TAP (Transadriatik boru kəməri) İranın layihədə iştirakını istisna etmir və ümumilikdə yeni səhmdarlar üçün açıqdır. Bunu Trend-ə TAP-ın kommunikasiyalar üzrə direktoru Liza Givert İranın ölkəyə qarşı sanksiyaların ləğv edilməsindən sonra layihədə pay əldə edilməsi imkanını şərh edərkən deyib.
Onun sözlərinə əsasən, TAP layihəyə əlavə strateji dəyər gətirə biləcək yeni səhmdarlar üçün açıqdır.