"Müsavat Partiyası üzvlərinin ya Azərbaycan Demokratiya Rifah Hərəkatı, ya da Müsavat Partiyasında təmsil olunmaları ilə əlaqədar seçim etmələri bağlı çağırışlar Nizamnamə pozuntusudur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Məlahət Mürşüdlü deyib.
Qeyd edək ki, Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı və Məclis üzvü Mustafa Hacıbəyli ADR-də təmsil olunan partiya üzvlərinin partiya və ADR arasında seçim etməli olduqlarını bildirib.