Cümə günü, 06 noyabr 2026
     

Bakıdakı Aİ missiyasının rəhbəri bu təlimatı Brüsseldən, ya Parisdən alıb...(?)

Image


Xəyal Bəşirov: "Məsələyə kompleks yanaşsaq görərik ki, bu böyük bir antiazərbaycan prosesinin tərkib hissəsidir"

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən və 2023-cü ilin 19-20 sentyabr hadisələrindən sonra bir sıra beynəlxalq qurumlar Azərbaycana qarşı açıq düşmənçilik siyasəti həyata keçirir. 

Dövlətimizin öz  suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi, Avropa İttifaqı (Aİ) başda olmaqla, bəzi beynəlxalq qurumları və dövlətləri ciddi narahat edib. Bir qayda olaraq, ölkəmizə qarşı "söz və mətbuat azadlığı", ifadə azadlığı" kimi nəsnələrdən təzyiq vasitəsi kimi istifadə etməyə öyrəncəli olanlar yenə də bu yolu tutublar. 

Belə ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko (Peter Michalko) bu ölkədə jurnalistlərə qarşı "mövcud münasibətdən narahatlığını" ifadə edib.

"Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni sarsıtdı. Bu, xüsusilə məhkəmə zallarında qandallanan, şüşə qəfəslərə salınan və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var". Azadlıq Radiosunun yaydığı məlumata görə, P. Mixalko bu barədə X platformasındakı hesabında yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə isə öz növbəsində ölkəsinin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib. O, bu barədə "X" hesabında yazıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: "Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin".

Azərbaycan XİN sözçüsünün Azərbaycan məhkəmələrini qaralayan P.Mixalkoya şillə kimi cavabı xarici diplomata yəqin ki, çox şeyi, başlıcası isə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyi xatırlatmış olub.

Keçən ay Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul etmişdi, bu ay Fransa Senatı qətnamə verib. Ola bilərmi ki, o bu sifarişləri Brüsseldən, Avropa Parlamenti rəhbərliyindən, Avropa Birliyi rəhbərliyindən, ya da Fransadan, Parisdən alsın?

"Bu mövqe heç də hansısa jurnalistlə, məhkəmədəki hansısa məsələ ilə  bağlı deyil" 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə " Avropa İttifaqının bəzi dövlətlərində Azərbaycana qarşı növbəti "səfərbərliyin" şahidi oluruq. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra onların antiazərbaycan mövqeyini tez-tez görməsək, hətta təəccüblənərik. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz Cənubi Qafqazda yeni reallıq formalaşdırdıq və Aİ-yə üzv olan bəzi dövlətlərin, məsələn Fransa kimi ölkələrin bu istiqamətdə dəstək verdiyi işğalçı Ermənistanı məğlub etdik, bölgədə tarixi, siyasi ədaləti bərpa etmiş olduq. Aİ diplomatının bu mövqeyi də Aİ dövlətlərindəki "səfərbərliyin" davamıdır. Yəni bu mövqe heç də hansısa jurnalistlə, məhkəmədəki hansısa məsələ ilə  bağlı deyil. Yaxud da bu, Avropa Parlamentinin Azərbaycanda jurnalistlərə, eləcə də digər peşə sahiblərinə münasibətdə məhkəmələrdə hansısa "qanun pozuntuları" ilə əlaqədar deyil. Biz bu prosesə ümumilikdə yanaşmalıyıq. Yəni sadəcə bu məsələ ilə onların mövqeyinə yanaşmamalıyıq. Məsələyə kompleks yanaşsaq görərik ki, bu böyük bir antiazərbaycan prosesinin tərkib hissəsidir.  Buna qədər də jurnalistlər qanuna və hüquqazidd addımlarına görə mühakimə olunublar, bu zamana qədər də Azərbaycanda məhkəmə prosesləri keçirilib, amma biz belə mövqeyin şahidi olmaşıdıq"-deyə bildirdi. 

X.Bəşirovun sözlərinə görə, Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalkonun özünün sosial şəbəkə hesabında bu fikri bildirməsi əslində rəsmi Brüsselin son zamanlar bir tərəfdən guya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək göstərmək, digər tərəfən də, reallıqda bu prosesə mənfi təsir göstərən münasibətinin tərkib hissəsidir.   O hesab edir ki, bunu demək üçün əlimizdə kifayət qədər əsaslar var. X.Bəşirovun bildirdiyinə görə, Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin iştirakı ilə 6 görüş keçirilib, ondan başqa keçirilən görüşləri də nəzarə alsaq, bu görüşlərin sayı çoxdur, amma heç bir nəticə əldə edilməyib. X.Bəşirov qeyd etdi ki, bu da nəticə etibarı ilə orada iştirak edən dövlətlərin prosesi pozduğunu göstərib. Keçən ilin oktyabrında  Qranadada  keçirilməli olan növbəti görüş öncəsi Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdilər, Fransa, Almaniya Azərbaycanın haqlı tələbi ilə Türkiyənin orada iştirakına çox sərt təpki göstərdi. "Onların bütün qeyri-neytral, ədalətsiz və qərəzli yanaşmasını nəzərə alan Azərbaycan Qranada görüşündən imtina etmək məcburiyyətində qaldı. Təbii ki, ondan sonra biz Avropa İttifaqından və ayrı-ayrı təsisatlarında, ona üzv olan dövlətlərdə bizə qarşı daha güclü səfərbərliyin şahidi olduq.   Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Torpaqları 30 il erməni işğalında qalan, abidələri məhv edilən, 1 milyona yaxın vətəndaşı qaçqın düşən Azərbaycanda bütün bunlar o təşkilatların rəhbərlərinin  gözləri qarşısında baş verib. Bütün bunları görə-görə Azərbaycana iftira atırlar, qərəzli mövqe göstərirlər. Düşünürəm ki, 30 il ərzində ədalətsiz mövqe nümayiş etdirən bir təsisatdan 30 ildən sonra, xüsusən də Azərbaycanın mövqeyinin gücləndiyi, 30 illik reallığı dəyişən bir prosesi ortaya qoyduğu məqamda  hansısa ədalətli mövqe nümayiş etdirməsini gözləmək sadəlöhvlük, eyni zamanda mümkünsüz olar. Fikrimcə, Avropa İttifaqı əslində bütün addımları ilə antiazərbaycan mövqeyini ortaya qoyur. Məsələn, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı müzakirələr aparır. Müzakirənin adı da "Qarabağda erməni dini və mədəni irsinin qorunub saxlanılması"dır. Ümumiyyətlə, Qarabağda hansı erməni dini, mədəni irsindən söhbət gedə bilər? Bu, bu məsələdə çox həlledici sual olmalıdır.  Konfransın özünün adından görünür ki, bu proses qərəzli prosesdir. Biz İkinci Qarabağ müharibəsi reallaşana, torpaqlarımızı işğaldan azad edənə qədər işğal olunan Qarabağda və ətraf ərazilərdə hansı vəhşiliklərin törədildiyinin canlı şahidi deyildik. Amma İkinci Qarabağ müharibəsindən sonra biz orada baş verən proseslərin reallığını görmüş olduq. Gördük ki, orada hansı vəhşiliklər törədilib..." 

X.Bəşirov qeyd etdi ki, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbərinin mövqeyi də, digər məsələlər də antiazərbaycan təbliğatın tərkib hissəsi kimi vahid mərkəzdən idarə olunur. O hesab edir ki, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbərinin iddiaları da, Azərbaycana qarşı qəbul edilən müxtəlif əsassız qətnamələr də bir-birinin davamıdır və onlara sifariş eyni yerdən verilir.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ