şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
«Qiyamət Yəməndəki inqilabla başlayacaq»
Tarix: 31.03.2015 / 02:54
Bölmə: Siyasət
Yəməndə məzhəb qarşıdurması, ya qiyamətin başlanğıcı...
Monarxiyaların demokratiya axtarışı
Yəməndə sözün əsl mənasında ara qarışıb, məzhəb itib. Son yüzilliklərdə İslam dünyası belə bir məzhəb qarşıdurması yaşamamışdı. İranın dəstəklədiyi şiə təriqətli Husi üsyançılarının bir çox şəhərlərə nəzarəti ələ keçirməsindən ciddi narahat olan Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri qanuni hakimiyyəti qorumaq adı altında yəmənə qarşı əməliyyatlara başladı.
Kiçik bir qruplaşmaya qarşı 10-a qədər dövlətin birləşməsi və üstəlik Amerika Birləşmiş Ştatları və Türkiyənin də siyasi və kəşfiyyat dəstəyi verməsi Yəmən məsələsinin bu dövlətlər üçün nə qədər önəmli olduğunu göstərdi.
Ərəb Ölkələri Liqası yarandığı 70 ildə ilk dəfədir ki, ümumi bir düşmənə qarşı vahid ordu yaradıb. Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də aralarında olduğu missiyanın başında, heç şübhəsiz Səudiyyə Ərəbistanı dayanır. Bu ölkənin əməliyyatda 100-ə qədər qırıcı ilə iştirak etməsi, Yəmənlə sərhədə 150 minlik qoşun toplaması səudların onlar üçün müqəddəs bir döyüşə hazırlaşdığını göstərir. Yəmən prezidenti Əbd Rabbu Mənsur Hadiyə siyasi sığınacağı da krallıq verdi. Səudiyyə Ərəbistanının husilərə nifrət bəsləməsinin səbəbləri barədə bir az sonra. Hələlik, Yəməndə daxili-siyasi qarşıdurmanın xronologiyası barədə...
11 fevral 2011-ci ildə hakimiyyət əleyhinə başlanan aksiyalar kəskin daxili-siyasi böhrana səbəb oldu və 1978-ci ildən prezident kürsüsündə olan Əli Abdullah Salehin vəzifəsindən uzaqlaşdırılması ilə nəticələndi. Əvəzində 21 fevral 2012-ci ildə Əbd Rəbbu Mənsur Hadi 2 illik keçid dövrü üçün prezident seçildi. Ötən il onun səlahiyyət müddəti daha 1 il uzadıldı və Yəməni gözləyən bədbəxt hadisələr də elə bundan sonra başladı. Hakimiyyətin benzinin qiymətini kəskin artırması narazı yəmənliləri daha da qəzəbləndirdi. Hökuməti korrupsiyada ittiham edən «Ənsar Allah» hərəkatının tərəfdarları, yəni husilər (onların sayı 100 mindən çoxdur) ölkənin şimal-qərbində bəzi əyalətləri və paytaxtın bir hissəsini ələ keçirdi. 21 sentyabr 2014-cü ildə husilər və prezident BMT-nin vasitəçiliyi ilə sülh anlaşması imzaladı. Lakin nə bu, nə də digər tərəf öhdəliyi yerinə yetirdi. Bu ilin yanvarında husilər prezident sarayını ələ keçirdi və Mənsur Hadini istefa verməyə məcbur etdi. Prezident cənuba qaçdı və Ədəni Yəmənin müvəqqəti paytaxtı elan etdi. Bundan sonra husilər Ədənə doğru hücuma keçdi və bu istiqamətdəki şəhərləri ard-arda tutdu. Taiz əhalisinin etirazı isə qanlı toqquşmalarla nəticələndi. Mənsur Hadi BMT Təhlükəsizlik Şurasına və Fars körfəzinin ərəb ölkələrinə müraciət edərək, onları qanuni hakimiyyəti qorumaq üçün hərbi müdaxilə etməyə çağırdı.
Əlbəttə, istənilən qanuni hakimiyyətin silah yolu ilə devrilməsi arzuolunan hal deyil. Hakimiyyətə yiyiələnmək üçün ən doğru və demokratik yol seçkilərdən keçir. Lakin qanuni hakimiyyətin qorunması adı altında Husilərə qarşı əməliyyatlara qoşulan ərəb dövlətlərinin idarəçilik forma və üsullarına baxsaq, onların demokratiya prinsiplərini və Yəmən xalqının azadlıq arzularını əsas gətirməsi gülüş doğurur. Bu dövlətlərin hər birində - Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər və BƏƏ-də monarxiya idarə üsuludur. Bu ölkələrdə hakimiyyət atadan oğula prinsipi ilə keçdiyindən, sadə vətəndaşlar ölkəyə rəhbərlik etmək barədə düşünə bilməz. Üstəlik, Körfəz ölkələrində edam cəzaları hələ qüvvədədir və ölüm hökmü verilmiş şəxslər geniş meydanlarda, insanların gözü qarşısında başından qılıncla vurularaq qətlə yetirilir. Demək, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ və digər dövlətlərin Husilərə qarşı həmrəyliyində başqa məqsədlər axtarmaq lazımdır.
Kartlar açılır
Yəmənə qarşı əməliyyata Səudiyyə Ərəbistanının böyük həvəs və məmnuniyyətlə rəhbərlik etməsinin əslində tarixi səbəbləri var. 1932-ci ildə Asir əmiri əl-İdrisi əmirliyin Səudiyyə Ərəbistanından ayrılaraq müstəqilliyini elan edəndə, ona məhz Yəmən dəstək vermişdi. Üsyan yatırılandan sonra əl-İdrisi Yəmənə qaçmışdı. Krallığın qurucusu Əbdül Əziz bin Səudun Ərəbistan bölgəsində işğal edə bilmədiyi yeganə ərazi də məhz Yəmən idi. Döyüşkən xalq olan yəmənlilər 1934-cü ildə baş vermiş müharibədə öz torpaqlarını səudlardan qorudu. O vaxtdan krallıq varislərində Yəmənə qarşı genetik bir qəzəb var. Ümumiyyətlə, Səudiyyə liderlərinin İslama baxışı və xarici siyasəti də dəyişməz qalır, hətta dost və düşmənləri də.
Elə öncədən məlum idi ki, şiə təriqətli Husi silahlılarının arxasında dayanan qüvvə İrandır. Tehran «Ənsar Allah» hərəkatına hərtərəfli dəstək verməklə Yəməndə şiə hakimiyyətinin qurulmasına çalışır. Əlbəttə, tam fərqli təriqətə sahib olan Səudiyyə Ərəbistanı İranın onun sərhədlərinə qədər yaxınlaşmasına göz yuma bilməzdi. Yəmən şiələrinə qarşı hərbi əməliyyatlara başçılıq etmək missiyasının ikinci əsas səbəbi də məhz budur. Lakin bu o Səudiyyə Ərəbistanıdır ki, İŞİD terror qruplaşması İraq və Suriyada şəhərləri ard-arda işğal edərək qanuni hakimiyyətlərə təhlükə yaradanda və husilərdən fərqli olaraq dinc insanlara, xüsusən də şiələrə qarşı ağlasığmaz vəhşiliklər tərədəndə Ər-Riyad İŞİD-ə qarşı hərbi əməliyyyat aparmağı ağlından keçirmədi. Əksinə, krallığın din alimləri bunu azadlıq uğrunda mübarizə kimi qiymətləndirdi və Səudiyyə Ərəbistanının adı İŞİD-ə dəstək verən ölkələr arasında ilk olaraq hallanmağa başlandı. Bu o dövlətdir ki, Amerika Birləşmiş Ştatları onu İŞİD-ə qarşı koalisiyaya qatmaq üçün xeyli səy göstərdi. Ümumiyyətlə, Birləşmiş Ştatlar İslama baxış və dini etiqadları eyni olan Küveyt, Bəhreyn, Qətər və BƏƏ-ni də terrorçu qruplaşmaya qarşı mübarizəyə böyük çətinliklə cəlb etdi. Lakin terrorçulara qarşı mübarizədə İraq və Suriya silahlı qüvvələrinə İranın da dəstək verməsi region dövlətlərini qıcıqlandırmaya bilməzdi. Ardınca Yəmənin də İranın təsiri altına keçməsi və beləcə şiə nüfuzunun artması bu dövlətlər üçün ciddi bir təhlükə idi.
Maraqlıdır ki, bunu birbaşa etiraf edənlər arasında müttəfiqlərə siyasi və kəşfiyyat dəstəyi verən Türkiyə də var. Bir sıra məsələlərdə İranla strateji müttəfiq olan Ankara məzhəb məsələsində Tehrana güzəştə getmədi. Prezident Rəcəb Tayyib Ərdoğan Fars körfəzinin ərəb dövlətlərinin yanında yer aldığını məhz məzhəb eyniliyi ilə bağlı olduğunu birbaşa etiraf etdi. Sitat: «İran İraq və Suriyada İŞİD-dən boşaltdığı ərazilərdə şiələri yerləşdirir. İran regionda hegemon olmaq arzusundadır. Onlar bu əməlləri ilə bizi də, Səudiyyə Ərəbistanını da narahat edir. Biz buna imkan verə bilmərik. İran Yəməndəki qüvvələrini və hər nəyi varsa, çəkib çıxmalıdır».
Husilərə qarşı mübarizədə Misirin də mövqeyi təəccüb doğurur. Halbuki, müttəfiqlərə hərbi dəstək verməyə hazır olduğunu bəyan edən Misirin Yəmənlə heç bir problemi yox idi. Görəsən, prezident Əbdül Fəttah əs-Sisi Yəmənin qanuni hakimiyyətini qoruduğunu əsaslandıranda, özünün demokratik yolla prezident seçilmiş Məhəmməd Mürsini necə devirdiyini xatırlayıb? Hələ hərbi çevrilişə etiraz edən yüzlərlə insanın öldürülməsi, minlərlə misirlinin həbsə atılmasını demirik.
Kiçik dövlətin böyük fəsadları
Yəmən əhalisi 24 milyon olan kiçik bir dövlət olsa da, ona qarşı əməliyyatlar regionda böyük fəsadlar törədəcək. İran və düşmənlərinin nüfuz uğrunda mübarizəsi bölgəni açıq-aşkar sünni-şiə savaşına sürükləmiş oldu. Şübhəsiz, İran bu mübarizədə təkdir və rəqiblərinə qarşı açıq mübarizə aparmaq gücündə deyil. Bu üzdən çətin ki, Tehran ərəb ölkələri ilə hərbi qarşıdurmaya getsin. Əks halda, İranın bir dövlət kimi mövcudluğu böyük sual altına düşər. Əsrlərdir Fars dövlətini həzm edə bilməyən ərəb şeyxlərinin əlinə İranı məhv etmək üçün bundan yaxşı fürsət düşə bilməz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da İranı Körfəz ölkələri ilə kəllə-kəlləyə gəlməməyə çağırır. Türk diplomatın bu sözlərində həqiqət olduğu kimi kinayə də var. İran, ən yaxşı halda, Husiləri hərtərəfli silahlandıra bilər ki, bunu da indi edir.
Husilərə qarşı əməliyyatların əleyhinə çıxan, dolayısı ilə İranın tərəfində yer alan başqa bir dövlət Rusiyadır. Yəmənə qarşı əməliyyatların dərhal dayandırılmasını tələb edən Moskva problemin dialoq yolu ilə həllini təklif edir. Prezident Vladimir Putinin Yəmən məsələsini İsrailin baş naziri Benyamin Netanyahu ilə müzakirə etməsi ilk baxışdan qəribə görünə bilər. Çünki İsrail İranın düşmənidir və güman edilə bilər ki, Təl-Əviv Yəmən münaqişəsində Səudların yanında yer alacaq. Amma tarixi-coğrafi amilləri nəzərə alsaq görərik ki, əslində İranın məhvi İsrailin maraqlarına daxil deyil. Çünki bölgədə ərəblərin ikinci düşməni İsraildir ki, İrandan sonra bütün qüvvələr bu dövlətin məhvinə yönələ bilər. Eyni aqibət İran üçün də keçərlidir. İsrailin bir dövlət kimi varlığı lazımdır ki, ərəblərin yəhudi dövləti ilə başı qarışsın və bütün gücünü Fars dövlətinin məhvinə yönəltməsin. Əslində İran İsrailə, İsrail də İrana lazımdır. Bu üzdən Yəmən məsələsində Təl-Əvivin Səudlara dəstək verəcəyi inandırıcı deyil.
Səudiyyə Ərəbistanına siyasi və kəşfiyyat dəstəyi verən ABŞ-a gəlincə, Vaşinqtonun eyni tipli münaqişlərə fərqli yanaşdığı çoxdan məlumdur. Birləşmiş Ştatlar üçün xalqın narazı qaldığı ərəb dövlət başçıları - Zeyn əl-Abidin ben Əli, Hüsnü Mübarək, Müəmmər Qəddafi, Əli Abdullah Saleh, Bəşər Əsəd və hətta ərəblərə heç bir aidiyyəti olmayan Viktor Yanukoviç legitimliyini itirmiş prezidentlərdirsə, Mənsur Hadi qanuni prezidentdir. Əlbəttə, Ağ Evin razılığı olmasaydı, onun Körfəzdəki müttəfiqləri İrana qarşı savaş açmazdı. ABŞ, İslamın parçalanması üçün real vəziyyət yaranmışkən, niyə də sünni-şiə qarşıdurmasına əngəl olsunğ Necə də olsa, hər iki tərəfdə qırılan müsəlmanlar olacaq.
Qiyamətin başlanğıcı...
Yəmən hadisələri Qiyamətin ilk əlamətləri kimi də qiymətləndirilir. Bəzi hədislərdə göstərilir ki, Qiyamət Yəməndəki inqilabla başlanacaq, Ədən alova bürünəcək və İmam Mehdi zühur edəcək. Onun ordusuna sadiq qalanlar arasında yəmənlilər çoxluq təşkil edəcək. Bu inqilab hədislərdə «hidayət bayrağı» və «həzrəti Mehdinin inqilabına şərait yaradanlar və həzrətin köməkçiləri» kimi vəsf edilib. Hədislərdə rəvayət edilən hadisələrin məhz sonuncu müharibə olduğunu demək çətindir. Lakin sırf məzhəb savaşı məhz indiyə təsadüf edir. Ədən indi alovun məngənəsindədir. Gəl ki, Səud sülaləsi onların təriqətinə zidd olan bu kimi hədislərin doğru olmadığını sübut etmək üçün Yəmənlə döyüşə bilərəkdən atılır. Onlar haqq yolda özlərinin olduqlarını düşünürlər və Yəmən savaşını müqəddəs hesab edirlər. Səud sülaləsinin tapındığı təriqətin də istinad etdiyi Səhih-Buxari, Fitən kitabı, fəsil-16, hədis-7094-də İbn Ömərdən belə rəvayət olunur: Bir gün böyük İslam Peyğəmbəri Həzrət Mühəmməd(s) belə bir dua etdi: «Ey Allah! Şamı və Yəməni bizim üçün (İslam üçün) bərəkətli et!» Bunu üç dəfə təkrar etdi. Ətrafında olanlardan bəziləri dedilər: «Ya Rəsuləllah! Nəcdi də dua et». Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi («Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!»). Yenə də dedilər: «Ya Rəsuləllah! Nəcdi də dua et». Peyğəmbər(s) yenə də üç dəfə həmin duanı təkrar etdi («Ey Allah! Şamı və Yəməni bizim üçün bərəkətli et!»). Dedilər: «Ya Rəsuləllah! Nəcdi niyə dua etmədinğ» O Həzrət(s) cavab verdi: «Nəcd zəlzələlər, fitnələr və şeytanın çıxacağı yerdir».
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ