Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan Türkmənistan qazının tranzitində həlledici rol oynamağa başlayır

Image


Azərbaycan və Türkmənistan arasına enerji sektorunda işbirliyinin getdikcə dərinləşməsi müşahidə edilməkdədir. Elə bu fonda Türkmənistanın ölkəmiz üzərindən daha çox qaz nəql etmək niyyəti də özünü qabarıq şəkildə büruzə verir. 

Hadisələrin inkişaf axarı göstərir ki, yaxın perspektivdə Azərbaycan türkmən qazının ixracında mühüm tranzit ölkəyə çevrilə bilər. Bunu türkmən rəsmilərinin açıqlamaları da rəsdiq edir.

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Aşqabadda Türkmənistanla İran arasında keçirilən biznes-forumda çıxış edərək bildirib ki, ölkəsi İrandan tranzit keçməklə Azərbaycana təbii qaz nəql edərək üçüncü ölkələrə satır: "Türkmənistan böyük qaz ehtiyatlarına malikdir və ixrac etdiyi təbii qazın həcmini artıra bilər. Türkmənistanın geniş ixracı potensialı var ki, bu da region dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün böyük imkanlar yaradır". Xatırladaq ki,  Azərbaycan, Türkmənistan və İran arasında 2021-ci ilin noyabrında Aşqabadda svop qaz tədarükü haqqında müddətsiz üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük etməli idi. Lakin sonradan bu həcm 4,5 - 5 milyon kubmetrə kimi artırıldı. Ardınca sözügedən göstərici 7,-7,5 milyon kubmetrə çatdırıldı. İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales bu xüsusda bildirib: "Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk. Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir". Amma indi türkmən tərəfi Azərbayacan qaz tədarükünü daha da artırmaq istəyir. Hətta bu günlərdə Türkmənistan və İran Azərbaycana təbii qaz tədarükünü sutkada 10 milyon kubmetrədək sınaqdan keçirib. İranın Milli Qaz Şirkətinin baş direktoru Məcid Çeqaninin sözlərinə görə, hazırda gündəlik qaz tədarükü sutkada 4,5 milyon kubmetrdən 8 milyon kubmetrədək artırılıb, bundan əlavə, 10 milyon kubmetr türkmən qazının sutkalıq sınaq tədarükü uğurla həyata keçirilib. Qaz şirkətinin baş direktoru vurğulayıb ki, gələcəkdə Türkmənistandan qaz idxalının həcminin artırılması planlaşdırılır. Bu isə İran vasitəsilə daha çox həcmdə türkmən qazının Azərbaycana gəlişi deməkdir. Bu, türkmən tərəfi üçün çox önəmlidir. Məsələ burasındadı r ki, Türkmənistan bu ilin sonuna qədər qaz hasilatının 80 milyard kubmetri ötəcəyini gözləyir. 2022-ci ildə ölkədə 82,7 milyard kubmetr qaz hasil edilib. "Türkmənqaz" dövlət konserninin sədr müavini Murat Arçayevin sözlərinə görə, bu il qaz ixracının 40 milyard kubmetrə yaxın olacağı proqnozlaşdırılır. Bu həcmin təqribən 35 milyard kubmetri "Türkmənqaz" tərəfindən təmin olunacaq. Çin əsas ixrac istiqaməti olaraq qalacaq və oraya 30 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bundan əlavə, hazırda türkmən qazının Özbəkistan, Rusiya, Azərbaycana tədarükləri də həyata keçirilir. Azərbaycan üzərindən qaz nəqlinin həyata keçirilməsi isə Türkmənistana daha çox vəsait qazandırır. Bu səbəbdən Azərbaycan istiqaməti Türkmənistan üçün getdikcə daha cəzb edici hala gəlir.

Məlumdur ki, Rusiyanın iştirakı olmadan qaz tədarükünün diversifikasiyası Avropa üçün son dərəcə çətindir. Belə vəziyyətdə 13,6 trilyon kubmetr qaz ehtiyatı olan Türkmənistan Avropa bazarına qaz tədarük etmək üçün mühüm namizəddir. Əsas problem odur ki, Türkmənistanla Avropa arasında boru xətti yoxdur və çəkilməsi də real deyil. Ona görə hazırda çoxlarını bir sual düşündürür: Türkmənistanın zəngin qaz ehtiyatlarını Azərbaycan və Türkiyənin vasitəsilə Avropaya çıxarmaq mümkündürmü? Bunun üçün  300 kilometrlik "Transxəzər" qaz kəmərinin çəkilməsi vacibdir. Amma indilikdə bu real görünmür. Bir müddət əvvəl isə mövcud dəniz platformalarından qazın nəqli üçün Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik "Transxəzər" birləşdirici qaz kəmərini n çəkilişi  ideyası da gündəmə gətirlib. "Trans Caspian Resources, Inc" Məşvərət Komitəsinin direktoru Natali Kostello bildirib ki, ideya Türkmənistandakı mövcud dəniz hasilat müəssisələrindən təbii qazı Azərbaycandakı mövcud dəniz platformalarına göndərməkdir; 10-12 milyard kubmetr tutumlu bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək. Amma hələlik bu xüsusda da heç bir addım atılmır. İndiki halda svop-sxemlər vasitəsilə türkmən qazı Azərbaycan vasitəsilə Avropaya çatdırıla bilər. Qeyd edildiyi kimi, Azərbaycan-İran-Türkmənistan arasında üçtərəfli svop müqavilələri var. Indi bu fonda həcmin artımı Türkmənistana əlavə üstünlüklər vəd edir və Azərbaycan da buna bütün şəraiti yaratmağa hazırdır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ