şənbə günü, 28 noyabr 2026
     

Britaniya Baş Prokurorluğu ermənilərin soyqırıma məruz qoyulduğuna dair heç bir dəlil tapa bilməyib - MÜSAHİBƏ

Image


Türkiyə Böyük Millət Məclisinin keçmiş sədr müavini, jurnalist-yazar və tədqiqatçı Uluç Gürkanın APA-ya müsahibəsi

- İngilis arxiv sənədləri əsasında yazdığınız "Malta istintaqı” kitabınız əks-səda yaratdı. Kitabın əsas qayəsini Azərbaycan oxucularıyla bölüşməyiniz mümkündürmü?

- Birinci Dünya müharibəsinin başa çatmasını və Osmanlı İmperiyasının məğlubiyyətini təsdiqləyən Mondros sazişindən sonra aralarında Osmanlının baş naziri, nazirləri, digər yüksək vəzifəli şəxsləri olmaqla, 144 nəfər ingilislər tərəfindən həbs edilərək Malta adasına göndərilmişdi.

(APA-nın qeydi: həbs edilənlər arasında azərbaycanlı mütəfəkkir Əhməd Ağaoğlu da olub).

İngilislərin onlara qarşı irəli sürdüyü ən önəmli ittiham "erməniləri soyqırıma məruz qoymaq” idi. İstintaqı Britaniya Krallığının baş prokuroru aparırdı. İddianı isbatlamaq üçün prokurorluq həm öz mənbələrindən, həm də amerikan arxivlərindən sənədlər istəmişdi. Ancaq bütün cəhdlərə baxmayaraq, həbs edilib Maltaya göndərilmiş 144 yüksək vəzifəli şəxsin 1915-ci ildə ermənilərə "soyqırım” yapmalarına dair heç bir sənəd tapılmadı. Britaniya Xarici İşlər Nazirliyi 29 iyul 1921-ci ildə Baş Prokurorluğa göndərdiyi məktubda Malta adasında həbsdə saxlanılanları siyasi cəhətdən ittiham etməyi tələb etsə də, prokurorluq o tələbi də rədd edərək bütün dustaqları azadlığa buraxdı. Britaniya Krallığının Baş Prokurorluğu bu istintaqa başlayarkən türklərin 1915-ci ildə erməniləri soyqırıma məruz qoyduğuna dair sənədlər əldə edəcəyindən bəlkə də əmin idi. O vaxt 1915-ci ildəki köç qərarının üstündən cəmi 6 il keçməsinə baxmayaraq, Britaniya Krallığının Prokurorluğu Osmanlı İmperiyasının yüksək vəzifəli şəxslərinin əleyhinə heç bir dəlil tapa bilmədi. Üstündən 100 il keçəndən sonra Türkiyəni soyqırımda günahlandırmaq hansı məntiqə sığır? Türkiyənin bütün arxivləri açıqdır, istəyən hər kəs gəlib işləyə bilər. Bizə güvənməyənlər bu işdə marağı olan Qərb ölkələrinin arxivlərindən "soyqırım”a dair hər hansı sənədi tapıb ortaya qoysunlar. "Soyqırım” məfhumu dünyanın hüquq müntəxabatına BMT-nin 1948-ci il qərarıyla və faşistlərin yəhudilərə yapdığı soyqırımın təsdiqlənməsi üçün daxil edilib. Bir xalqa qarşı soyqırım yapıldığını isbat etmək üçün ya BMT-yə bağlı Beynəlxalq Ədalət Divanının hökmü olmalıdır (məsələn, Bosniyada serblərin boşnaklara yapdığı soyqırım kimi), ya da soyqırım olduğu iddia edilən hər hansı bir hadisəni təhqiq etmək üçün xüsusi məhkəmə qurulmalıdır. Britaniya Prokurorluğunun həbs edilib Maltaya göndərilmiş dövlət idarəçiləri ilə bağlı apardığı təhqiqat və çıxarılan nəticə Haaqa Məhkəməsinin hökmüylə bərabər səviyyədədir. Prokurorluq Osmanlı İmperiyasını idarə etmiş yüksək vəzifəli şəxslərin ermənilərə "soyqırım” yapdığına dair heç bir dəlil tapa bilmədiyinə görə, hamını sərbəst buraxaraq işə xitam verib. Britaniya Krallığı Baş Prokurorluğunun istintaqı, bizim üçün Nürnberq məhkəmə prosesiylə eynidir. Heç bir dəlil tapmayan Baş Prokurorluq ermənilərə soyqırım yapmaqla suçladığı yüksək vəzifəli şəxsləri azad edib. Bizə atılan böhtanlara qarşı bundan tutarlı dəlil ola bilməz.

- Son 10 ildə "soyqırım” ittihamlarına qarşı arxivlərini tamamilə açan Türkiyənin həm obyektiv tarix, həm də hüquq sahəsindəki mübarizəsi ölkəyə qarşı irəli sürülən ittihamları zəiflətdimi?

- Bəli, zəiflətdi. Arxivlərimizi açmaqla paralel olaraq, hüquq sahəsində aparılan mübarizənin bir çoxunda qələbə çaldıq ki, bunlardan ən önəmlisi Avropa İnsan Haqları Məhkəməsindəki Perinçək - İsveçrə çəkişməsindən Perinçəkin qalib çıxması oldu. Digər tərəfdən, Fransa Konstitusiya Şurasının ölkədə "soyqırım olmamışdır”- deməyi qadağan edən parlament qərarını ləğv etməsi, ardınca İspaniya parlamentinin eyni addımı atması bizə qarşı nəzərdə tutulan təzyiqləri xeyli zəiflətdi. Mübarizənin son 10 illik mərhələsi göstərdi ki, biz prosesləri obyektiv tarix və hüquq sahəsinə yönəltdikcə, qarşı tərəfin irəli sürdüyü əsassız ittihamlar təməldən sarsılır. Mübarizəyə bu şəkildə davam edəcəyik.

- Azərbaycan və Türkiyə prezidentləri yanvarın 15-də Ankarada elan etdilər ki, Çanaqqala zəfərinin 100-cü ildönümünü 24 apreldə Çanaqqalada birgə qeyd edəcəklər. Bununla da XX əsrin ən böyük hadisəsinin "soyqırım” yox, Çanaqqala zəfəri olduğu dünyaya nümayiş etdiriləcək. Bu qərarı siz necə qiymətləndirirsiniz?

- Müsbət qiymətləndirirəm. Əgər 24 apreldə dünya liderləri Çanaqqalaya yox, İrəvana getsələr, Türkiyəyə qarşı qərəzli hərəkət etmiş olacaqlar. Əslində soyqırım iddiaları "soyuq müharibə”nin bitməsindən sonra gücləndi. Təsəvvür edin ki, hələ 1915-ci ildə - ermənilərin başqa yerlərə köçürülməsinə dair qərar qəbul edilmədən Fransa, Britaniya və Rusiya "soyqırım”ı tanımışdılar. ABŞ isə 1916-cı ildə tanıyıb. Bunların hamısı Osmanlı İmperiyasına qarşı təbliğat məqsədi daşıyan qərarlar idi. O vaxtdan 1993-cü ildə qədər sadəcə 5 ölkənin parlamenti "soyqırım”ı tanıyan qərar qəbul edib. 1993-cü ildən bəri isə "soyqırım”ı tanıyan 43 qərar qəbul edilib. Bu, dünyadakı parlamentlərinin sayının 1/9-i deməkdir. Bizə qarşı bu ittihamlar Samuel Hantinqtonun 1993-cü ildə ortaya atdığı "Mədəniyyətlər çatışması” nəzəriyyəsindən sonra gücləndi. Guya XX əsrdə baş vermiş ən böyük etnik çatışma və faciədən biri türklərlə ermənilər arasında yaşanıb. Təəssüf ki, xristian ölkələrin parlamentləri bu anlamsız nəzəriyyəyə uyaraq bizə qarşı "soyqırım” qərarları qəbul etdilər. Ancaq bizim obyektiv tarix və hüquq sahəsində apardığmız mübarizə haqsız ittihamların xeyli səngiməsinə səbəb oldu. Bundan sonra da eyni çizgidə davam edəcəyik.

- ABŞ Konqresinin 44 üzvü "soyqırım” qanun təklifini yenidən Konqresin gündəminə gətirdi. Builki 24 aprel mesajında "soyqırım” deməsi üçün prezident Obamaya təzyiqlər var. Sizcə, ABŞ prezidenti bunu edəcəkmi? Edərsə, Türkiyəyə nə zərəri olar?

- Məncə, prezident Obama bu il də "soyqırım” kəlməsini tələffüz etməyəcək, onun yerinə son illərdə olduğu kimi, ermənicə məlum söz birləşməsini deyəcək. ABŞ Konqresinin "soyqırım” qərarı qəbul etməsinin Türkiyəyə heç bir hüquqi təsiri olmayacaq, sadəcə, siyasi təzyiqlər güclənə bilər. Biz obyektiv tarix və hüquq sahəsindəki mübarizəmizi təmkinlə davam etdirdikcə, parlamentlərin qəbul etdiyi siyasi qərarların da əhəmiyyəti qalmayacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ