Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycanın dörd mərhələli böyük «Dəhliz layihəsinə» qarşı təxribat təhlükəsi reallaşdı

Image


«Böyük layihələrdə bunlar risq amilinə aiddir»
İlham Şaban: «Bütün bu proseslər üçüncü qüvvə tərəfindən təşkil olunur və bu məsələdə İtaliya hakimiyyətinin heç bir marağı yoxdur»

Bir müddət əvvəl, «Bakı-Xəbər» qəzeti olaraq «Cənub Qaz Dəhlizi»nin 3-cü hissəsi sayılan TAP-la bağlı bəzi mülahizələr irəli sürmüşdük. Həmin yazıda qeyd olunurdu ki, layihənin yekun hissəsi sayılan TAP-da enerji resurslarının Türkiyədən Yunanıstan vasitəsilə Avropaya nəqli gözlənir: «Bəllidir ki, bu meqalayihəyə qarşı çıxanlar, ona qısqanclıqla yanaşanlar da az deyil.
Təsadüfi deyil ki, TAP-a qarşı böyük təhdidlərin olması ilə bağlı iddialar irəli sürülürdü. Bu da layihənin son hissəsinin reallaşa bilməyəcəyilə bağlı ehtimalların ortaya çıxmasına əsas vermiş olurdu. Bu baxımdan da TAP-a yönəlik təhdidlər ediləcəyi və törədilə biləcək təxribatlar istisna sayılmır».
Qeyd edək ki, Madriddə baş tutan və Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) tikintisinə həsr olunan görüş zamanı energetika məsələləri üzrə Avropa komissarı Migel Arias Kanyete deyib ki, Avropa İttifaqı (Aİ) Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü və saxlanması strategiyası, o cümlədən, yeni qaz boru xətlərinin tikintisi üzərində işləyir: «TAP reallıqdır. Artıq Yunanıstan və İtaliyada ətraf mühitlə bağlı problemlər həll olunub, müvafiq icazələr alınıb. Marşrutların və tədarükçülərin diversifikasiyası yeni yaradılacaq Enerji İttifaqının prioriteti olmalıdır». Avropa komissarı qeyd edib ki, Aİ-nin üzvü olan 28 ölkədən 6-sı tam şəkildə Rusiya qazından asılıdır.
Görüş zamanı qeyd olunub ki, Aİ potensial qaz tədarükçüləri olan Əlcəzair, Azərbaycan, Türkmənistan, Türkiyə, o cümlədən, Afrika və Yaxın Şərq ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Bütün bu fikirlər Avropanın TAP-a nə qədər böyük önəm verməsinin bariz nümunəsidir.
Buna baxmayaraq, ilk dəfə olaraq məhz bizim irəli sürdüyümüz versiya özünü doğruldub və TAP-a məhz qoca qitədə təxribat törədilib. İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı təxribat törədilib.
İtaliya KİV-ləri xəbər verir ki, hadisə ölkənin cənubundakı Salento bölgəsində baş verib. Martın 26-da gecə bölgənin Melendugno şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb. Texnikanın Azərbaycan qazının qəbulu üçün tikiləcək terminalın və qazın terminaldan nəqli üçün çəkiləcək kəmərin keçəcəyi ərazidə geotexniki tədqiqat işləri apardığı bildirilir.
Podratçı şirkətin əməkdaşları müəyyən ediblər ki, geotexniki tədqiqat işləri aparmaq üçün nəzərdə tutulan tırtıllı qazma texnikasının və bir yük maşınının şüşələri sındırılıb, yanacaq çəni dağıdılıb və mühərriki sıradan çıxarılıb. Şirkət bildirib ki, sabotajla əlaqədar olaraq tədqiqat işləri ən azı bir həftə dayanacaq.
İtaliya mətbuatı yazır ki, bu sabotaj Romada TAP kəmərinin keçəcəyi marşrutun seçilməsi məsələsinə dair mərkəzi hökumətlə yerli bələdiyyə arasında keçirilmiş görüşdən sonra törədilib. İstisna deyil ki, yeni sabotajlar da törədiləcək. Melendugno bələdiyyəsi, Cənubi Salento bələdiyyələri şurası və bir çox yerli qruplar TAP kəmərinin İtaliya hökuməti tərəfindən müəyyən edilmiş və təsdiqlənmiş marşrutuna qarşı çıxır. Neçə vaxtdır ki, TAP kəmərinin İtaliyanın cənubunda, Adriatik dənizi sahillərində yerləşən zeytun bağlarına zərər vuracağı haqda təbliğat aparılıb, aksiyalar keçirilib.
Həmçinin bir neçə ay əvvəl məlum olmuşdu ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb. Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar. İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir.
O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir. Polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına - «Koza nostra»ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib.
Neft məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, ümumilikdə bu layihənin həyata keçirilməsində Avropa ölkələri maraqlıdır: «Bəli, TAP deyilən layihənin son akkordudur. Buna təxribatı ancaq Rusiya və ya onun maraqlarına qulluq edən dövlətlər edə bilər. Düzdür, bu layihədən maksimum çox para qoparmaq istəyən dövlətlər də var. Məsələn, Yunanıstanın enerji naziri Bakıya gələndə yeni avaz oxumağa başladı. O qeyd etmişdi ki, tranzit tariflərinin artırılmasını istəyirlər. Əlavə olaraq, DESFA adlı şirkətlərini layihədə payçı kimi görmək istəyirdilər. Bir müddət əvvəl İtaliyada bir neçə kəndin adamı boruların onlara aid ərazidən keçməsinə etiraz etdi. Sonradan məlum oldu ki, həmin aksiyalar maraqlı qüvvələr tərəfindən təşkil edilib. Hazırda Avropada iqtisadi böhran yaşanır. Hətta kiçik pullarla da insanları ayağa qaldırmaq mümkündür. İtaliya parlamentində isə onların müxalifəti TAP-a qarşı çıxan bəyanatlar səsləndirib. Maraqlıdır ki, həmin layihədən İtaliyaya yalnız xeyir qalır. Daha yüksək pul vəd edən alternativ layihə yoxdur, heç olmayacaq da.
Belə olan halda, məsələnin mahiyyəti tam aydındır. Deməli, bütün bu proseslər üçüncü qüvvə tərəfindən təşkil olunur və bu məsələdə İtaliya hakimiyyətinin heç bir marağı yoxdur. Belə hallar ola bilər. Bu bizi işdən soyutmamalıdır. Böyük layihələrdə bunlar risq amilinə aiddir».







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ