V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: "Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər”.