Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, onun ölkəsi heç bir halda Rusiyanın bir parçası olmayacaq və Rusiya rəhbərliyi birbaşa olaraq belə bir təklifdə bulunmayıb.
"Bilirsinizmi, keçmişdə belə ehyamlar olub və mən onlara çox sərt reaksiya göstərmişəm” - deyib Belarus prezidenti "Bloomberg” saytına müsahibəsində.
Onun sözlərinə görə, "Qərbin Belarusa qoyduğu sanksiyalar anaxronizmdir və nəinki Rusiyanı, heç balaca Belarusu da boğmaq gücündə deyil”.
Lukaşenkonun fikrincə, siyasətçilərin və jurnalistlərin iddialarına baxmayaraq, Putinin imperiya ambisiyaları yoxdur. Bununla belə, o məsləhət görüb ki, Rusiyaya çox da barmaq uzatmasınlar və ələlxüsus da dəyənək çəkməsinlər.