şənbə günü, 28 noyabr 2026
     

Yeni Senat qanunu ABŞ-Azərbaycan hərbi əməkdaşlığında yeni mərhələ aça bilər

Image


Qafqazla bağlı qorxunc proqnozlar verilir

Azərbaycan üçün Rusiyanın da təhdidə çevrilə biləcəyinə dair əcnəbi ekspertlər səviyyəsində edilən xəbərdarlıqların sayı son dövrlərdə sürətlə çoxalmaqdadır. İddialar səslənir ki, Rusiya Qafqazı öz nəzarətində saxlamaq üçün Gürcüstana təzyiqlərini artıracaq və mümkündür ki, bu fonda Tiflisə qarşı yeni hərbi əməliyyatlar da keçirilsin. Qeyd olunur ki, bundan sonra Rusiya Azərbaycanın Gürcüstan ərazisindən keçən enerji marşrutlarına nəzarət imkanı qazanacaq.
Bu isə Qafqaz ölkələri üçün müsbət heç nə vəd etmir.
Xatırladaq ki, belə proqnozla daha çox Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili çıxış edir. Onun fikirlərini dəstəkləyən gürcü ekspert Temuri Kiquradze ölkəsinin hələ də Rusiyanın hədəfi olduğunu bildirir: «2008-ci il savaşından sonra Moskva Abxaziya və Cənubi Osetiyada əhəmiyyətli hərbi obyektlər əldə etdi». Bu fonda o, Cənubi Qafqazın istənilən zaman Rusiya təhdidi ilə üz-üzə olduğunu bildirib: «Burada hazırda minlərlə əsgər yerləşdirilib. Ölkənin paytaxtına ən yaxın hərbi baza sadəcə 40 kilometr uzaqlıqdadır. Bu, işğal üçün ideal başlanğıc nöqtəsidir. Hərbi nöqteyi-nəzərdən onu sadəcə uğur gözləyir. İşğal üçün hansı siyasi səbəblərin olacağı ilə bağlı uzun müddət mübahisə etməyə də dəyməz. Kremlə sadəcə növbəti kiçik qələbə xarakterli müharibə lazımdır. Bunun üçün isə Gürcüstandan daha yaxşı variant axtarmaq gərək deyil. Ölkədəki hökumət böhranı, iqtisadi vəziyyətin pisləşməsi Rusiya üçün əla şanslar yaradır. Moskva işğala əl atsa, o zaman bir neçə məqsədinə nail olmuş olacaq. O, Gürcüstana cənubdan yeridilməyə çalışan NATO-nun qarşısını alacaq, Ermənistana istədiyi koridoru açacaq, enerji ilə zəngin olan Azərbaycanı mühasirəyə alacaq ki, bu da sonuncunu Rusiya ilə Qərb arasında yürütdüyü balanslaşdırılmış siyasətdən məhrum etmə həddinə gətirib çıxaracaq».
Maraqlıdır ki, bu günlərdə analoji fikirlər ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski tərəfindən də səslənmişdi: «Rusiya prezidenti Vladimir Putin aqressiv siyasətini, çətin ki, Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri Baltik ölkələri, Moldova, Gürcüstan, Azərbaycan və Polşa ola bilər. Mən peyğəmbərlik eləmək və qara ssenarilər proqnozlaşdırmaq istəmirəm, ancaq risq var ki, əslində Rusiyanın təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Putinin ardıcıl olaraq seçdiyi yolun analizi bunu təsdiq edir». Politoloqun sözlərinə görə, hadisələrin sonrakı inkişafı Ukraynadakı münaqişənin necə keçməsindən asılı olacaq: «Ukraynadakı müharibə Rusiyanın asan hərbi qələbəsi olacaqsa, o zaman Baltik ölkələrində də nəsə baş verəcəyini diqqətə almaq lazımdır. Növbəti qaynar nöqtələr Moldova, Gürcüstan və Azərbaycanda yarana bilər».
Bütün bu deyilənlər NATO rəhbərliyində də ciddi şəkildə nəzərə alınır. Elə bu səbəbdən NATO Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb. Alyansın Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu xüsusda bildirib: «Biz Gürcüstanın beynəlxalq sərhədlərdə tanınmış ərazi bütövlüyünü tanıyırıq. Rusiya öz qoşunlarını bu ölkənin ərazisindən çıxarmalıdır. Və biz Cenevrədəki danışıqlardan tutmuş, insanlar arasında təmaslaradək məsələnin həllinə yönəlik bütün səyləri alqışlayırıq». Ceyms Appaturay onu da qeyd edib ki, Rusiyanın narazılıqlarına baxmayaraq, NATO və Gürcüstan bu ilin yayında birgə təlimlər keçirəcək: «Mütəxəssislərimiz Gürcüstana birgə təlim mərkəzinin yaradılmasında kömək edir. Biz əsas qrupun üzvlərini artıq müəyyən etmişik. Onlar tezliklə Gürcüstana gələcək və bu yay bizim birgə təlimlərimiz olacaq». Qeyd edək ki, Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildən, Gürcüstanın «Sülh naminə tərəfdaşlıq» proqramına qoşulandan sonra başlayıb. 2004-cü il inqilabından sonra isə bu əməkdaşlıq daha da intensivləşib. 2008-ci ilin aprelində isə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO üzvü olmasının mümkünlüyü təsdiqlənmişdi. Lakin Rusiya bu məsələyə sərt reaksiya verdi və görünən odur ki, Kreml lazım bildiyi təqdirdə Gürcüstana yenidən hərbi müdaxilə edə bilər. Bunu nəzərə alan ABŞ Qafqaz ölkələri ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsinə indi xüsusi önəm verir. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Senatında bu sahədə yeni qanun layihəsi son oxunuşda qəbul edilib. Qanun layihəsində ölkə prezidentinə bir sıra ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi hüququnun verilməsi nəzərdə tutulub. Layihədə bildirilir ki, ABŞ və NATO Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Herseqvina, Makedoniya, Çernoqoriya və Serbiya Silahlı Qüvvələrinə yardım edəcək və bu ölkələrin təhlükəsizliyini təmin edəcək.
Bundan başqa, ABŞ Ukraynaya NATO-ya üzv olmadan müttəfiq statusu verib. Ukraynadan başqa Gürcüstan və Moldova da ABŞ-ın müttəfiqləridir. Bu isə o deməkdir ki, bu ölkələr hücuma məruz qalarsa, ABŞ qoşunları müdaxilə edə bilər. Lakin bütün bunlar Kreml tərəfindən olduqca sərt qarşılanır və Rusiyanın bölgəyə əlavə hərbi qüvvələr yeritməsi ilə müşayiət olunur ki, həmin qüvvələr də hər an aktiv fəaliyyətə keçə bilər.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ