Qərb Krımı geri almağı cəhd edərsə nüvə müharibəsi başlaya bilər. İngiltərənin "The Times” qəzeti gizli sənədlərə əsaslanaraq bu iddianı ortaya atıb.
Baki-xeber.com xəbər verir ki, qəzet keçən ay Almaniyada keçirilən Rusiya və ABŞ generalları və kəşfiyyatçıları arasında kritik görüşdən amerikalılar tərəfindən qələmə alınan qeydləri ələ keçirib. Həmin görüş zamanı Rusiya tərəfi Qərb ölkələrini açıq təhdid edib. Qəzet görüş əsnasında Rusiya nümayəndə heyəti tərəfindən Qərbin ünvanına bir sıra açıq təhdid söylənildiyi məlum olub.
Məlumata görə, görüşdə Rusiya rəsmiləri Krımın Ukraynaya geri qaytarılması üçün hərəkətə keçiləcəyi halda Rusiyanın lazım olsa nüvə silahından da istifadə edərək buna cavab verəcəyini bildirib. "The Times”in məlumatına görə, ABŞ tərəfi "bunun boş sözlərdən ibarət olmadığı şübhə doğurmur" deyə qiymətləndirib.
Bundan başqa Rusiya tərəfinin, Ukraynada hərbi addımlar atılmasına səbəb olan şərtlərin Baltik ölkələrində də mövcud olduğunu ifadə edərək NATO cəbhəsinə mesaj göndərdiyi bildirilir. Məlumata görə, ABŞ tərəfinə "əgər NATO Litva, Latviya və Estoniyaya hərbi birliklərini göndərərsə, Rusiyadan buna nüvə silahından tutmuş qeyri-hərbi addımlara qədər cavab veriləcəyi" çatdırılıb.
Rus generallar amerikalı həmkarlarına ayrıca, NATO Ukraynaya əsgər göndərərsə Rusiya ictimaiyyətinin buna güclə cavab verilməsini tələb edəcəyini xatırladıb.
Sözügedən görüşdə ABŞ nümayəndələrinin qeydlərinə istinad edən qəzet Rusiya tərəfinin ultimatumlarını üç hissəyə bölüb:
1. Krımı Ukraynaya geri qaytarmaq üçün hər hansı cəhd müharibə səbəbi sayılacaq və Kremlin ABŞ-a qarşı cavabı nüvə silahlarını da göz önünə gətirəcək.
2. Rusiya NATO silahlı qüvvələrinin Baltıkyanı ölkələrə yerləşməsinə səssiz qalmayacaq.
3. NATO-nun Ukraynaya hər cür hərbi yardımı Rusiyadan güclə cavab verilməsi provokasiyası sayılacaq.
Qəzet görüşdən qabaq Rusiya nümayəndə heyəti üzvlərinə xarici işlər naziri Sergey Lavrov tərəfindən təlimat verildiyini təkid edir və buna görə onların dediklərinə son dərəcə ciddi yanaşmağı tövsiyə edir.