Bazar günü günü, 29 noyabr 2026
     

“Aİ Ermənistanın regional təhlükəsizlik konsepsiyası ilə tanış olduqdan sonra əməkdaşlığı davam etdirməlidir”

Image


"Avronest”in Yerevanda keçirilən iclası Avropa İttifaqının (Aİ) Ermənistana münasibətini ölçmək üçün kifayət qədər əsas yaratdı. "Avronest”in bu iclası Aİ-nin Riqa sammitinin bir addımlığında keçirilirdi”. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, Aİ-nin Vilnüs sammitində assosiativ müqaviləni imzalaya bilməyən Ermənistan indi Riqa sammitində müəyyən sənəd imzalamağa çalışır:

"Əsas məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətinə yeni resurs yaratmaqdır. Çünki Ermənistan həm Qərb, həm də Rusiya ilə eyni vaxtda əməkdaşlıq edəndə virtual Ermənistanın rəhbərliyinin manevr imkanları genişlənir. Azərbaycanı həm Rusiyanın, həm də Qərbin adından hədələyə bilirlər. Ermənilərin fikrincə, Aİ və Rusiya heç vaxt bir masa arxasında Dağlıq Qarabağ məsələsini müzakirə etməyəcəklər”.

M.Əhmədoğlu qeyd edib ki, "Avronest”in Ermənistan iclasında əsas gündəlikdə olan məsələ Ermənistanın AİB üzvlüyünə verilən reaksiya idi. Onun sözlərinə görə, bu mövzuda irəliləyiş var:

"Nəhayət, ermənilər başa düşdülər ki, AİB-in üzvü ola-ola Aİ ilə assosiativ əməkdaşlıq müqaviləsi imzalamaq qeyri-mümkündür. Aİ-nin nizamnaməsi buna imkan vermir. Ermənistan cəmiyyətində belə fikirləri yaymaq ən təhlükəli işlərdən biridir. Amma avroparlamentarilər bu fikirləri Ermənistan deputatlarına çatdıra bildilər və bəzi erməni deputatları bu fikirləri təkrarladılar. Avroparlamentarilərin Rusiya ilə münasibətlərə görə Ermənistanı tənqid etməsi aysberqin üzdə olan hissəsidir. S.Sərkisyan Rusiyanı avropalıların qarşısında müsbət formada təqdim etməkdə əsas məqsədi Qarabağ məsələsində Qərbin həqiqətdən kənarda durmasına nail olmaqdır”.

Politoloq qeyd edib ki, hətta bəzi avroparlamentarilər inanırlar ki, guya Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri və Rusiya ilə Azərbaycan arasındakı 4 milyard dollarlıq silah müqaviləsi Ermənistanı Rusiya tərəfə dönməyə vadar edir:

"Hər halda bu fikrin müəllifi olan avroparlamentarilər mövqeləri üzərində ciddi düşünsələr daha yaxşıdır. Ermənistanda Rusiyanın hərbi bazasının dəyəri 4 milyardla deyil, bəlkə də 40 milyard dollarla ölçülür. Avropalılar üçün Rusiya-Azərbaycan və Rusiya‑Ermənistan hərbi əlaqələri mahiyyət kəsb edirsə, onlar məsələnin bu tərəfinə də fikir verməlidirlər. Azərbaycan və Rusiya qonşu dövlətlərdir. 2 ildə bir dəfə Rusiya prezidentinin Azərbaycana səfərinə irad tutan avroparlamentarilər MDB, KTMT və AİB sammitlərində Serj Sərkisyanın V.Putinlə görüşə yalvarmalarını diqqətdən qaçırırlar”.

M.Əhmədoğlunun sözlərinə görə, görünür, avroparlamentarilər hələ də Ermənistanın yalanlarına inanmaq arzusundadırlar:

"Bu, çox təhlükəlidir. Aİ-nin Şərq Tərəfdaşlığı proqramını Ermənistan iflasa uğratdı. Ermənistanla danışıqları aparan, yerli seçkilərdə demokratiyanın pozulduğu gün S.Sərkisyana Aİ adından 60 milyon avroluq çek bağışlayan Ş.Füle də Ermənistana çox inanırdı. Ş.Füle hətta erməni milliətçisi kimi Rusiyanı Azərbaycana silah satdığına görə tənqid etdi. Bazar iqtisadiyyatı modelinin tərəfdarı olan Aİ-nin komissarı Ermənistana qazı dünya bazarındakı qiymətdən 2 dəfə ucuz satmağı Rusiyadan tələb etdi. S.Fülenin belə inamı ermənilərin təhlükə mənbəyi kimi görünməsinə imkan vermədi. Nəticədə, Ermənistan Şərq Tərəfdaşlığı layihəsindən çıxdı, Şərq Tərəfdaşlığı proqramını dağıtmağa Rusiyanın inamı artdı”.

Politoloq vurğulayıb ki, bundan başlayan proseslər Ukraynanın parçalanması ilə nəticələndi:

"Aİ bu təhlükəli yolu yenidən təkrarlamaq istəyir. Bu dəfə Ermənistan Aİ-nin Xəzər-Qafqaz regionundakı bütün maraqlarını darmadağın edəcək. Bir əli ilə Xəzər-Qafqaz regionundan qaz almaq istəyənAİ, digər əli ilə bu regiondakı əsas təhlükə ocağını alovlandırır. Genişlənmə üzrə yeni avrokomissar Y.Xanın Ermənistana səfəri zamanı və sonra verdiyi bəyanatlar göstərir ki, Aİ Ermənistanla əməkdaşlıq müqaviləsi imzalamaq üçün variantlar axtarır. Bu baş verməsin deyə Aİ Ermənistanın regional təhlükəsizlik siyasəti ilə ciddi surətdə maraqlanmalıdır”.

Politoloqun fikrincə, əgər Ermənistanın regional siyasəti, regional təhlükəsizlik konsepsiyası Aİ-ni qane edəcəksə, o zaman Aİ Ermənistanla yeni əməkdaşlıq üçün hüquqi baza yaratmaqla bağlı qərar qəbul edə bilər:

"O zaman biz də Azərbaycanda Aİ-nin regional təhlükəsizliklə bağlı meyarlarının nə olduğunu başa düşə bilərik. Ermənistan region dövlətlərin ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycana qarşı işğalçılıq siyasətini dayandırmayacaqsa, Azərbaycan və Türkmənistanın Aİ-yə qaz satması həmişə təhlükə altında ola bilər. Hər şey bu iki dövlətdən asılı deyil. Ona görə Aİ-nin hər iki əli Qafqaz-Xəzər regionunda təhlükəsizliyin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərməlidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ