imkan versin. Məqsəd də o idi ki, SSRİ müharibədə məğlub olardısa azərbaycanlılardan ibarət dörd legioner diviziya Azərbaycana gəlib Xalq Cumhuriyyətini bərpa etsin. Yəni burada məsələ ondan ibarət ki, bizim dünya dövlətləri tərəfindən tanınmış Cumhuriyyəti işğal etmiş Sovet dövlətinə qarşı mübarizə aparılsın. O dörd diviziya milli azadlıq hərəkatı uğrunda mübarizə aparan heç bir xalqa qarşı iştirak etməyib. Məqsəd yalnız öz haqqını bərpa etmək idi. Digər tərəfdən, 1939-cu il avqustun 23-də   Molotov-Ribbentrop Paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi imzalandıqdan sonra Almaniyaya ən yaxın dövlət SSRİ oldu. 1941-ci il iyunun 22-ə qədər mütəffiq, dost dövlət olublar. Bu müqavilənin gizli bəndləri vardı ki, sonra üzə çıxdı. Bir də 1939-cu ilin sentyabrında dostluq və sərhədlər haqda müqavilə imzaladılar".

O vurğuladı ki, M.Ə.Rəsulzadə də başda olmaqla, azərbaycanlılardan təşkil olunan  legioner diviziya da kommunizmə qarşı mübarizə aparırdı. O dövrdə Milli Şura yaradıldığını qeyd edən M.Zülfüqarlının sözlərinə görə, 1943-cü ildə hətta bu şuranın qurultayı  da keçirilib.   "Amma alman rəhbərliyi Azərbaycan legionerlərinin məqsədini, Rəsulzadənin ideyasını  biləndən sonra bildirdilər ki, biz heç bir xalqa müstəqillik verməyəcəyik, müstəqil dövlətini tanımayacağıq. Bundan sonra Rəsulzadə bəyanat verərək Berlini tərk edib Türkiyəyə qayıtdı. Yəni bu onu göstərir ki, almanlarla Rəsulzadənin mövqeyi üst-üstə düşmür. Rəsulzadənin məqsədi Azərbaycan Cumhuriyyətini bərpa etmək idi. O, almanların dünya ağalığı siyasətinə etiraz edərək Berlindən gedib. Bu onu göstərir ki, Rəsulzadə sona qədər demokrat, vətənpərvər olub. Vətənpərvər insanla ermənilərtin iddia etdiyi "qatı milətçilik" qətiyyən uzlaşmır. Ermənilərin Rəsulzadənin 140 illiyi ilə bağlı Prezidentin verdiyi sərəncama hansısa "etirazla" yanaşması, faktları saxtalaşdırmasına gəlincə, bu ondan irəli gəlir ki, biz ermənilərin faşistlərlə, nasistlərlə axıra qədər əməkdaşlıq edən, onıların əl buyruqçusuna çevrilən şəxslərə heykəl qoymasına etirazla yanaşmışdıq. İkinci Dünya müharibəsində ermənilərin faşistlərlə müttəfiqliyi, əməkdaşlığı tamam başqa məsələdir. Ermənilər faşistlərlə birgə yəhidi qırğınlarında, milli azadlıq hərəkatı aparan xalqların mübarizəsinin qan içində boğulmasında iştirak ediblər. Ermənilərin heykəl qoyduqları əsl faşist ideologiyasına qulluq edən nökərlər olublar. Burada incəlik ondan ibarətdir ki, Rəsulzadənin almanlara qısa müddətdə yaxınlaşmasının səbəbi azərbaycanlı əsirləri kütləvi şəkildə qırılmaqdan xilas etmək və Cumhuriyyəti bərpa etmək idi, ermənilərin məqsədi isə bilərəkdən faşist ideologiyasına qul kimi xidmət  idi. Bu gün Ermənistanda Hitler əlaltılarına heykəllər qoyulub". 

O qeyd etdi ki, tarix həmişə izahlar tələb edir və dövlətlər də bunu özlərinə uyğun izah etməyə çalışırlar. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcısı olan M.Ə.Rəsulzadə heç zaman öz əqidəsindən, öz demokratikliyindən dönməyib deyən M.Zülfüqarlı qeyd etdi ki, Rəsulzadəyə qarşı çıxanlar, onu qaralamağa çalışanlar onun əsərlərini diqqətlə oxusunlar. "Rəsulzadə heç zaman faşizmə xidmət etməyib, amma Njde və başqa ermənilər faşistlərin, nasistlərin könüllü qulları  olub. Ermənilər hələ keçən əsrin 60-cı illərində faşist nökərlərinə, eləcə də cani Andranikə heykəl qoymaq istəyiblər. Onlar Andranikə heykəl qoymaq üçün yuxarılara müraciət də etmişdilər, o zaman onun qraşısını Azərbaycan ziyalıları, Azərbaycan vətənpərvərləri alıb. Demək istəyirəm ki, ermənilər öz qatı faşist şəxslərinə, nasistlərlə əməkdaşlıq etmiş kəslərə, müsəlmanların qətlində iştirak edən canilərə heykəl qoymaq istəyərkən biz onlara etiraz etmişik. İndi onlar buna əks olaraq Rəsulzadəyə və digər Cumhuriyyət liderlərinə qarşı hücuma keçirlər. Onların iddiasının heç bir əsası yoxdur"-deyə M.Zülfüqarlı bildirdi. O vurğuladı ki, ermənilər bizim Cumhuriyyət liderlərinə qarşı qara piar kampaniyası aparmaqla heç nə əldə edə bilməzlər, biz öz şəxsiyyətlərimizlə fəxr etməliyik.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ