şənbə günü, 28 noyabr 2026
     

Moldova kökü Rusiyaya bağlı ikitərəfli separatizmin girdabında...

Image


Postsovet ölkələrini öz təsir dairəsində saxlamaq üçün Rusiyanın əlindəki separatçılıq kartlarından yararlandığı heç kimə sirr deyil. Ukrayna hadisələri isə açıq şəkildə göstərdi ki, Moskva, maraqları tələb etdiyi təqdirdə, yeni separatizm ocaqları da yaratmağa hazırdır. Daha bir təhlükəli məqam isə ondan ibarətdir ki, Rusiya separtçılıq kartını istədiyi vaxt işə salmaq və onlara hərbi dəstək vermək üçün də hər an hərəkətə keçə bilər.
Hər halda, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya timsalında bu məsələlər özünü qabarıq şəkildə büruzə verdi.
Belə bir vaxtda isə yayılan məlumatlardan aydın olur ki, postsovet məkanında daha bir separatçılıq ocağı yenidən alovlana bilər. Söhbət Dnestryanı münaqişədən gedir. Fransanın «Nations Presse» qəzeti bu fonda Ukrayna və Rumıniya dövlət başçılarının son görüşünə nəzər yetirir: «Bu yaxınlarda Ukrayna ordusunun Dnesteryanı sərhədinə toplaşması haqda informasiya yayılıb. Doğrudur, bu məlumatı yoxlamaq lazımdır. Belə bir addım Rusiyanın müdaxiləsi ilə nəticələnə bilər. ABŞ Ukrayna və Rumıniya vasitəsilə Dnestryanı konfliktinin donunu açmağı planlaşdırır. NATO qüvvələrinin keçmiş Varşava bloku ölkələrində yerləşdirilməsi ABŞ-ın istəklərinin ciddiliyindən xəbər verir». Rusiya Dnestryanı kartını əldən buraxmaq niyyətində olmadığını son dövrlərdə daha aydın şəkildə nümayiş etdirir. Məsələn, Rusiya bir neçə hərbi təlim keçirib. Bu ölkənin baş nazir müavini Dmitri Roqozin isə açıq şəkildə deyib ki, Moldovanın Avropa ilə daha sıx əməkdaşlığı Dnestryanı bölgənin itirilməsi və digər cavab tədbirləri ilə müşayiət olunacaq. Roqozin qeyd edib ki, Moldovanın Avropaya meyllənməsi iqtisadi deyil, siyasi xarakter daşıyır: «Bu təmiz siyasətdir, Moldovanın neytral statusunun dəyişdirilməsidir. Moldovanı artıq indi gizli şəkildə NATO-ya cəlb edirlər. Avropa Birliyi və NATO bizim üçün yad blokdur. Moldova ora getməyə hazırlaşırsa, biz reaksiya verməyə məcbur olacağıq. Söhbət Dnestryanı və ölkə iqtisadiyyatından gedir».
Dnestryanı bölgənin «qanunverici orqanı» isə ötən il olduqca təhlükəli addım ataraq, müstəqilliyinin tanınmasını istəyib. Qurum bu yöndə Rusiya prezidenti Vladimir Putinə, Dövlət Dumasına, həmçinin ATƏT və Birləşmiş Millətlər Təşkilatına müraciət edərək kömək istəyib. Xatırladaq ki, hələ ötən il martın 18-də separatçı qurumun Ali Şurasının sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət yollayaraq, təmsil etdiyi qurumun Rusiyaya birləşdirilməsini istəmişdi. Qeyd edək ki, Moldovanın Dnestryanı bölgəsində separatçılıq 1990-cı illərin əvvəlində baş qaldırıb. O vaxtdan «müstəqillik» elan etmiş Rusiyameylli separatçılar gələcəkdə Rusiya Federasiyasına birləşməyə ümid edirlər. Birləşmiş Millətlər Təşkilatına üzv heç bir dövlət tərəfindən tanınmayan Dnestryanıda təxmini iki min rus əsgərinin olduğu bildirilir. Halbuki, Rusiya 1999-cu ildə bölgədəki bütün hərbi birliklərini geri çəkmək öhdəliyi götürmüşdü.
Moldovanın mövcud hökuməti siyasi böhranın həllində çətinlik çəkir. Sözügedən böhran ölkənin Avropa Birliyinə yaxınlaşmasına da əhəmiyyətli ölçüdə təsir edir. Moldovalı politoloq Oazu Nantoy ölkəsi üçün çox ciddi təhlükələrin olduğunu deyir. Onun fikrincə, bunlardan biri Moldova parlamentindəki Rusiyanın «beşinci kolon»udur. Nantoy «beşinci kolon» deyərkən yalnız Rusiyaya bağlı olduğunu heç vaxt gizlətməyə ehtiyac görməyən Sosialist Partiyasını deyil, Rusiyameylli bütün millət vəkillərini nəzərdə tutduğunu bildirir. Ekspertlər bildirir ki, Moldova ordusu separtçılara yardım edən rus əsgərlərinin qarşısında duruş gətirməkdə acizdir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarına görə, Moldova ordusunda 5 min 300 əsgər var. Fövqəladə bir vəziyyətdə isə 700 min moldovalı səfərbərliyə alına bilər. Ölkədəki hərbi təchizat və silahlar böyük ölçüdə Sovetlər Birliyindən qalmadır. Ölkənin müdafiə büdcəsi 2014-ci ildə 20 milyon avroya yaxın olub. Hələlik isə görünən odur ki, Moldovanın Avropa ilə yaxınlaşmasına cavab olaraq Rusiya bu ölkəni cəzalandırmağa başlayıb. Separatçılıq kartından istfiadə ilə yanaşı, Rusiya Moldovadan bir sıra məhsulların idxalını da dayandırıb. Rusiya yalnız Dnestryanı bölgədən və Qaqauz muxtariyyətindən məhsul alır. Xatırladaq ki, SSRİ dağılan vaxt, digər muxtar subyektlər və müttəfiq respublikalar kimi, Qaqauziya da müstəqilliyini elan edib. O vaxt Moldova buna görə bölgəyə xüsusi təyinatlılarını göndərərək, Qaqauziyadakı müstəqillik hərəkatına rəhbərlik edənləri cəzalandırmaq istəmişdi. Ancaq qaqauzların yardımına gələn Rusiya hərbçiləri və Dnestryanı qurumdan olan könüllülər buna imkan vermədi. Elə bu iki separatçılıq kartı ilə də Rusiya Moldovanı əzməkdə davam edir.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ