APA-nın məlumatına görə, bunu "Armenpress”ə müsahibəsində Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye deyib.
O bildirib ki, nizamlanma prosesinə şəxsən Fransa prezidenti Fransua Olland cəlb olunub.
"Əminik ki, razılaşdırılmış qərarlar və qlobal saziş kontekstində 3 əsas Madrid prinsipinə əməl olunmalıdır. Status-kvo qəbuledilməzdir”, - deyə səfir vurğulayıb.