şənbə günü, 28 noyabr 2026
     

Azərbaycanlıların dəhşətli 31 mart soyqırımının ağrılı yüz illiyinə üç il qaldı

Image


97 il əvvəl erməni daşnakları tərəfindən törədilən 31 mart qətliamı yalnız Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda və Borçalıda da baş verib...

Mart ayı Azərbaycan insanına yalnız bir rəngdə-bayram əhvalında görünmür. Yazın ilk ayında çöllərdə lalələr qızarır, bənövşələr günəşə boylanır, amma hüznlü, kədərli, nisgilli. Lalələr də qan ağlayır martın sonunda, bənövşələr də yas tutur... 31 mart nahaq qanın töküldüyü gündür tariximizdə. Həmin gün yer də, göy də qana boyanmışdı. Paytaxt Bakı daxil olmaqla Azərbaycanın az qala hər yerində günahsız insanlar qanına qəltan edilir, ev-eşiklərindən didərgin salınırdı.
Daşnakların törətdiyi kütləvi qırğınlar, azərbaycanlıların qətlə yetirilməsi hadisəsi tarixin yaddaşından çıxmayıb. Sanki 1918-ci ilin martında Tanrı da xalqımızı unutmuşdu. Çünki həmin tarixdə daşnaklar, sözün əsl mənasında, Azərbaycan türklərinə divan tutub, evlərini yandırıb, var-yoxlarını talan edib, heç kəsə, hətta uşaqlara, qocalara və qadınlara da rəhm etməyib.
97 il əvvəl baş verən bu amansız hadisə qan yaddaşımızda əbədi olaraq qalıb. Çoxlarımız uşaqlıqda nənə və babalarımızdan, ətrafdakı yaşlı insanlardan eşitmişik ki, ermənilər-daşnaklar tarixdə bir neçə dəfə azərbaycanlıları qırıb, müxtəlif bölgələrdə qırğınlar, qətliamlar törədib. Son 20-30 ilə qədər yaşayan qocalar erməni vəhşətini həyəcan və qorxu ilə nəql edirdilər. Əslində, bu nağıl deyildi, baş vermiş hadisə, yaşanan acı olay idi. Babalar bunu nağıla çevirib danışırdı. Çünki bilirdilər ki, nağıl daha yaxşı yadda qalır. 1918-ci il 31 mart soyqırımı haqda yeni faktlara görə, ermənilər, daşnaklar azərbaycanlılara qarşı soyqırım aktını, qırğını yalnız Şimali Azərbaycan ərazisində həyata keçirməyib, Borçalıda, Cənubi Azərbaycanda da bu çirkin əməli törədiblər. Borçalı qocaları danışırdı ki, daşnak təmsilçiləri Borçalını da hədəfə alıb və burada da hələ üstü açılmamış cinayətlər törədiblər. Hesab edirik ki, nə zamansa təəssübkeş tarixçilərimiz bu məsələni də araşdırıb ortalığa dəlillər çıxaracaq. Ona da şübhə etmirik ki, belə bir əsər yazılıb, sadəcə onu üzə çıxarmayıblar.
Azərbaycan xalqının tarixində, qan yaddaşında qanlı-qadalı bir dövr kimi xatırlanan, bu barədə böyük əsərlər yazılan, araşdırmalar çap olunan 31 mart 1918-ci il hadisələri hər zaman xatırlanır. Arxivlərin açılması nəticəsində ortaya bir sıra sənədlər, faktlar çıxdı, bu faktların izləri ilə alimlərimiz daha böyük həqiqətləri üzə çıxardı.
Onu da bildirək ki, mart soyqırımı və ya mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixdə yaşayır. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Rəsmi məlumatlara görə, 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirib. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin edib.
Tarixi mənbələr yazır ki, 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlib. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib və onun dəfn mərasimi 27 mart gününə təyin edilib.
General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollayıb:
«Hörmətli yoldaş Şaumyan!
Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hazırda diplomatiya öyrənmək vacibdir.
Bütün dostlara xoş arzular və salamlar.
V. Ulyanov (Lenin)».
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-nə qədər Bakıda davam edib və tarixdə «1918-ci ilin mart günləri» kimi qalıb.
Mahiyyətcə milli soyqırım olan «Mart döyüşləri» Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan Müsavatın milli dövlətçilik siyasəti ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, «Müstəqil Azərbaycan» ideyasını irəli sürməyə məcbur etdi.
Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakı ilə əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Tarixçilərin məlumatına görə, o günlərdə ermənilərin törətdiyi vəhşiliklər haqqında Nəriman Nərimanov yazırdı: «Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər».
Araşdırmaçı, yazıçı Aygün Həsənoğlu mart soyqırımı haqqında yerli mediaya çox maraqlı faktlar açıqlayıb. 1918-ci ildə erməni silahlılarının 2 milyondan artıq azərbaycanlını qətlə yetirdiyini deyən araşdırmaçının sözlərinə görə, Ermənistan tarixini yazan Hovanesyan etiraf edir ki, 1915-ci ildən sonra 90 min silahlı erməni Qafqaza (Azərbaycana) keçib: «O zaman İstanbuldakı Amerika səfiri Morgen Tay ölkəsinə yazdığı arayışlarda Qafqazda yerləşdirilmiş ermənilərin sayı barədə 3 fərqli rəqəm açıqlayır: 200 min, 400 min, 750 min! Təkcə bu iki şəxsin söylədikləri rəqəmlər iki faktı açıqlayır. Birincisi, Türkiyədə ermənilərə qarşı heç bir soyqırım olmayıb. Sürgün edilən ermənilərin bir qismi ingilislər tərəfindən daşınıb, bir qismi isə Qafqaza (Azərbaycana, indiki Ermənistan ərazisinə və Gürcüstanın indi ermənilər yaşayan ərazilərinə) gətirilib. İkincisi, bu rəqəmlər azərbaycanlılara qarşı soyqırımı törədən silahlı ermənilərin sayına da aydınlıq gətirir. Orta hesabla soyqırımı törədən erməni ordusu ən azı 200 mindən artıq olub. Bir faktı da xatırlatmaq istəyirəm ki, türklərin cəlladı Andranikin 90 minlik ordusunu laçınlı Sultan bəyin dəstəsi mühasirəyə alaraq məhv edib. Andranik isə mühasirədən çətinliklə xilas olub. Soyqırımı törədən ermənilərin böyük bir qismini Azərbaycan-türk ordusu savaşda məhv edib. 1923-cü ildə Amerikada nəşr edilmiş Ramsden Hartvillin «İnsanlar belə imişlər-1918-22-ci il Azərbaycan hadisələri bir erməninin xatirələrində» kitabında erməni Ohanes Apresyanın memuarları verilib. Apresyan deyir: «1918-ci ildə ermənilər ingilislərin köməyi ilə Bakını aldılar və şəhərin türk əhalisinin 25 min nəfərini qırdılar»...1918-ci il qırğınları təkcə Şimali Azərbaycanı deyil, həm də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrini, Tiflisdəki Azərbaycan məhəllələrini, indiki Ermənistan ərazisini, ən dəhşətlisi isə Güney Azərbaycanı da əhatə edirdi. Təkcə Urmiya və Səlmasda öldürülən azərbaycanlıların sayı 150 minə qədər idi. Xoy və Təbriz çevrəsində 200 mindən artıq insanın qətlə yetirildiyini o dövrün İran qəzetləri də yazıb. İraqın Kərkük bölgəsində yaşayan bizim «kərkük türkmənləri» kimi tanıdığımız, əslində böyük qismi Güney Azərbaycandan oraya köçmüş soydaşlarımız da erməni zülmünün qurbanı olublar. Kərküklü qardaşımız Şəmsəddin Kuzəçi mənə o dönəmdə ermənilərin Kərkükdə də dəhşətli qətliamlar törətdiyini dedi. Hələ Qars, Ərzurum və İğdırdakı əhalinin önəmli qismini Azərbaycan türkləri təşkil etdiyini nəzərə alsaq, qurbanların sayı 2 milyonu aşır. Bu rəqəmi ilk dəfə mən açıqlamışam və arxasında da dayanıram ki, 1918-ci ildə 2 milyondan artıq azərbaycanlını erməni silahlıları qətlə yetirib».
Aygün Həsənoğlu «Bakı-Xəbər»ə bildirdi ki, 31 mart soyqırımı ilə bağlı bütün faktlar hələ açılmayıb. Araşdırmaçının sözlərinə görə, soyqırım aktı zamanı qətlə yetirilən insanların sayı tam açıqlanmayıb. O bildirdi ki, bu qətliamın qurbanı olanların dəqiq sayı ilə bağlı ingilis və erməni mənbələrində kifayət qədər faktlar var, sadəcə onlar araşdırılmalıdır.
Millət vəkili Musa Quliyev də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışarkən bildirib ki, bu soyqırım haqqında uzun illərdir danışılsa da, yazılsa da, onun azərbaycanlıların soyqırım günü elan edilməsi Heydər Əliyevin adı ilə bağlıdır: «Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də müstəqillik istənilən xalq, o cümlədən, Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri xatırlamaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Dediyim kimi, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan, əlbəttə ki, imzalanan fərmanın böyük əhəmiyyəti var. Bilirsiniz, dünyada elə qüvvələr var ki, dünyada güclü türk-müsəlman dövlətinin olmasını istəmirlər. Azərbaycan bu regionun istər coğrafi baxımdan ən böyük ərazisi olan, istər təbii sərvətlərinə görə, istərsə də, əhalisinin sayı baxımından ən böyük dövlətidir. Ona görə də Azərbaycanın qüdrətli dövlət, söz sahibi olması bir sıra qüvvələrin marağında deyil. Amma Azərbaycan öz yolu ilə inamla gedir. Əminəm ki, gec-tez Qarabağı, bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik, tarixi torpaqlarımıza sahib olacağıq. Bütün bunlardan ötrü güclü olmalıyıq. Millətimizin və dövlətimizin potensialı bu hədəflərə çatmağa imkan verir».
3 ildən sonra 31 mart-azərbaycanlıların soyqırım hadisəsinin 100 illiyi olacaq. 97 il bundan əvvəl daşnakların törətdiyi bu qətliam Azərbaycan xalqının qan yaddaşında əbədi olaraq qalacaq. Ermənilərin daşnak xisləti, terrora meylliliyi, başqa ölkələri qəsb etmək, torpaqlarını ələ keçirmək kimi məkrli planları sona yetən deyil. 1905-ci, 1918-ci illərdə həm Cənubi, həm Şimali Azərbaycanda, həm Borçalıda, həm Türkiyə ərazisində milyonlarla insanı qətlə yetirən, yurdlarını yağmalayan, onları didərgin salan daşnaklar, bu mənfur amala qulluq edənlər XX əsrin sonlarında Şimali Azərbaycanda daha böyük vəhşət yaşatdı bizə. Xocalı soyqırımı 31 mart soyqırımının davamı kimi daha dəhşətli oldu. Ermənilər bir əsrdə iki dəfə Azərbaycan türklərinə divan tutub. Tarix bu hadisələrə şahidlik edir. Ən böyük hökmdar isə tarixdir, uca Yaradandır...





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ