Cümə günü, 06 noyabr 2026
     

Ermənistan özünü "Zəngəzur tunelinə" soxdu və arqumentsiz qaldı...

Image


Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələbləri və qətiyyətli mövqeyi Ermənistanda yenidən şok effektinə səbəb olub. Erməni politoloq Armen Baqdasaryan bildirib ki, Bakının "Azərbaycandan Azərbaycana yol prinsipi" əslində eksterritorial yol tələbidir: 

"Üstəlik, təhlükə ondan ibarətdir ki, onlar anklavlar məsələsində də eyni mexanizmi tələb edirlər – həmin 3 anklavla birləşdirən yollara da Ermənistan tərəfindən nəzarət olunmamasını".

O xatırladıb ki, Azərbaycanın eksklavları yollarla birlikdə qaytarılarsa, Ermənistanın şimalda Gürcüstana, cənubda İrana gedən yolları tam şəkildə Bakının nəzarətinə keçəcək. Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan da qeyd edir ki, Bakı dəhliz məsələsində istəyinə nail olacaq: "Azərbaycan bunlar fonunda ordusunu gücləndirmək üçün hər şeyi edir, ölkəmizin rəhbərliyi isə silahlara nəzarət mexanizmindən danışır". Zəngəzur dəhlizi və infrastrukturun açılması məsələsinə toxunan Ermənistanın sabiq müdafiə naziri deyib: "Mən həmişə demişəm ki, Zəngəzur yolunun açılması bizə heç nə verməyəcək, həmkarlarımız hesablama aparıblar, heç nə verməyəcək. Əksinə, Ermənistanın suveren ərazisinə iki istiqamətdən təzyiqlər olacaq. Birincisi iqtisadi təzyiqlər, ikincisi isə demoqrafik mənzərənin dəyişməsi olacaq. Qonşularımız Zəngəzuru doldurmağa gələcəklər, sonra iqtisadi təzyiqlər olacaq. Biz bunun bariz nümunəsini Sovetlər İttifaqı dövründə gördük, onların öz əhalilərini hansı sürətlə artırdıqlarını gördük". Amma Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, Ermənistanın narahatlığına əsas yoxdur. Bu xüsusda Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov da olduqca maraqlı məqamalara toxunur. Onun sözlərinə görə, prezident İlham Əliyev yerli kanallara sonuncu müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfinin şərtlərinin nədən ibarət olduğunu açıq-aydın bəyan etdi: "Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri ilə bağlı heç bir yoxlanış həyata keçirilməməlidir. Əgər Ermənistan bu şərtləri qəbul etməsə, bölgədə hər hansı digər nəqliyyat-kommunikasiya xətti də açılmayacaq. Ermənistan tərəfi də məntiqlə Ermənistandan Ermənistana, yəni İrəvandan Mehriyə Naxçıvan vasitəsilə dəmir yollarından istifadə məsələsi təklif edə bilər. Əgər Ermənistan belə bir təkliflə çıxış etsə, bu, ikitərəfli danışıqlarda müzakirəyə çıxarılacaq məqamlardan biri ola bilər". Ekspert bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə etdiyi çıxışında İranın Azərbaycan üçün hansı şərtləri tətbiq edəcəksə, Ermənistanın da həmin şərtləri Azərbaycana tətbiq etməyə hazır olduğunu söyləyib: "Paşinyan bununla bütün bu illər ərzində Azərbaycanın Naxçıvanla quru yolla İran vasitəsilə nəqliyyat kommunikasiyasını həyata keçirdiyinə eyham vurub. İran tərəfi də bu məsələdə Azərbaycana hər hansı xüsusi şərtlər tətbiq etməyib. Biz Araz çayının cənubundan İran ərazisindən keçən tərəfdən çəkilən nəqliyyat xətlərinin hansı şərtlərlə fəaliyyət göstərəcəyindən məlumatlı deyilik. Çünki bu nəqliyyat xətlərinin çəkilməsi ətrafında hansı danışıqların həyata keçirildiyi barədə ictimaiyyətə hansısa məlumat verilməyib". O qeyd edib ki, Ermənistan "sülh qovşağı" təklifini irəli sürərək Zəngəzur dəhlizinin açılması məsələsindən, yəni öz ərazisindən kommunikasiyaların nəzarətsiz və yaxud yoxlanış həyata keçirilmədən keçməsi məsələsindən boyun qaçırmağa çalışır: "Ancaq Ermənistan nəzərə almalıdır ki, o artıq İkinci Qarabağ müharibəsində uduzub. İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması məsələsini də öhdəlik kimi öz üzərinə götürüb. Həmin bəyanatda da qeyd olunur ki, maneəsiz hərəkət Ermənistan tərəfindən təmin edilməlidir. İranın isə Azərbaycan qarşısında belə bir öhdəliyi yoxdur". F.Məmmədov deyib ki, Nikol Paşinyan üçtərəfli bəyanatın işlək olmadığını bildirsə də, faktiki olaraq bu bəyanat mövcuddur və Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir: "Tərəflərin heç biri bəyanatdan imzasını geri götürməyib və Azərbaycanın Ermənistandan tələbləri də olduğu kimi qalmaqdadır. Onu da qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətlər əsasən Rusiya və Ermənistan müstəvisində cərəyan edir. Çünki Ermənistan öz ərazisində Rusiyaya əlavə funksiyalar vermək niyyətində deyil. Üçtərəfli bəyanata görə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda qalma müddəti 5 il üçün nəzərdə tutulub və bu müddət 2025-ci ildə başa çatır. Əgər sülhməramlıların yenidən bölgədə qalması ilə bağlı qərar olmazsa, 2025-ci ildən sonra Zəngəzur dəhlizinin tikintisinə başlanılması ilə bağlı qərar verilə bilər. Hesab edirəm ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı 2025-ci ili gözləyir. Bundan sonra dəhlizin tikintisi 3 il müddətinə reallaşa bilər və təxminən 2028-ci ildə başa çatar. Şübhəsiz ki, bütün bunların həyata keçməsi üçün, ilk növbədə, siyasi qərar verilməlidir".

Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. Nazir deyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: "Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik". Bu dəhlizin açılması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da deyib ki, Naxçıvana dəhliz verilməyəcəyi təqdirdə Ermənistanla sərhəd açılmayacaq. Amma dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı müharibə ehtimalını istisna edib. Rəsmi İrəvan isə Naxçıvana yol verməyə hazır olduğunu və bunun dəhliz statusu ilə edilməməsi gərəkdiyini bildirib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ