şənbə günü, 28 noyabr 2026
     

Gürcüstan yenidən meydanlara axışır

Image


Rusiyapərəstlər və qərbpərəstlər üz-üzə gəlir

Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında əsas tranzit məkan olan Gürcüstanda baş verən proseslər bu ölkədə siyasi gərginliyin yenidən artmaqda olduğunu göstərir. Belə vəziyyətdə Gürcüstanda siyasi durumun xaotik həddə qədər gedib çıxa biləcəyini proqnozlaşdıranlar, Qərb - Rusiya qarşıdurmasının burada ciddi böhrana gətirib çıxaracağını söyləyənlər də var.
Hələlik isə müşahidə olunan hal odur ki, Gürcüstanı yenidən etiraz aksiyaları bürüyür.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə martın 21-də Tiflisdə hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyası burada yeni mitinqlər üçün tətikləyici rol oynayıb. Xatırladaq ki, həmin aksiyada Vahid Milli Hərəkatın liderlərindən olan Georgi Vaşadze müxalifət tərəfdarlarını hökumətə simvolik olaraq «qırmızı kart» göstərməyə çağırıb. Azadlıq meydanında yekunlaşan mitinqin sonunda sabiq prezident izdihama müraciət edib. Saakaşvili Gürcüstan hökumətinin gürcü xalqının gözündən düşdüyünü, öz yalanlarında boğulub batdığını dilə gətirib: «İndi rusiyalı oliqarx və onun yaltaqları başda olmaqla, onları hakimiyyətdən kənarlaşdırmalıyıq. Bu hərəkatı dayandırmaq olar, ancaq bunun davamı Gürcüstan üçün faciəvi sonluqla nəticələnəcək».
Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə həmin mitinqi pisləyərək, onun dekstruktiv qüvvələr tərəfindən ölkənin inkişafını əngələmək üçün hazırlanmış bir plan olduğunu bildirib. Bunun ardınca müxaliflər daha bir aksiya təşkil ediblər. Aksiya Saakaşvilinin tərəfdarları olan «Azad Zona» təşkilatının üzvləri tərəfindən təşkil edilib. İştirakçılar hökumətin istefasını tələb edən şüarlarla çıxış ediblər. Aksiya iştirakçıları «Bidzina get!», «Hakimiyyət istefaya!», «Larinin kupona çevrilməsini dayandırın!» şüarları səsləndirib və plakatlar qaldırıblar. Gürcü ekspert Gela Vasadze baş verənlərlə bağlı qeyd edir ki, Ukrayna hadisələrinin Qafqaza, eləcə də Gürcüstana böyük təsiri olub: «Baş verən hökumət böhranında rusiyapərəstlər və qərbpərəstlər üz-üzə dayanıb. Böhranın hansı tərəfin təşəbbüsü olduğunu demək çətin olsa da, onların hər biri öz maraqlarından çıxış edir. Hazırda «Gürcü arzusu» zəifləyir. Güman ki, parlamentdə əksəriyyət onların əlindən çıxacaq və bu, erkən parlament seçkilərinə, eləcə də digər proseslərə gətirib çıxara bilər. Hökumət bu şəkildə davranmaqda davam etsə, bu, siyasi gələcəyin itirilməsi deməkdir».
Gürcüstanlı deputat Eldar Kurtanidze isə qeyd edir ki, Saakaşvilinin Gürcüstanda hakimiyyətə qayıtmaq şansı yoxdur. Onun sözlərinə görə, Saakaşvili Gürcüstana dönən kimi öldürüləcək: «Saakaşvilinin ölümünü onun hakimiyyətindən əziyyət çəkən insanlar təşkil edəcək. Saakaşvili məhkəmə qarşısına çıxarılmasa, bu, Gürcüstan üçün pis nəticələrə gətirib çıxaracaq».
Ölkənin keçmiş baş naziri Bidzina İvanişvili də bu günlərdə baş verənlərlə bağlı çox maraqlı fikirlər səsləndirib: «Əhali bizim real imkanlarımızı yanlış qiymətləndirərsə və hökumətdən daha çoxunu tələb edərsə, o halda biz yeni bədbəxtliklərlə üzləşə bilərik».
Sabiq baş nazir qeyd edib ki, müstəqillik qazandığı 22 il ərzində Gürcüstanda bütün bədbəxtliklər sınaqdan keçirilib: «Ölkəni dağıdan vətəndaş müharibəsi, kütləvi korrupsiya və digər bədbəxtliklər Gürcüstan üzərində sınandı. Ölkəyə ən böyük bədbəxtliyi 9 il hakimiyyətdə olan Vahid Milli Hərəkat Partiyası gətirdi».
Lakin qeyd edək ki, Gürcüstanda hakimiyyətdə olan «Gürcü Arzusu» koalisiyasının reytinqi 18 faiz azalıb. Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, «Gürcü Arzusu»nun reytinqi 54%-dən 36%-ə düşüb. Lakin hakim koalisiya hələ birinciliyini qoruyub saxlayır. Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının reytinqi dəyişməz qalıb və 15 faiz olub. Sabiq müdafiə naziri, «Gürcü Arzusu»ndan ayrılan İrakli Alasaniyanın liderlik etdiyi «Bizim Gürcüstan - Azad Demokratlar» Partiyası 10%-lə üçüncü pilləyə yüksəlib. Ekspertlər isə qeyd edir ki, Gürcüstanda hadisələrin inkişaf axarı Qərb və Rusiyanın buradakı fəaliyyətindən də xeyli asılı olacaq. İstisna deyil ki, Qərb burada mövqelərini möhkəmləndirsə, Rusiya Ukraynada olduğu kimi hərəkət edəcək. ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski də bunu istisna etmir: «Rusiya prezidenti Vladimir Putin aqressiv siyasətini, çətin ki, Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri Baltik ölkələri, Moldova, Gürcüstan ola bilər. Risq var ki, əslində Rusiyanın təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Putinin ardıcıl olaraq seçdiyi yolun analizi bunu təsdiq edir». Politoloqun sözlərinə görə, hadisələrin sonrakı inkişafı Ukraynadakı münaqişənin necə keçməsindən asılı olacaq: «Ukraynadakı müharibə Rusiyanın asan hərbi qələbəsi olacaqsa, o zaman Baltik ölkələrində də nəsə baş verəcəyini diqqətə almaq lazımdır. Növbəti qaynar nöqtələr Moldovada yarana bilər». ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşavirinin fikrincə, bu ölkələrdən sonra növbə Polşaya çata bilər. Bjezinski deyib ki, Rusiya hazırda ekspansiv siyasət yürüdür və hər bir ssenari realdır.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ