İran Məclisi Araşdırma Komissiyasının başçısı Məhəmməd Mehdi Zahidi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında İrana edəcəyi səfərin təxirə salınmasını tələb edir. Mövzu ilə əlaqədar başqa bir tələbə görə, isə əgər Ərdoğan ziyarəti ləğv etməzsə mövzu İran Məclisinə daşınacaq.
Baki-xeber.com xəbər verir ki, Məhəmməd Mehdi Zahidi Ərdoğanın "İran bölgədə dominantlıq etmək istəyir. Yəmən, Suriya və İraqda nə qədər gücü varsa geri çəkməlidir " sözlərinə cavab olaraq, "Ərdoğan əvvəlcə İran mövzusundakı mövqeyindən geri addım atmalıdır, daha sonra Tehrana gəlməlidir" - deyə bildirib.
Zahidi daha sonra bildirib ki, Ərdoğanın sözləri dostca olamamaqla yanaşı bölgədəki gərginliyi də artıracaq. Bu səbəbdən səfərin təxirə salınması daha uyğun olar.
İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kövsəri də İran Xarici İşlər Nazirliyinə müraciət edərək Ərdoğanın İran səfərinin ləğv edilməsini tələb edib.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinə danışan Kövsəri Xarici İşlər Nazirliyi buna laqeyd qalacağı halda mövzunu Məclisin gündəminə daşıyacaqlarını qeyd edib.
Bundan başqa, Ərdoğanın İranın bölgədəki siyasətini tənqid etməsinin ardından Türkiyənin Tehrandakı nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi nota təqdim edilib.