şənbə günü, 28 noyabr 2026
     

Rusiyanın Şərqi Ukraynaya hücumu Pasxa bayramından sonra olacaq

Image


Finlandiya Rusiya-NATO savaşında kimin yanında olacağını təyin etdi

Rusiya və NATO arasında münasibətlərin getdikcə gərgin xarakter alması onların güclərini hərb meydanında da sınaya biləcəyini istisna etmir. Bu vəziyyət isə əksər ölkələr, o cümlədən MDB məkanı üçün ciddi təhdidlər vəd edir. Həmçinin Avropanın bir çox ölkələri də, hadisələr bu ssenari üzrə inkişaf edəcəyi təqdirdə, təhlükələrə məruz qalacaqları barədə indidən həyəcan təbili çalırlar.
Onlardan biri olan Finlandiyanın müdafiə naziri Karl Xalqund qeyd edir ki, NATO və Rusiya arasında konflikt başlasa, Rusiya Finlandiya ərazisinin sərbəst qalmağına imkan verməyəcək.
Onun sözlərinə görə, konflikt başlayacağı təqdirdə Finlandiya öz neytrallığını qoruyub saxlaya bilməyəcək: «Mən qorxuram ki, genişmiqyaslı konflikt zamanı Moskva Finlandiyanı neytral zona kimi görməsin. Biz Avropa Birliyi ilə sıx şəkildə bağlıyıq və vahid cəbhəni bölüşürük. Bundan əlavə, biz NATO ilə son 20 ildə sıx əməkdaşlıq etmişik. Böyük Avropa konfliktindən bizim kənarda qalacağımızı düşünmək sadəlövhlük olardı».
Hələlik isə NATO və Rusiyanın əsas toqquşmasının Ukraynada baş verəcəyi gözlənir. Amerikalı general Uesli Klark bildirir ki, Rusiyanın Şərqi Ukraynaya hücumu Pasxa bayramından sonra olacaq. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında imzalanmış Minsk müqaviləsinin şərtləri, demək olar ki, işləmir: «Rusiya hələ də separatçılara kömək edir. Putin təkcə Ukraynaya yox, həm də Baltika və Polşaya hücum edəcək. Hazırda Ukrayna müharibəsini 1990-cı illərdəki Balkan müharibəsi ilə müqayisə etmək olar». Rusiyanı yenidən aqressivləşdirən məqam isə Ukraynaya ABŞ hərbçilərinin yerləşdirilməsi üçün görülən hazırlıqdır. Xatırladaq ki, bu günlərdə Ukraynanın daxili işlər naziri Arsen Avakov aprelin 20-də 290 Amerika desantçısının Lvova enəcəyini açıqlayıb.
Desantçılar Ukrayna ordusunun nizami hissələrinin və Milli Qvardiyanın döyüşçülərinə təlim keçəcək: «ABŞ Dövlət Departamenti ilə razılaşmaya əsasən, Birləşmiş Ştatlar ordusunun 173-cü hava-desant briqadasının desantçıları Yavorovsk poliqonunda Milli Qvardiyanın döyüş bölmələrinə təlim keçməyə başlayacaq». Amerika desantçıları Ukraynada ən azı yarım il qalacaqlar. ABŞ desantçılarının Ukraynaya gəlişi Rusiyada xoş qarşılanmır. Bundan əvvəl Britaniyanın xüsusi təyinatlıları Ukrayna ordusunun hissələrinə təlim keçməyə başlamışdı və rəsmi Moskva bunu pisləmişdi. Bütün bunlara görə Rusiyanın Ukraynada hərbi fəaliyyətini genişləndirməsi gözlənir. Bunu «Donetsk Xalq Respublikası» Təhlükəsizlik Şurasının katibi və «Vostok» batalyonunun komandiri, Donetsk separatçılarının liderlərindən olan Aleksandr Xodakovskinin açıqlamaları da təsdiq edir. O, müharibənin ancaq bütün Ukrayna «faşistlərdən azad olunacağı» təqdirdə başa çatacağını bildirib: «Bir sözlə, bizə bütün Ukrayna lazımdır». Xodakovski Ukraynanın atəşkəsə dair Minsk razılaşmasını pozmaqda olduğunu deyib: «Biz əminik ki, Ukrayna gec-tez özünü saxlaya bilməyəcək və hücuma keçməyə çalışacaq». Separatçıların liderinin bildirdiyinə görə, onlar müharibənin üçüncü fazasına hazırdırlar: «Mən Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası modelini ancaq keçid dövrü üçün keçərli hesab edirəm. Bizim müharibəmiz ancaq o vaxt başa çatacaq ki, Rusiyanın cənubunda antifaşist respublikası mövcud olacaq. Başqa sözlə desək, bizə bütün Ukrayna lazımdır. Harada döyüşmək lazım olsa, orada döyüşəcəyik. Lakin harada siyasi üsullarla, daha az itkilərlə və xərclərlə effektiv hərəkət etmək mümkündürsə, elə də edəcəyik».
Yuxarıda qeyd olunduğu kimi, Rusiya fəaliyyətini təkcə Ukrayna ərazisi ilə məhdudlaşdırmaq niyyətində deyil. Məhz belə bir vaxtda Litvanın hərbi kəşfiyyatı xəbərdarlıq edib ki, Rusiya NATO üzvü olan ölkələrdən birinə qarşı gizli hərbi vasitələrə əl ata bilər. Litva Müdafiə Nazirliyinin kəşfiyyat departamentinin hesabatına əsasən, Rusiyanın Ukraynada hərbi qüvvə tətbiq etməsi, daim güc nümayiş etdirməsi Litvanın təhlükəsizliyi ilə bağlı situasiyaya təsir edir. Kəşfiyyatın qənaətinə görə, Rusiya NATO üzvlərinə qarşı açıq hərbi müdaxiləyə cəsarət etməsə də, Baltik dənizi regionu ölkələrindən birinə qarşı «hibrid müharibə» taktikasını işə sala bilər. Bu, gizli hərbi vasitələrin istifadəsini nəzərdə tutur: «İstisna etmək lazım deyil ki, Rusiya bu vasitələrdən alyansa üzv ölkələrdən birinə qarşı istifadə edə bilər. Rusiya ümid edir ki, NATO mürəkkəb qərar qəbulu mexanizmi üzündən, habelə alyansa üzv olan ayrı-ayrı ölkələrin maraqlarının fərqlənməsi səbəbindən bu situasiyaya adekvat və çevik reaksiya verə bilməyəcək». Hesabata əsasən, Rusiya hərbi sferada xərclərini davamlı olaraq artırır, strateji əhəmiyyətli Qərb istiqamətində hərbi aktivliyini yüksəldir. Kəşfiyyat bildirir ki, Rusiya Kalininqrad vilayətində yerləşən hərbi qruplaşmanı regiona əlavə qüvvələri yeritməklə sürətlə gücləndirə, o cümlədən «İsgəndər-M» raketlərini yerləşdirə bilər. Bildirilir ki, Rusiya hərbi qüvvələrinin intensiv manevrləri NATO qüvvələri ilə təsadüfi toqquşma risqi yaradır. Bu isə regiondakı ölkələr üçün ciddi təhdid deməkdir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ