Gözlənilir ki, altı dünya gücünün nazirləri ilə İranın XİN başçısı arasında ilk geniş sessiya keçiriləcək.
Nəzərdə tutulan sazişinin mahiyyəti odur ki, İran növbəti bir il ərzində bir nüvə silahı üçün kifayət edən nüvə yanacağını hasil edə bilməsin.
Əvəzində isə İrana sanksiyaların yüngülləşdirilməsi təklif olunur.
Tehran nüvə silahı əldə etmək barədə ittihamları rədd edir və yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.