"Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya hətta keçməsini belə düşünmür". Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşün yekunları üzrə keçirilən brifinqdə deyib.
O əmin olduğunu bildirib ki, ritorikaya rəğmən, maraqlı tərəflərdən heç biri bunu istəmir: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün fəaliyyəti tezliklə qarşılıqlı məqbul həll yolunu tapmağa yönəlib".