Cümə günü, 06 noyabr 2026
     

İsrailin müharibəsi dünya ticarətini alt-üst edir...

Image


Rusiya-Ukrayna, Israil-Fələstin münaqişəsinin ardınca dünya meydana gəlməkdə olan daha bir savaşa şahidlik edir. Söhbət ABŞ və Britaniyanın hərbi hava qüvvələrinin Yəməndəki Husi silahlı qruplaşmasına qarşı hücumlara başlamasından gedir. 

Husilərin buna cavab verəcəyi, İranın da prosesə müdaxiləsi gözlənilir. Bu da savaş miqyasının genişlənməsi anlamına gəlir.

Yəmənin böyük bir hissəsinə nəzarət edən, İranın dəstəklədiyi siyasi və hərbi qruplaşma olan Husi hərəkatı ABŞ və Britaniyanı xəbərdar edərək, bu ölkələrin etdikləri açıq aqressiyaya görə ağır cəza çəkəcəklərini deyib. Artıq baş verənlərin təsiri özünü göstərir. ABŞ-ın rəhbərlik etdiyi alyans husilərin hərbi obyektlərinə qarşı hava hücumlarına başlamasından sonra neft qiymətləri 4 faizə qədər artıb. Münaqişənin daha geniş regiona yayılacağı ehtimalı ilə bağlı narahatlıq dünya neftinin üçdə ikisi üçün əsas göstərici hesab edilən "Brent" markalı "qara qızıl"ın qiymətində 2.5 faizə yaxın artıma səbəb olub. Azərbaycan nefti isə 90 dollara yaxınlaşır. Onu da qeyd edək ki, koalisiyanın hava zərbələri Oman sahillərindən Türkiyəyə doğru irəliləyən tankerin İran tərəfindən ələ keçirilməsindən bir neçə saat sonra başlanıb. Tankerin ələ keçirildiyi Oman körfəzi neft təchizatında ən mühüm rol oynayan yollardan biri olan Hörmüz boğazına çox yaxındır. Hər gün bu dar keçiddən 20 milyon barreldən çox neft daşınır ki, bu da gündəlik qlobal istehlakın beşdə birinə bərabərdir. İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə yükdaşıma gəmilərinə hücum etməsi son həftələrdə yanacaq ticarətinə və daşınmasına dağıdıcı təsir göstərib. Neft qiymətləri üçün hazırda ən böyük risq İranın birbaşa münaqişəyə cəlb edilməsi ola bilər. Bu isə dünyadakı xam neft istehsalının üçdə birinin təhlükə altına düşməsi deməkdir. Husilər HƏMAS-a dəstəklərini ifadə ediblər və bildiriblər ki, Qırmızı dəniz vasitəsilə İsrailə yük daşıyan istənilən gəmini hədəf alacaqlar. Lakin hücuma məruz qalan gəmilərin hamısının həqiqətən də İsrailə gedib-getmədiyi bəlli deyil. Bugünədək husi döyüşçüləri müxtəlif kommersiya tipli gəmilərə dron və ballistik raketlərlə hücum həyata keçiriblər. Noyabr-dekabr aylarında husi silahlılarının Qırmızı dənizdəki hücumları 500 faiz artıb. Daşımalarla bağlı təhdid böyüdüyü üçün əsas yükdaşıma şirkətləri regiondan keçidi dayandırıblar və həmin gəmilər üzrə sığorta xərcləri də dekabrdan bəri 10 dəfədən çox artıb. Böyük daşıma şirkətləri olan "Mediterranean Shipping Company", "Maersk", "Hapag-Lloyd" və BP neft şirkəti yükdaşıma gəmilərinin istiqamətini artıq Qırmızı dənizdən fərqli istiqamətə dəyişdiklərini açıqlayıb. İndi yanacaq qiymətlərinin artacağı və təchizat zəncirinin böyük zərər görəcəyi ilə bağlı qorxu var. Qlobal dəniz ticarətinin, demək olar ki, 15 faizi Qırmızı dəniz vasitəsilə reallaşdırılır. Suveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxışı olan bu dəniz Avropa və Asiya arasında ən qısa daşıma marşrutudur. Amma Qəzzada müharibə başlayandan bəri husi silahlılarının 27 gəmiyə etdiyi hücum tədarük gərginliyinin və aşağı tələbin dünya qiymətlərinə təzyiq göstərdyi bir vaxtda ticarət intensivliyinə zərbə vurub. Üstəlik, Qırmızı dəniz dünya ticarəti daşımalarının təxminən 15 faizini nəql etmək üçün istifadə olunur. Böhran davam edərsə, neft və malların artan xərcləri özünü mağaza və yanacaq məntəqələrində göstərəcək. Bunlar fonunda Rusiya və İran husilərə qarşı hücumları tənqid edir.

Məlumat üçün onu da bildirək ki, husilər Yəmənin şiə müsəlman azlığı olan Zaidilərdən təşkil olunmuş silahlı və siyasi qruplaşmadır. Silahlı birlik adını hərəkatın banisi Hüseyn əl Husinin adından götürüb. Rəsmi adı "Ənsar Allah" ("Allahın Tərəfdarları") adlanan qruplaşma 1990-cı illərdə Yəmənin o vaxtki prezidenti Əli Abdullah Salehin korrupsiya əməllərinə qarşı döyüşmək məqsədilə formalaşıb. Saleh 2003-cü ildə Səudiyyə Ərəbistanının hərbi dəstəyi ilə Husi qruplaşmasını yox etməyə cəhd göstərsə də, məğlub olub. Husilər 2014-cü ildən bəri Yəmən hökumətinə qarşı vətəndaş müharibəsi aparır. Yəmən hökuməti husilərə qarşı koalisiya qurmuş Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olmaqla digər ərəb ölkələri tərəfindən dəstəklənir. BMT-nin 2022-ci ilin əvvəlinə olan statistikasına görə, Yəməndəki vətəndaş müharibəsi 370 mindən çox insanın ölümünə, eləcə də 4 milyon insanın qaçqın düşməsinə səbəb olub. Husilər HƏMAS və "Hizbullah"la birlikdə özlərini İranın İsrail, ABŞ və Qərb əleyhinə rəhbərlik etdiyi "müqavimət oxlarının" bir hissəsi elan ediblər. Husi hərəkatı Livandakı "Hizbullah" şiə silahlı qrupunu özünə nümunə kimi götürür. ABŞ-da mənzillənən Terrorizmlə Mübarizə Mərkəzinin bildirdiyinə görə, "Hizbullah" 2014-cü ildən etibarən qruplaşmaya böyük hərbi texniki və təlim dəstəyi göstərir. Husi İranı müttəfiq hesab edir, çünki Səudiyyə Ərəbistanı onların ümumi düşmənidir. İran Husi qruplaşmasını silahla təchiz etməkdə şübhəli bilinir və ABŞ bildirir ki, İranın kəşfiyyat xidməti gəmilərin hədəf alınmasında husilərə ciddi köməklik göstərir. Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Adrian Vatson bildirir: "Bilirik ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə qarşı silahlı əməliyyatların planlaşdırılmasında dərindən iştirak edir". İranın belə bir dəstək verməsi BMT-nin silah embarqosu qaydasının pozulması deməkdir, lakin İran bu iddiaları rədd edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ