Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl iş adamları ilə keçirdiyi görüşdə Ukrayna prezidenti Petro Poroşenkonun ona "şərqi Ukrayna bölgəsi Donbası Rusiyaya daxil etməsini" təklif etdiyini söylədiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, "Forbes” jurnalı Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin üzvləri ilə yığıncaq keçirən Rusiya prezidenti Putinin Ukraynanın şərq bölgəsində yaşanan hadisələrlə əlaqədar maraqlı açıqlamalar verdiyini yazır.
İddialara görə, Ukrayna prezidenti Poroşenko 11-12 fevralda Minskdə keçirilən Normandiya dördlüyü görüşlərində, Putinə Donbası almasını və Rusiyaya birləşdirməsini təklif edib. Putin də buna qarşılıq, "Bizim Donbasa ehtiyacımız yoxdur. Əgər sizə də ehtiyac deyilsə, müstəqilliyini elan edin" - cavabını verib.
Poroşenkonun bölgənin müstəqilliyini tanımalarının qeyri-mümkün olduğunu bildirdikdən sonra, Putin Şərq Ukraynada pensiya sistemi, sosial hüquqlar və bank sisteminin yenidən qurulmasının vacib olduğunu vurğulayıb.
Ancaq Kreml bu iddialara münasibət bildirmək istəmir. "Forbes” jurnalında yer alan iddialarla əlaqədar suala cavab verən Kremlin mətbuat müşaviri Dmitri Peskov, "Bir qisim iştirakçıların dövlət başçısı ilə keçirilən görüşlərlə əlaqədar danışması yaxşı hal deyil. Onların həqiqəti söyləyib söyləmədiyi ilə əlaqədar mövzunu vicdanlarına buraxıram. Mən qapalı görüşlərlə əlaqədar heç bir zaman açıqlama vermirəm" – deyə bildirib.