Yunanıstanın baş naziri Aleksis Çiprasın sabah Moskvaya edəcəyi səfər Avropa Birliyində ciddi narahatlığa yol açıb.
Baki-xeber.com Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskvanın bir müddətdir maliyyə böhranı yaşayan bu ölkənin kredit qarşılığında əhəmiyyətli dövlət şirkətlərini ələ keçirmək planı var.
Yunan baş nazir 9 May Qələbə Bayramının 70-ci ildönümünə dəvət edilmişdi, ancaq o "mərasim zamanı Putinlə kifayət qədər məhsuldar görüş keçirə bilmərik" deyərək səfərini apreldə gerçəkləşdirir.
"Kommersant” qəzetinə danışan və adı açıqlanmayan bir Rusiya rəsmisi, Kremlin Çiprasa kredit verməyə hazır olduğunu, ancaq bunun qarşılığında qaz paylama şirkəti DEPA, Afina və Selanik limanları və dəmiryolu administratorluğu kimi mühüm sahələrdə şirkətlərin aktivlərini tələb edəcəyini bildirib. Əgər tələblər qəbul edilsə Moskvanın gazda da endirim edə biləcəyi qeyd edilir.