şənbə günü, 28 noyabr 2026
     

Ukraynanın daha üç bölgəsində separatizm dalğası yetişir...

Image


Son günlərdə sakitliyin hökm sürdüyü Ukrayna yenidən dünyanın diqqət mərkəzinə gəlib. Buna əsas səbəb rəsmi Kiyevin Rusiyanın federallaşma ilə bağlı niyyətini alt-üst etməsidir. Belə ki, Ukrayna prezidenti Petro Poroşenko ölkənin federallaşmasını istəyənlərə ünvanlanan növbəti mesajını göndərib. Dövlət başçısı Ukraynanın unitar dövlət olaraq qalacağını bildirib.
Poroşenkonun sözlərinə görə, Ukraynada dövlətin idarə olunmasının unitar modelinin tərəfdarları çox güclüdür. O, unitar model tərəfdarlarının təxminən 90 faiz olduğunu deyib: "Demərkəzləşdirmənin federallaşma ilə heç bir əlaqəsi yoxdur. Ukrayna unitar dövlət olub və əminəm ki, unitar dövlət kimi qalacaq. Biz daim ictimai rəyi öyrənirik. Sizi inandıra bilərəm ki, son bir il ərzində cəmiyyətin unitar modelə dəstəyi çox güclüdür. Bu hazırda 90 faizə yaxınlaşır".
Bundan öncə isə prezident qeyd edib ki, Ukraynanın dövlət quruluşu ilə bağlı sualı referenduma çıxarmağa hazırdır: "Kimlər ki ölkənin federallaşmasını istəyir, bunun üçün bizdə son vasitə olan referendum var. Biz bu məsələ ilə bağlı referendum keçirməyə hazırıq". Ukraynanın bu addımı isə Rusiyada və onun dəstək verdiyi separatçı bölgələrdə xoş qarşılanmır. Rusiya "İnterfaks" agentliyinin verdiyi məlumata görə, "Donetsk Xalq Respublikası"nın rəsmisi Andrey Purqinin Poroşenkonun Ukraynanın unitar dövlət kimi saxlanması və Ukrayna dilinin rəsmi dövlət olduğuna dair bəyanatlarını tamamilə qəbuledilməz adlandıraraq, bunun bu ilin əvvəli Kiyev və separatçılar arasında əldə edilmiş atəşkəsə dair razılıqla ziddiyyət təşkil etdiyini deyib. Ukrayna Milli Təhlükəsizlik Şurası katibinin keçmiş müavini Stepan Qavriş belə bir vaxtda bildirib ki, Moskvada artıq Ukrayna ilə müharibə qərarı veriblər. Qavriş Ukraynanın şərqində hərbi əməliyyatların üçüncü fazasının başlayacağı haqda danışan ilk mənbə deyil. Bundan əvvəl NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı Uesli Klark Donbasda apardığı araşdırmalara istinadən Rusiyadan dəstəklənən separatçıların aprelin ikinci yarısında - mayın əvvəllərində yeni hücum əməliyyatlarına başlayacağını açıqlamışdı.
Donbasda atəşkəsə dair Minskdə əldə edilmiş razılaşma əsasən yerinə yetirilsə də, son günlər Ukrayna qüvvələri ilə separatçılar arasında atışmaların intensivləşdiyi barədə məlumatlar var. Ukrayna silahlı qüvvələri təkcə aprelin 6-da 6 hərbçisini itirdiyini açıqlayıb. Daha təhlükəlisi isə budur ki, separatçıların nəzarətində olmayan cənub-şərq regionlarında - Mariupolda, Xarkovda, Odessada bir-birinin ardınca diversiyalar törədilir. Məlumat verildiyi kimi, Rusiyada Eduard Limonov adlı şəxsin yaratdığı "Başqa Rusiya" partiyasının fəallarından biri artıq "Xarkov respublikası" adlı silahlı bölmə yaratdıqlarını və bu bölmənin üzvlərinin Xarkov vilayətini Ukraynanın tərkibindən "azad etməyə" hazırlaşdığını deyib. "Limonovçular" hərəkatının üzvü, bundan əvvəl Krımın ilhaqına kömək edən və Donbasdakı döyüşlərə qatılan Dmitri Kolesnikov deyib ki, yeni yaradılan bölmədə hələlik 40-a yaxın adam cəmləşib və onların hamısı Rusiyadan gələnlərdir: "Biz sayın xeyli artacağını gözləyirik". Kolesnikovun sözlərinə görə, hərbi qrupun əsas məqsədi Xarkov vilayətini nəzarət altına almaqdır. O bunu hansı metodlarla həyata keçirəcəklərini deməyib, ancaq hərbi sabotaj metodlarından istifadənin mümkünlüyünü bildirib.
Odessada isə özlərini yerli milli icmaların təmsilçiləri kimi təqdim edən bir qrup şəxs "Bessarabiyanın xalq radası"nı yaradıb. Təşkilatın saytı Moskvada qeydiyyatdan keçib. "Bessarabiyanın xalq radası" bildirir ki, Ukrayna NATO-ya üzv olmaq istəsə, onlar Odessanın müstəqilliyini elan edəcəklər. Beləliklə, Ukraynanın daha üç bölgəsində Kiyevə qarşı üsyan gözlənir və onların dərhal Rusiyadan istənilən yardımı alacağı şübhəsizdir.
Ukrayna ordusunun isə proseslərə müdaxiləsi istənilən nəticəni verməyərək əlavə itkilərə yol açacaq. Rusiyalı hərbi analitik Pavel Felqenhauer Ukrayna ilə Rusiya arasında yeni müharibənin başlamasının mümkünlüyünü istisna etmir və hesab edir ki, Ukrayna ordusunun imkanları ancaq müdafiə olunmağa çatır. Onun sözlərinə görə, Ukrayna tərəfi hazırda sakit oturub, mövqelərini əldə saxlamağa çalışır. Lakin bunun köməyi olmayacaq. Çünki Ukrayna sakit oturanda Rusiya və rusiyameylli qüvvələr hücuma keçir.
Qərbdən isə Ukrayna istədiyi yardımı almır. Düzdür, yayılan məlumata görə, ABŞ ordusu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda NATO-dakı müttəfiqlərinə dəstək nümayişi üçün ilin ikinci yarısında Şərqi Avropaya əlavə hərbi güclər göndərəcək. ABŞ-ın quru qoşunlarının maddi-texniki komandanlığının rəhbəri, general Dennis Via bildirib ki, ABŞ-ın yüzlərlə "Abrams", "BMP Bradley" və "SAU Paladin" tankları Estoniyada - Rusiya sərhədinə yaxın ərazilərdə yerləşdiriləcək. "Atlantic Resolve" təlimlərinə hazırlıq çərçivəsində isə ABŞ Latviyaya tanklar, zirehli transportyorlar, yük müşınları və vertolyotlar də daxil olmaqla böyük silah partiyalarını göndərməyə başlayıb. Amma təcrübə bunların Rusiyanı geri oturtmaq üçün kifayət etmədiyini göstərir. Əksinə, burada vəziyyətin daha da pisləşəcəyinə dair elə Qərbin özündə proqnoz verənlərin sayı xeyli artıb. Məsələn, fransalı analitik Fransis Malij qeyd edir ki, Ukraynanı qəsdən bir neçə böhranla silkələyirlər.
Onun sözlərinə görə, məhz bu böhranlar Ukraynanı on illər ərzində xarici yardımdan asılı vəziyyətə salacaq: "Hazırda ölkəni bank, valyuta və iqtisadi böhran bürüyüb. Bu il yəqin ki, enerji böhranı da Ukraynanı ağuşuna alacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı kütləvi üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər hava limanında əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ