Səudiyyə Ərəbistanının Londondakı səfiri BBC-yə müsahibəsində bir daha təkrar edib ki, Ər-Riyad İranın Yəməndəki şiələrə silah yardımı etməsindən barədə şübhələnir.
Tehran və husilərin özləri belə gümanları qətiyyətlə inkar edirlər.
Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin iştirakı ilə beynəlxalq koalisiya prezident Abdrabuu Mansur Hadinin xahişi ilə Yəməndə ölkə ərazisinin əksər hissəsinə nəzarət edən husi üsyançılarına qarşı "Qətiyyət tufanı" adlı hərbi əməliyyat həyata keçirir.
Koalisiya Səna hava limanına və bir sıra hərbi məntəqəyə hava zərbələri endirib.