şənbə günü, 28 noyabr 2026
     

Azərbaycanın böyük TANAP layihəsi qlobal mərkəz və qlobal hədəf statusunda...

Image


Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan "Transanadolu "Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Avropa üçün getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi üzə çıxır. Məsələ burasındadır ki, bu layihə vasitəsilə Qərb nəzərdə tutulduğundan daha böyük həcmdə qaz ala bilər. Hətta o həcmdə ki, artıq Rusiyadan Avropaya qaz ixracına heç bir ehtiyac qalmasın. Çünki bu kəmər vasitəsilə tək Azərbaycan yox, böyük qaz ehtiyatlarına malik İran və Türkmənistan da mavi yanacağın ixracına start verə bilər. Artıq bu istiqamətdə fəal iş gedir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev qeyd edir ki, İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin TANAP-da iştirakı aktuallaşır: "TANAP hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa satmaq olar. Hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur". Eyni zamanda türkmən qazının da TANAP vasitəsilə Qərbə ixracı üçün intensiv iş gedir. Belə bir vaxtda yayılan məlumata görə, Avropa Komissyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviç yaxın tezlikdə Cənub Qaz Dəhlizi üçün təbii qazın tədarükünü nəzərdə tutan "Transxəzər" qaz boru kəmərinin tikintisi ilə bağlı Türkmənistanla danışıqlara başlayacaq. Bu barədə "Reuters" agentliyinə danışan Avropa Birliyinin Türkmənistandakı nümayəndəliyinin rəhbəri Denis Danilidis qeyd edib ki, Avropa Komissyası Türkmənistan qazını gələcəkdə alacaq Avropa şirkətlərinin hansı şərtlərlə layihədə iştirak edəcəyini anlamaq istəyir. Öz növbəsində, "Reuters" türkmənistanlı diplomatlara istinadən yazır ki, adıçəkilən ölkədən Avropaya ildə 10-30 milyard kubmetr qazın tədarükü ilə bağlı aktiv danışıqlar aparılır. Qeyd edək ki, son illər Rusiya Türkmənistandan qaz idxalını kəskin azaldıb. Bu vəziyyətdə Qərbə qaz satmaq istəyən Türkmənistan da TANAP-a getdikcə xüsusi maraq göstərir. Bu ölkənin TANAP-a qoşulması üçün isə "Transxəzər" layihəsi reallaşmalıdır.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Lakin "Transxəzər"in reallaşması və İranın TANAP-a qoşulması fonunda Avropaya gedən qazın həcmi bir neçə dəfə artacaq. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən TAP-a bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
Bütün bunlar Rusiyanı getdikcə daha çox narahat edir. Rusiyanın bu vəziyyəti öz lehinə dəyişmək üçün Yunanıstanla işbirliyinə getməsi isə Avropada və ABŞ-da sərt qarşılanır. Bu günlərdə Rusiyaya səfər edən Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panayiotis Lafazanis səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında ABŞ administrasiyasının bu səbəbdən Afinaya güclü təzyiqlər göstərdiyini açıqlayıb. Nazirin sözlərinə görə, ABŞ Yunanıstanın hətta Rusiya üçün müstəsna əhəmiyyətə malik "Türk axını" qaz kəməri layihəsində iştirakını istəmir. Bununla belə, nazir əlavə edib ki, Yunanıstanın indiki hökuməti energetika siyasətində ölkənin milli maraqlarından çıxış edəcək: "Biz hesab edirik ki, Rusiya üçün bütün dəhlizlər açıq olmalıdır. Yunanıstan TAP ilə "Türk axını"nı rəqib hesab etmir, çünki təkcə TAP Avropanın təbii qaza olan bütün tələbatını ödəmək iqtidarında deyil". Nazir onu da deyib ki, Yunanıstan "Türk axını" layihəsinə qatılacaq. Çünki 2019-cu ildən etibarən Rusiya Ukrayna ərazindən Avropaya qaz tranzitini dayandırmaq qərarını bir daha bildirib: "2019-cu ildən etibarən Rusiya qazı Avropaya şimal və cənub dəhlizi ilə daxil olacaq. Biz "Türk axını" layihəsində iştirak etmək və daha ucuz qaz əldə etmək istəyirik". "Türk axını" Rusiyadan Türkiyəyə Qara dənizin dibindən keçməklə, oradan isə Yunanıstanla sərhədə qədər illik nəql gücü 63 milyard kubmetr olan qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəməri də "Türk axını" ilə eyni məntəqəyə - Türkiyənin Yunanıstan sərhədinə çəkiləcək, oradan TAP kəmərinə qoşulacaq. Yunanıstan hökumətinin energetika və digər məsələlərdə Moskva ilə oyuna girməsi Avropa Birliyini ciddi narahat edir. Bu günlərdə "Spiegel" jurnalı yazıb ki, Almaniyanın hakim Xristian-Demokrat İttifaqı yunan-rus oyunundan hiddətlənib. Almaniyada hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin bu şansdan istifadə edib Avropa Birliyini parçalamaq və Cənubi Avropada mövqelərini möhkəmləndirmək istəyir. Bu baxımdan Yunanıstanın enerji nazirinin Moskvaya səfəri Brüsseldə ciddi əsəbilik yaradıb. Çünki Brüssel "Türk axını" layihəsini dəstəkləmir və onu qeyri-real hesab edir. Bu vəziyyətdə Qərbin bütün əsas ümidi TANAP və TAP layihəsinədir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ