İranın nüvə proqramına dair müzakirələrdə razılaşma əldə oldunduğu və yekun razılaşma layihəsinin hazırlanmasına başlanacağı bildirilir.
Baki-xeber.com "Bloomberg”ə istinadən xəbər verir ki, İran xarici işlər naziri Cavad Zərif Twitter hesabında yazdığı şərhdə ölkəsinin nüvə proqramına dair 5 + 1 ölkələri ilə aparılan müzakirələr nəticəsində həll yolunun olduğunu və anlaşma layihəsinin dərhal hazırlanmasına başlanacağını bildirib.
İran prezidenti Həsən Ruhani də Twitterdən verdiyi mesajda "İranın nüvə proqramına dair əsas məsələlərdə razılığa gəlindi. Razılaşma layihəsi dərhal yazılmağa başlanacaq, 30 iyunda bitiriləcək" – deyə bildirib.
Avropa Birliyinin nümayəndəsi Federika Mogherini də göndərdiyi mesajda Zəriflə mətbuatın qarşısına çıxacağını və yaxşı xəbərlərin olduğunu qeyd edib.
Bunu təsdiqləyən Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada da yekun razılaşma layihəsini üzərində anlaşma əldə edildiyi bildirilir.